Sizin Reklam Burada
Xəbər lenti
26-07-2024
25-07-2024
BÜTÜN XƏBƏRLƏR

Sədaqət Vəliyeva: Uğurlu və nümunəvi xarici siyasət kursu

Tarix: 18-09-2023 19:06     Baxış: 3239 A- / A+
Sədaqət Vəliyeva
Milli Məclisin deputatı



Bu gün Azərbaycanda möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında milli maraqlarımızın qorunmasına hesablanmış uğurlu və dünya ölkələrinə nümunə olacaq xarici siyasət kursu həyata keçirilir. 
Bu siyasət kursunun nəticəsidir ki, dünya dövlətləri Azərbaycanla əməkdaşlıq etməyə can atır. Eyni zamanda ölkəmiz beynəlxalq aləmdə yüksək etimada və nüfuza malikdir. Dövlətimizin xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı əsas istiqamətlərdən biridir. Son illər, xüsusən də İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında qarşılıqlı, ardıcıl səfərlər həyata keçirildi ki, bunun da nəticəsində region dövlətləri ilə ölkəmiz arasındakı əlaqələrdə böyük canlanma müşahidə olundu. Sentyabrın 14-də AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyev cari il ərzində Tacikistana növbəti dəfə səfər etdi. Azərbaycanla Tacikistan arasındakı mövucd qardaşlıqlı münasibətlərinin uğurlu inkşafı ötən əsrin 90-cı illərinin əvvəlində qoyulmuşdur. Həmin dövrdə Azərbaycan və Tacikistan ağır çətinliklərlə üzləşmişdi, hər iki dövlətdə ictimai-siyasi sabitlik pozulmuş və vətəndaş müharibəsi gedirdi. Lakin Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin və Tacikistan prezidenti Emoməli Rəhmonun böyük liderlik bacarığı nəticəsində ölkələrimiz çətinlikləri arxada qoyaraq inkşaf yoluna çıxdı və bu gün Azərbaycan və Tacikistan dünyanın ən sabit ölkələrindəndir.  

Ölkələrimiz arasındakı əlaqələr bütün sahələr üzrə dinamik şəkildə inkişaf etməkdədir. Cari ilin aprel ayında cənab Prezident İlham Əliyevin Tacikistana səfəri zamanı çoxsaylı sənədlər və memorandumlar imzalanmışdır ki, bu da Azərbaycanla Tacikistan arasındakı əməkdaşlığın hüquqi bazasının inkşafına təkan vermişdir. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. Sədaqət Vəliyeva bildirib ki, səfər çərçivəsində mühüm hadisələrdən biri də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünün keçirilməsi oldu. Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fəxri qonaq qismində iştirak etdi ki, bu da ölkəmizə olan yüksək diqqət və etimadın göstəricisidir. Çıxış edən dövlətimizin başçısı Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı çoxəsrlik qardaşlıq tarixindən, ortaq mədəni köklərdən danışdı. Cənab Prezidentimiz ölkələrimizin hər zaman bir birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd edərək, iqtisadi əlaqələrin də fəal şəkildə inkşaf etdiyini diqqətə çatdırdı. Sevindirici hal olaraq qeyd etmək yerinə düşərdi ki, ötən il ölkəmizlə Mərkəzi Asiya ölkələri arasındakı ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə 50 faiz artım qeydə alınmışdır ki. Əlbətdə  bu da ölkəmizin əlavə gəlir əldə etməsinə gətirib çıxarmışdır. Daha sonra ölkəmizin Başçısı Nəqliyyat və logistika sahəsindəki münasibətlərimizdən danışaraq vurğuladı ki, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Bəli,bu gündövlətimizin apardığı uğurlu əməkdaşlıq və daxili sabitliyimiz nəticəsində AzərbaycanŞərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevrilmişdir. Yüksələn tranzit imkanları ölkəmizin əhəmiyyətini daha da artırmaqla yanaşı Azərbaycanın iqtisadi gücünə əlavə güc qatmaqdadır: “Ümumilikdə, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Tacikistana rəsmi səfəri, iki ölkə arasındakı mövcud əlaqələrin inkşafı və iki yeni- yeni əməkdaşlıq perspektivləri baxımından xeyli səmərəli və məhsuldar oldu.”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar