Sizin Reklam Burada
Xəbər lenti
05-09-2024
04-09-2024
BÜTÜN XƏBƏRLƏR

Rüfət Quliyev seçkilərdə iştirak etməyəcək - İki universitetdən iş təklifi alıb

Tarix: 20-07-2024 11:30     Baxış: 464 A- / A+
Deputat qərar verdi: Seçkiyə getmir, biznes sahəsindən təkliflər alıb
VI çağırış Milli Məclisin bitərəf deputatı Rüfət Quliyev sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə iştirak etməyəcək.
Manevr.az bildirir ki, Rüfət Quliyev bu barədə Report-a açıqlamasında deyib.
O, bundan sonra elmi fəaliyyətlə məşğul olmaq istədiyini söyləyib:
“Hazırda Azərbaycan Texniki Universitetində müəllim kimi fəaliyyət göstərirəm. Bundan əlavə, iki universitetdən də iş təklifi almışam. Professoram, uzun müddət müəllim kimi çalışmışam və bu yöndə fəaliyyətimi davam etdirmək istəyirəm”.
R.Quliyev biznes sahəsində də müəyyən təkliflər aldığını vurğulayıb:
“Mənim uzunmüddətli sahibkarlıq təcrübəm var. Ona görə də bu sahədə təcrübəmə əsaslanaraq şirkətlərə məsləhət vermək istəyirdim. Hazırda iki nəhəng şirkətdən bununla bağlı təklif gəlib. Həmin təkliflər üzərində düşünürəm.
Eyni zamanda, CBC kanalında yayımlanan “Sahibkar saatı” və “Dünya iqtisadiyyatı və Azərbaycan” verilişlərinin də müəllifiyəm. Gördüyünüz kimi, işlərim yetərincə çoxdur. Bu səbəbdən, seçkidə iştirak etməməyə qərar verdim”.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar