Sizin Reklam Burada
Xəbər lenti
05-09-2024
04-09-2024
BÜTÜN XƏBƏRLƏR

Hakimliyə namizədlər üçün yazılı imtahan keçirilib

Tarix: 21-07-2024 13:19     Baxış: 381 A- / A+

İyulun 21-i məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında fasiləsiz seçimi davam etdirilib.
Manevr.az xəbər verir ki, test imtahanında müvəffəqiyyət qazanmış 167 hakimliyə namizədlə 21 iyul 2024-cü il tarixdə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda yazılı imtahan keçirilib. Əvvəlcə Hakimlərin Seçki Komitəsi tərəfindən qapalı iclasda yazılı imtahana təqdim edilməli olan cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlanıb. Həmin inşa mövzuları təsdiq edildikdən sonra Hakimlərin Seçki Komitəsinin üzvləri tərəfindən inşa mövzuları kənar şəxslərlə ünsiyyətə yol verməmək şərti ilə imtahan keçirilən auditoriyaya gətirilib. Namizədlər həmin suallar sırasından təsadüfi yolla cinayət və mülki sahəyə aid suallar seçiblər. Seçilmiş inşa mövzuları elan edilib və kazusların işlənilməsi üçün namizədlərə 4 saat vaxt verilib. Namizədlər verilən inşa mövzularını həll edərək müvafiq qanunun məzmununu mümkün qədər dolğun çatdırmalı və onun izahını verməklə, qanunun konsepsiyasını ifadə etməlidirlər.
İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib. Yazılı imtahanın nəticələri "ikiqat yoxlama" üsulu ilə yaxın zamanda elan olunacaq. Qeyd edək ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu fasiləsiz olaraq davam edir. Növbəti test imtahanı dekabrın 15-də keçiriləcək. Hakimlərin Seçki Komitəsi hakim olmaq arzusunda olan hüquqşünasları müsabiqədə daha fəal iştiraka dəvət edir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar