Sizin Reklam Burada
Xəbər lenti
26-07-2024
25-07-2024
BÜTÜN XƏBƏRLƏR

Təcili hərəkətə keçdilər - 175 min əsgər...

Tarix: 17-09-2023 21:27     Baxış: 3166 A- / A+
Təcili hərəkətə keçdilər - 175 min əsgər...Rusiyada bütün diqqətlər gələn il keçiriləcək prezident seçkilərinə yönəlib. Qərb mətbuatında yer alan təhlillərdə qeyd olunur ki, Kreml "rekord səs nisbəti" gözləyir və bu səbəbdən ehtiyatlı addımlar atır...

Rusiya müxalifət kanalları hökumətin davam edən müharibə üçün ikinci səfərbərliyə hazırlaşdığını və minlərlə insanı ordu sıralarına cəlb edəcəyini iddia edib. Belə olan halda Kremlin prezident seçkiləri öncəsi narazılığın qarşısını almaq üçün təcili hərəkətə keçəcəyi önə sürülüb.

Rusiyanın müxalifət mediası olan "Meduza" xəbər verir ki, səfərbərlik iddiasından sonra Kreml media qurumlarına "təcili nota" göndərib.

İddialara görə, notada səfərbərlik xəbərləri əvəzinə müqaviləli kadrların orduya cəlb edilməsi ilə bağlı detalların yer alması tapşırılıb.

Qeyddə olan təlimatları oxuduğunu iddia edən adı açıqlanmayan bir mənbə "Meduza"ya danışıb: "Hər kəs bilir ki, hökumət bir şeyin olacağını inkar edirsə, deməli, bu, mütləq baş verəcək".

Oktyabrın 1-dən əvvəl 6 aylıq icbari hərbi xidmət müddəti başlayarkən ehtiyatda olanların ikinci dəfə hərbi xidmətə çağırılacağı ilə bağlı xəbərlər də yayılıb. Rusiyanın Telegram kanalları bu məlumatı Rusiya təhlükəsizlik mənbələrindən aldığını iddia edərək, səlahiyyətlilərin növbəti dövrdə 170-175 min əsgər cəlb etmək istədiyini yazır.

Həmçinin bildirilir ki, hökumət yeni səfərbərlik proseslərinə uyğunlaşmaq üçün icbari hərbi xidmətin başlanmasını noyabrın 1-nə keçirməyi planlaşdırır.

ABŞ-da yerləşən Müharibə Araşdırmaları İnstitutu bəyan edib ki, yüksək rütbəli Rusiya rəsmiləri "ikinci səfərbərlik dalğasının zəruriliyi və hazırlıqları ilə bağlı fəal şəkildə razılaşmırlar". musavat.com 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar