Sizin Reklam Burada
Xəbər lenti
07-09-2024
06-09-2024
BÜTÜN XƏBƏRLƏR

Yararsız pulları necə dəyişmək olar? - Mərkəzi Bank AÇIQLADI

Tarix: 26-07-2024 17:34     Baxış: 458 A- / A+
Azərbaycan Mərkəzi Bankı tərəfindən tədavülə yararsız və zədələnmiş milli pul nişanlarının dəyişdirilməsi, ekspertizaya təqdim edilməsi, eləcə də yubiley və xatirə pul nişanlarının alışı ilə bağlı əhalinin müraciətlərinin operativ şəkildə qarşılanması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə "Nağd pul ofis"lərinin fəaliyyəti davam etdirilir. 
Manevr.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın yaydığı məlumatda bildirilir. 
Qeyd edilib ki, vətəndaşlar Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanındakı inzibati binasında yerləşən xidmət ofisinə həftənin II, III və IV günləri saat 10:00-dan 13:00-dək, eləcə də Naxçıvan, Yevlax, Gəncə, Biləsuvar, Quba şəhərlərində yerləşən ərazi idarələrinə həftənin bütün iş günləri saat 10:00-dan 16:00-dək tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, ekspertizaya təqdim edilməsi, eləcə də yubiley və xatirə pul nişanlarının alışı üçün müraciət edə bilərlər. 
Eyni zamanda, "Naxçıvanbank" ASC-nin yenidən təşkili prosesində hesablarında olan vəsaitlərin hesabdan çıxarılması üçün müraciət etməyən fiziki şəxslər, fərdi sahibkar və hüquqi şəxslər üçün hesab qalıqlarının əldə edilməsi ilə bağlı Mərkəzi Bankın Naxçıvan MR İdarəsi ilə yanaşı, Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında fəaliyyət göstərən "Nağd pul ofisi"nə də müraciət etmək imkanı yaradılıb. 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar