Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Olimpiya mükafatçısı Azərbaycan Prezidenti və xalqından üzr istədi

Tarix: 28-08-2024 20:21     Baxış: 364 A- / A+

Fransada keçirilən Yay Olimpiya Oyunlarının bürünc medalını qazanan Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Rusiya KİV-lərinə verdiyi müsahibədə səsləndirdiyi bəzi ifadələrə görə Prezident İlham Əliyev və Azərbaycan xalqından üzr istəyib.


Manevr.az-ın məlumatına görə, "report"a açıqlamasında М.Maqomedov bildirib ki, Azərbaycan Prezidentinin verdiyi orden çox dəyərlidir.


"Mən 2022-ci ildən Azərbaycanı təmsil edirəm. Mənə bu şəraiti yaratdığı üçün Azərbaycan Respublikasının Prezidentinə, o cümlədən Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə və bu imkanı yaradan hər kəsə təşəkkürümü bildirirəm. Azərbaycanı sevirəm və bu ölkəni təmsil etdiyim üçün fəxr edirəm. Məhz Azərbaycan bayrağı altında Avropa çempionu, dünya və Olimpiya mükafatçısı olmuşam. Rusiya mətbuatına verdiyim müsahibədə səsləndirdiyim fikirlər yanlış anlaşılmanın nəticəsidir. Azərbaycan Respublikası Prezidentinin mənə verdiyi orden mənim üçün çox dəyərlidir və heç bir hörmətsizlikdən söhbət gedə bilməz. Baş verənlərlə əlaqədar mən Azərbaycan Respublikasının Prezidentindən və bütün Azərbaycan xalqından üzr istəmək istəyirəm", - deyə Olimpiya mükafatçısı bildirib.


Qeyd edək ki, Maqomedxan Maqomedov 97 kq çəki dərəcəsində Paris-2024 Yay Olimpiadasının bürünc medalını qazanıb.


Prezident İlham Əliyevin sərəncamı ilə M.Maqomedov 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar