Sizin Reklam Burada
Xəbər lenti
04-10-2024
03-10-2024
BÜTÜN XƏBƏRLƏR

"Aygün çeki verdi ki, qızının 1 illik təhsilhaqqını ödə"

Tarix: 06-07-2024 15:54     Baxış: 575 A- / A+

"Aygün musiqiyə gələn gündən bir burulğan oldu. Səhnəyə hərəkət, həyat, həyəcan gəldi".
Manevr.az bildirir ki, bu sözləri bəstəkar Cavanşir Quliyev "İncə səhər" verilişində Xalq artisti Aygün Kazımova haqqında danışarkən deyib. Bəstəkar Pop kraliçanın sənətə gəldiyi ilk vaxtlardan danışıb:
"Hər tərəfi ilə yeni idi: oxumağı, səhnə mədəniyyəti, geyimləri, görünüşünü tez-tez dəyişməsi ilə. Tərzi, repertuarı ilə insanları əyləndirir. Peşəsini 100 faiz icra edir. Amerika müğənnisi olsaydı başqa mahnı oxuyardı, yenə də məşhur olacaqdı. Aygün hər şey oxuya bilir: əyləncəli, qəmli. Oxudu da".
C.Quliyev Kazımovanın lirik mahnılar ifa etməsindən söz açıb:
"İtkin gəlin" mahnısını dedim oxu, istəmədi. Dedi, mənim üslubum əyləncəlidir, hərəkətli mahnılardır. Saqqızını oğurladım. Oxuyandan sonra isə gəldi ki, qonşularım deyir, nə gözəl oxumusan. Fərəhlənirdi. Lirik mahnılardan biri də "Tənha qadın" oldu. Bir qadın zəng etdi ki, bir şeirim var. Soyadını da demədi, indiyənə kimi görməmişəm. Mahnını götürdüm Aygünün verilişinə getdim. Dedi, "Tənha qadın"ı oxumaq istəyirəm. Klip çəkdilər.
1995-ci ildə Türkvizion mahnı yarışmasına apardım. Orada pul mükafatı aldı. Qəzəm İstanbulda oxuyurdu. Aygünə çek verdilər. Dedi ki, qızını hanı, çağır gəlsin. Çeki verdi qızıma ki, bu, sənin 1 illik təhsilhaqqın. Məni də, özünü də kövrəltdi. Aygünün xasiyyətinin xarakterinin göstəricisidir.
İndi evdə 30-a yaxın mahnı var. Aygün tərzini dəyişib, gözləyirəm. Aygün geri dönəndən sonra oxuyacağıq".axşam.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar