Sizin Reklam Burada
Xəbər lenti
30-08-2024
29-08-2024
BÜTÜN XƏBƏRLƏR

"Lotu Quli"nin yaxın adamı Goranboyda öldürüldü - Üstündən maşınla keçdilər - ŞƏKİL

Tarix: 18-07-2024 10:21     Baxış: 361 A- / A+


"Lotu Quli"nin yaxın adamı  Goranboyda öldürüldü - Üstündən maşınla keçdilər - FOTO
Goranboyda avtomobil piyadanı vuraraq öldürüb.
Manevr.az xəbər verir ki, hadisə Veyisli kəndində baş verib. Xəsarət alan 40 yaşlı Əhməd Ərəbov xəstəxanaya çatdırılsa da, orada ölüb.
Məlumata əsasən, rayon sakini Tarzan Şamilov idarə etdiyi “Ford Fusion” markalı avtomobillə dostu olan Ə. Ərəbovun “Kia” markalı avtomobilini arxadan vurub. Bu zaman Ə. Ərəbov avtomobildən düşüb. Ancaq T. Şamilov dayanmayıb və dostunu vuraraq, üstündən keçib.

Nəticədə o, ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İddialara görə, dostlar arasında mübahisə torpaq üstündə yaranıb.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov lent.az-a bildirib ki, Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qəza törədərək hadisə yerindən yayınan T.Şamilov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Həmçinin məlumata görə, Ə. Ərəbov kriminal aləmdə "Kürd Amo", "Kürd Əhməd" kimi tanınıb. Onun mərhum kriminal avtoritet "Lotu Quli"nin yaxın adamlarından biri olduğu qeyd olunur.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar