Xəbər lenti
21 yaşlı oğlan dağıntılar altından çıxarıldı - DƏHŞƏTLİ VİDEO

Gəncədə yaşayış binasında baş vermiş partlayış nəticəsində dağıntılar altından bir nəfər sağ çıxarılıb.
Manevr.az xəbər verir ki, bu barədə trend-ə Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.
Onun sözlərinə görə, dağıntılar altından çıxarılan şəxs hərbi qulluqçu olduğu üçün hazırda hərbi hospitala yerləşdirilib.
P.Əbubəkirov əlavə edib ki, hadisə nəticəsində dünyasını dəyişən şəxs də hərbçi olub.
Nazirlik sözçüsü bildirib ki, hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb olunub.
* * *
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib.
Manevr.az xəbər verir ki, partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin apardığı axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyiti tapılıb, 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğlu isə yaralı vəziyyətdə aşkarlanaraq xilas edilib.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar