Sizin Reklam Burada
Xəbər lenti
04-10-2024
BÜTÜN XƏBƏRLƏR

Qarşlıqlı səfərlər Azərbaycan - Qazaxıstan münasibətlərinin inkişafının göstəricisi kimi səciyyələnməlidir - Müşfiq Məmmədli

Tarix: 06-07-2024 14:22     Baxış: 3134 A- / A+

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev növbəti nüfuzlu beynəlxalq tədbirdə iştirak edib. Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə çıxış edən ölkə rəhbəri ölkəmizin bütün sahələr üzrə inkişafndan,  Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə aparlan yenidənqurma, tikinti-bərpa işlərindən, Azərbaycanın sülh tərəfdarı olmasından və Cənubi Qafqazda lider dövlətə çevrilməsindən söhbət açıb. Ümumilikdə bu çıxış dünyaya ciddi mesajlarla, bir sıra mühüm  əhəmiyyətli məqamlarla yadda qaldı".
Bu fikirləri Manevr.az-a açıqlamasında Milli Məclisin Vl çağırış deputatı Müşfiq Məmmədli deyib.
Deputat qeyd edib ki, Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. 
"Əlbəttə ki, bu görüş quruma üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın inkişafına xidmət edir. Ayrıca olaraq mütləq şəkildə qeyd olunmalıdır ki, son iki ildə Prezident İlham Əliyev Qazaxıstana dörd,  həmin müddətdə Qazaxıstan Prezidenti Azərbaycana üç dəfə səfər edib. Qeyd olunan fakt ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir. Qarşlıqlı səfərlərin mütəmadi şəkildə olması, iki ölkə arasında ikitərəfli münasibətlərin durmadan inkişaf etməsinin göstəricisi kimi səciyyələnməlidir",- deputat vurğulayıb.
M.Məmmədli həmçinin qeyd edib ki, Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 30 ildən çoxdur uğurla davam edir. Son illər bu əməkdaşlıq bütün sahələri əhatə edir və bu gün də uğurla davam etdirlir.
"Cənab Prezident "ŞƏT plyus” formatında keçirilmiş görüşdə çıxışı zamanı ölkəmizdə keçiriləcək mühüm tədbir COP29 barədə fikirlərini diqqətə çatdırıb. 
Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərini əsirgəməyəcəyini və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağını xüsusi vurğulayıb. 
Eyni zamanda Azərbaycanın inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış etdiyini, Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstəyin yer aldığını bildirib",- M.Məmmədli  qeyd edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar