Sizin Reklam Burada
Xəbər lenti
07-09-2024
06-09-2024
BÜTÜN XƏBƏRLƏR

Bu, müharibənin başlamasına səbəb ola bilər - Zülfüqarov

Tarix: 26-07-2024 17:04     Baxış: 357 A- / A+


Münaqişənin mənbəyinə baxsaq bunun əsasında Ermənistanın bir dövlət olaraq Azərbaycana qarşı ərazi iddialarının dayandığını görəcəyik. Sovet hökuməti dağıldıqdan sonra Ermənistan açıq şəkildə işğalçı siyasətinə əl atdı və bildiyimiz hadisələr baş verdi.
Manevr.az xəbər verir ki, bu sözləri Nyus24.az-a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Azərbaycanın müdafiəyə keçərək, işğalı və onun əsas qalıqlarını aradan götürdüyünü xatırladan Zülfüqarov bildirib ki, indi Ermənistanın rəsmi olaraq işğalçı siyasətindən imtina etməsi gözlənilir:
“Rəsmən dedikdə biz başa düşürük ki, söhbət normativ-hüquqi sənədlərdən gedir. Ermənistanın siyasətinin əsas xətti Azərbaycana qarşı ərazi iddialarıdır. Bu düşüncə milli və dövlətçilik ideaları kimi qalmaqdadır. Onlar guya geopolitik vəziyyəti dəyişib, güc balansını yenidən qurmaq istəyir. Müxtəlif mənbələrdən silah tədarük edilməsi və Tovuz bölgəsində həyata keçirdiyi kəşfiyyat xarakterli uçuş münaqişə zonasındakı vəziyyətin daha da aktivləşdirilməsindən xəbər verir. Təbii olaraq Azərbaycan boş və ikili bəyanatlara inanmır. Müdafiə Nazirliyinin dünənki xəbərdarlığı ciddi bir məsələdir”.
Tofiq Zülfüqarov əlavə edib ki, Azərbaycanın dövlət müstəqilliyinə xələl gətirən bir amil ortaya çıxarsa, bu, müharibənin başlamasına səbəb ola bilər:
“Bu cür amillər arasında sərhəd bölgəsindəki hərbi qarşıdurmalar, strateji obyektlərin zədələnməsi və ya Azərbaycanın suverenliyinə qarşı yönəlmiş hər hansı bir ciddi təhdid müharibə riskini artırar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar