Sizin Reklam Burada
Xəbər lenti
12-04-2024
11-04-2024
BÜTÜN XƏBƏRLƏR

Dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsində parlamentlərin mühüm rolu vardır - Deputat

Tarix: 18-09-2023 10:47     Baxış: 3243 A- / A+

Müşfiq Məmmədli

"Bildiyimiz kimi Azərbaycanla Mərkəzi Asiya ölkələrini çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklərin olması dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir".

Manevr.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

Deputat bildirib ki, otuz ildən artıqdır biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk.

"Cənab Prezident İlham Əliyev cari ildə qardaş Tacikistana iki dəfə səfər edib. Bu ilin aprel ayında baş tutmuş səfər çərçivəsində qəbul olunmuş qərarlar və imzalanmış sənədlər münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdi",- siyasətçi vurğulayıb.

M.Məmmədli həmçinin qeyd edib ki, son iki il ərzində Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə doqquz səfər etmişdir.  Eyni zamanda, bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları Azərbaycana səfərlər ediblər. 

"Sevindirici haldır ki, keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Eyni zamanda qeyd edim ki, Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Tacikistan Respublikasının Ali Məclisinin hər iki palatasında Azərbaycanın Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur. Təbii ki, hər iki dövlət arasında əməkdaşlığın inkişaf etdirilməsində parlamentlərin də  mühüm rolu vardır",- deyə deputat fikirlərini tamamlayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar