Sizin Reklam Burada
Xəbər lenti
28-08-2024
27-08-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı yazıçı Brus Linin məzarını ziyarət etdi - Şəkil

Tarix: 16-07-2024 16:46     Baxış: 394 A- / A+
Azərbaycanlı yazıçı Brus Linin məzarını ziyarət etdi - FOTO

Tanınmış nasir, dramaturq, filosof, Əməkdar incənət xadimi Firuz Mustafa məşhur əlbəyaxa döyüş ustası, rejissor, ssenarist, idmançı və aktyor Brus Linin ABŞ-dakı məzarını ziyarət edib.

Manevr.az xəbər verir ki, bu barədə Firuz Mustafanın özü bildirib. Amerikaya səfər edən azərbaycanlı yazar Brus Linin Sietl şəhərindəki qəbiristanlıqda yerləşən məzarı yanında çəkdirdiyi şəkli sosial media hesabında paylaşıb.

“Ziyarətə gələnlər çox idi. Brus Li öz nakam oğlu ilə yanaşı dəfn olunub. İki sadə qəbir yan-yana...”, - deyə Firuz Mustafa paylaşımı şərh edib.

Qeyd edək ki, dünya şöhrətli idmançı və aktyor Brus Li cəmi 33 il õmür sürüb.

O, 1940-cı ildə ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində çinli mühacir ailəsində doğulub. Çin operasında aktyor olan atası və anası Brus Li doğulan zaman ABŞ-da qastrolda imişlər. Brus Linin ailəsi o doğulandan bir müddət sonra Çinə - Honq Konqa köçüb.

13 yaşında atasından əlbəyaxa döyüş dərsləri almağa başlayıb. Ailəsi onu Kunq-fu sənətini öyrənməsi üçün böyük ustad İp Manın idman məktəbinə yazdırıb. Brus Li orada Ving Çun müdafiə sistemi üzrə təlim keçib. İp Man tələbəsinin bacarığını kəşf edəndən sonra ona Kunq-funun ən incə detallarını öyrədib. İp Manın ləqəbi "Böyük Əjdaha" idi. O, Brus Liyə "Kiçik Əjdaha" ləqəbi verib.

Honq Konqadakı küçə davaları səbəbindən liseyi atmalı olan Brus Li atasının təkidi ilə ABŞ-a qayıdıb. Amerikaya gəldiyi ilk günlərdə Sietl şəhərində ofisiantlıq edib, restoranın çardağında yaşayıb. Həmçinin də təhsilini davam etdirib. Orada liseyi bitirib Vaşinqton Universitetinin Fəlsəfə fakültəsinə daxil olub. Universitetdə oxuyarkən gecələr restoranda işləyib. Sonra Kunq-fu dərsləri deməyə başlayıb.

Daha sonra öz məktəbini açır. Tezliklə ABŞ-da əlbəyaxa döyüş növləri üzrə məşhurlaşıb. Ardınca filmlərdə rol almağa başlayıb. Brus Li çəkildiyi filmlərlə Kunq-funu bütün dünyada məşhur edib.

Onun ilk filmi “Böyük Boss” olub. Daha sonra “Qəzəbli yumruq”, “Əjdahanın yolu” filmlərində rol alıb.

Linin çəkildiyi dördüncü film “Ölüm oyunu” olub. Bu film çəkilərkən amerikalı prodüserlərdən baş rolda oynayacağı bir film təklifi alıb. Buna görə Brus Li "Ölüm oyunu" filmini yarıda qoyaraq, Çin-Amerika ortaq istehsalı olan "Əjdahanın çıxışı" filminə çəkilib.

Amerika və Uzaq Şərq filmlərində super ulduzla çevrilən Li "Ölüm oyunu" adlı ekran işini tamamlamadan vəfat edib.

Brus Linin öləcəyi heç kimin ağlına gəlmirdi. Belə ki, “Ölüm oyunu” adlı filmini bitirmək üçün prodüseri Raymond Çou ilə görüşür. Raymond günortadan sonra axşam yenidən görüşmək fikri ilə ondan ayrılır.
Axşam başağrısından şikayət edən Brusa özünün də istifadə etdiyi bir aspirin qarışığı olan “Equogesic” həbi verirlər. Ondan sonra Brus uzanmaq üçün yataq otağına gedir. Raymond geri qayıdanda yatmış Brusu oyatmaq istəyir. Amma məlum olur ki, 33 yaşlı karate kralı ölüb.

Brus Linin ölüm xəbəri bomba kimi partlayır. Küçələrə çıxan xalq polis barrikadalarını dağıdaraq dəfn mərasiminə qoşulur və onu son mənzilə yola salır. Brus Li ABŞ-ın Sietl əyalətində olan qəbristanlıqda basdırılıb. Onun məzarı hər il minlərlə adam tərəfindən ziyarət edilir.

1993-cü ildə çəkiliş zamanı həlak olan oğlu Brendon Li də atasının yanında dəfn edilib.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar