Sizin Reklam Burada
Xəbər lenti
28-08-2024
27-08-2024
BÜTÜN XƏBƏRLƏR

"Qarabağ" Şahruddini niyə geri qaytarır?

Tarix: 16-07-2024 14:41     Baxış: 370 A- / A+



Mediada "Qarabağ"ın sabiq qapıçısı Şahruddin Məhəmmədəliyevi geri qaytaracağına dair xəbərlər yayılıb. Bugünlərdə "Adana Demirspor"dan (Türkiyə) ayrılan 30 yaşlı qolkiperin yeni mövsümdən karyerasını yenidən Ağdam klubunda davam etdirəcəyi bildirilib.
Manevr.az qol.az-a istinadən xəbər verir ki, həqiqətən də tərəflər arasında danışıqlar olub və tezliklə Ş.Məhəmmədəliyev "Qarabağ"la müqavilə imzalayacaq. Baş məşqçi Qurban Qurbanovun Şahruddini geri qaytarmaq istəməsinin isə bir sıra səbəbləri var.
Məlum olduğu kimi, ötən mövsüm başa çatdıqdan sonra Andrey Lunyov və Luka Quqeşaşvili ilə başa çatan müqavilə yenilənməyib. Bu yaxınlarda Portuqaliya yüksək liqa təmsilçisi "Vizella"dan Almaniya vətəndaşlığı olan Fabiyan Buntiç heyətə cəlb olub. "Qarabağ" ikinci əcnəci qapıçı axtarışında olduğu vaxtda isə yerli qapıçı olan Amin Ramazanov ağır zədə alıb və 8 ay müddətinə sıradan çıxıb. Bu o deməkdir ki, yeni mövsüm Ramazanov üçün faktiki indidən başlamadan başa çatıb. 
"Qarabağ"ın Şahruddini yenidən qaytarmasının əsəs səbəbi də çempionatda tətbiq olunan yerli oyunçu limiti ilə bağlıdır. Yeni mövsüm daha rəqabətli olacağından baş məşqçi Q.Qurbanov Şahruddinə əsasən daxili liqanın oyunlarında şans verməyi düşünür. Avropa kuboklarında isə qapını ya Fabiyan Buntiç, ya da transferi gözlənilən başqa bir təcrübəli əcnəbi qapıçı qoruyacaq. Həmin əcnəbi qapıçı ilə də tezliklə müqavilə imzalanmalıdır. Əldə etdiyimiz xəbərə görə, ümumiyyətlə, yeni mövsümdə "Qarabağ"ın qapıçı mövqeyində daha güclü rəqabət olacaq. Hələlik Şahruddin ikinci qapıçı kimi düşünülür. Amma əlbəttə, gələcəkdə rəqabətdə kim birinci olacaqsa, o da qapını qoruyacaq.
QOL.az-a daxil olan başqa bir xəbərə görə, Şahruddinə "Sabah" və "Neftçi" də real təklif göndərib. Lakin futbolçu yekunda sabiq klubu "Qarabağ"a qayıtmağı üstün tutub. 
Bugünlərdə Xorvatiya mətbuatı Mahir Emrelinin "Dinamo"dan (Zaqreb) ayrılaraq "Qarabağ"a qayıdacağını yazıb. Amma bununla bağlı xəbərlər həqiqəti əks etdirmədiyi də əldə etdiyimiz etibarlı məlumat sırasındadır.
Yeni transferlərə gəlincə, "Qarabağ" bu yay heyətinə əlavə iki qapıçı ilə yanaşı bir neçə meydan oyunçusu da cəlb etmək fikrindədir. Klubun sponsoru "Azersun" Holdinq tərəfindən bunun üçün tələb olunan vəsait də ayrılıb. Yekun söz isə baş məşqçi Qurban Qurbanovdadır. "Qarabağ"ın uğurlarının memarı olan 52 yaşlı mütəxəssis ötən illərdə olduğu kimi transfer məsələsinə həssas yanaşır, tələsik qərar vermək istəmir və sırf görüntü xatirinə oyunçu almaq fikrində deyil. 
Çünki digər bir neçə Azərbaycan klublarının acı təcrübəsindən də göründüyü kimi, belə lazımsız transferlərdən yekunda komanda özü ziyan çəkib. "Qarabağ"ın transferləri isə böyük mənada özünü doğruldub və bütövlükdə kluba fayda gətirib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar