Sizin Reklam Burada
Xəbər lenti
28-08-2024
27-08-2024
BÜTÜN XƏBƏRLƏR

"Televiziya rəhbəri olsaydım, onları efirə buraxmazdım"

Tarix: 17-07-2024 11:24     Baxış: 4109 A- / A+

"Zamanın nöqsanıdır. Əvvəl uşaqlar böyük-kiçik yeri bilirdi. İndiki zamanda bilmirəm, bu, qəddarlıqdır, ya nə, məktəblərdə xoşagəlməz hadisələr baş verir. Nəzarəti gücləndirmək lazımdır".
Manevr.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Hacı İsmayılov "Otaq 9" layihəsində deyib. O, telefonların uşaqlarda aqressiya yaratdığını vurğulayıb: 
"Telefonlarda, filmlərdə uşaqların qəddar olmasına gətirib çıxaran o qədər nüanslar var ki. Onlara baxırlar və təsir edir. Nəzarəti gücləndirmək lazımdır. Uşaqlarda təhsilə maraq oyatmaq lazımdır. Əvvəl gəzəndə görürdüm oturacaqda və ya metroda əyləşib kitab oxuyurlar. Amma indi görmürəm. Hamı oturub elə telefonla məşğul olur. Telefon aqressiya, xoşagəlməz hisslər yaradır. Uşağı indiki zamanda boş buraxsan, tez pozula bilər". 
H.İsmayılov televiziyalarla bağlı iradlarını səsləndirib:
"Televiziya rəhbəri olsaydım, qoymazdım ki, efirə səviyyəsiz adamlar çıxsın. Əxlaqı olmayan adamın çıxıb orada əxlaq dərsi deməyi gülməlidir. Televiziyaya çıxan nə dediyini bilməlidir ki, ona tamaşaçılar baxır. Ağzına gələni deyə bilməzsən, bu, ayıb, mənəviyyatsızlıq, məsuliyyətsizlikdir. Hər halda çox çətin zamandır. Dövr çox dəyişib. Qlobal hadisələr o qədər güclü cərəyan edir ki, kimin haqlı, kimin haqsız olduğunu anlamaq çətindir". 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar