Sizin Reklam Burada
Xəbər lenti
26-07-2024
25-07-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilər azərbaycanlı jurnalistə qarşı qarayaxma kampaniyası aparır

Tarix: 17-09-2023 13:18     Baxış: 3149 A- / A+


Ermənilər azərbaycanlı jurnalistə qarşı qarayaxma kampaniyası aparır


Gürcüstanda fəaliyyət göstərən radikal erməni qrup ölkənin ictimai kanalının etnik azərbaycanlı əməkdaşına qarşı sosial mediada qarayaxma kampaniyası başladıb.
 
Msnevr.az APA-ya istinadən xəbər verir ki, Gürcüstan vətəndaşı olan ermənilərin yaratdığı radikal qrup Gürcüstanın Birinci kanalının departament rəhbəri Ramilə Əliyevaya qarşı uzun müddətdir apardığı qarayaxma kampaniyasını gücləndirib. Qrup Ramilə Əliyevanın məhz azərbaycanlı olmasına görə ermənilərin də çalışdığı departamentə rəhbərlik etməməli olduğunu bildirir və istefa verməsini tələb edir.
 
Məsələyə reaksiya verən Ramilə Əliyeva "Facebook" hesabında böhtan və qarayaxma kampaniyasına rəğmən istefa verməyəcəyini, Gürcüstanda ermənilərlə azərbaycanlıların dinc yaşayışından narahat olan bu qrupun məqsədinə çatmasına imkan verməyəcəyini və fəaliyyətini davam etdirəcəyini bəyan edib. Ramilə Əliyeva Gürcüstanın etnik azərbaycanlı, müsəlman vətəndaşı olduğunu və hər zaman da belə qalacağını vurğulayıb. O, ölkənin təhlükəsizlik orqanlarını Gürcüstanda etnik terror törədən bu qrupla bağlı tədbir görməyə çağırıb. Gürcüstanın ictimai kanalı Ramilə Əliyevanın bəyanatını öz saytında dərc edib.
 
Azərbaycanın Gürcüstandakı səfirliyi də məsələyə reaksiya verib.
 
"Xanım Ramilə Əliyeva! Siz yalnız deyilsiniz. Biz sizinləyik! Biz sizi dəstəkləyirik", səfirliyin bəyanatında bildirilib.
 
Gürcüstandakı azərbaycanlı icmasının fəalları da Ramilə Əliyevaya dəstək ifadə ediblər.
 
Qeyd edək ki, Gürcüstan vətəndaşı olan ermənilərin yaratdığı qrup tez-tez Tbilisidə Azərbaycan ərazisində separatizmi dəstəkləyən aksiyalar təşkil edir.

Msnevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar