Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Cəlilabadda yük maşını DSX zabiti və 4 yaşlı qızı olan avtomobili vurub

Tarix: 11-10-2018 12:08     Baxış: 3185 A- / A+
Cəlilabadda yük maşını DSX zabiti və 4 yaşlı qızı olan avtomobili vurub



Dövlət Sərhəd Xidmətinin əməkdaşı azyaşlı qızı ilə birlikdə yol qəzasına düşüb.

Manevr.aztrend.az-a istinadən verdiyi məlumata görə, hadisə Cəlilabad rayonu ərazisində baş verib.

Ələt-Astara-İran sərhədi avtomobil yolunun Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisindən keçən hissəsində Rusiya Federasiyasının Dağıstan vətəndaşı, 1986-cı il təvəllüdlü Maqomedov Maqomedqabib Omaroviç idarə etdiyi "Volvo" markalı 0156 TM 39 rus qeydiyyat nişanlı yük avtomobili Ələt istiqamətində hərəkətdə olarkən yolun sağ tərəfində dayanan, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, Astara Gömrük Buraxılış Məntəqəsində inspektor vəzifəsində işləyən Bakı şəhəri, Sabunçu rayon sakini, 1992-ci il təvəllüdlü Qasımov Cavid Elman oğlunun idarə etdiyi "VAZ 21124" markalı 10-UT-720 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində sürücü və onun qızı, 2014-cü il təvəllüdlü Qasımova Lalə Cavid qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

L.Qasımova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar