Sizin Reklam Burada
Xəbər lenti
15-09-2024
14-09-2024
13-09-2024
BÜTÜN XƏBƏRLƏR

İbrahim Yusifoğlunun 70 illiyinə həsr olunmuş kitab işıq üzü görüb

Tarix: 05-09-2024 15:26     Baxış: 372 A- / A+

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü İbrahim Yusifoğlunun 70 illiyinə həsr olunmuş “Ömür dastanının boyları” kitabı işıq üzü görüb.
Manevr.az xəbər verir ki, kitab Ədəbiyyat İnstitutunun Elmi Şurasının 11 may 2024-cü il tarixli 3 saylı qərarı ilə nəşr edilib. AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “İbrahim Yusifoğlunun poetik dünyası və uğurları” məqaləsində yubliyarın yaradıcılıq fəaliyyətinə geniş şərh verilib. Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Vüqar Əhməddir. Rəyçiləri filologiya elmləri doktoru, professor Akif İmanlı, filologiya elmləri doktoru, AMEA-nın professoru Salidə Şərifova, naşiri isə Qəşəm İsabəylidir. 434 səhifəlik kitab “Şirvannəşr” nəşriyyatında çap olunub. Kitabda “Qızıl qələm” media mükafatı laureatı, Azərbaycan Respublikasının Qabaqcıl Təhsil işçisi Yusifov İbrahim Yusif oğlunun 70 illik yubileyi münasibətilə yazılan məqalə və şeirlər yer alıb. Topluda İbrahim Yusifoğlunun nəzm, nəsr, publisistika nümunələri, mənzum nağıl və pyesləri haqqında hərtərəfli təhlillər aparılmış, yubliyara ithaf edilmiş poetik nümunələrə yer verilmişdir. Kitab 70 yaşlı şairin “Gəlib çatdım yetmiş yaşa” şeiri ilə başlayır. Kitabın üz qabığının arxa tərəfində Vaqif Məmmədovun “Səni kövrəldəcək kədər qalmadı” sərlövhəli şeiri yer alıb.

Gülnar Səma Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
 İctimaiyyətlə əlaqələr şöbəsi




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar