Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Oğlu "Lexus"la adam öldürən baş həkim DANIŞDI : "...dilinə içki dəyməyib"

Tarix: 18-09-2017 15:00     Baxış: 5372 A- / A+
Oğlu "Lexus"la adam öldürən baş həkim DANIŞDI
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadə oğlunun qəza törətməsindən danışıb.
O, unikal.org-a açıqlamasında bildirib ki, övladı qəza törədən zaman içkili olmayıb, hadisə piyadanın günahı ucbatından baş verib:
"Övladım işıqfordan tərpənib sola dönəndə, piyada yolun qanunla nəzərdə tutulmayan hissəsində qaçarkən hadisə baş verib. Hadisə piyadanın günahı səbəbindən baş verib. Övladım hadisə baş verən ərazidən qaçmayıb. Polis əraziyə gəlib araşdırma aparıb. İçkili olub-olmamasını araşdırıb. Övladımın indiyədək dilinə içki dəyməyib. Araşdırmadan da məlum olub ki, o içkili olmayıb. Araşdırmanın yekun nəticəsindən asılı olaraq qanun nəyi tələb edirsə, o da olacaq. Hazırda övladım saxlanılıb”.

Xatırladaq ki, paytaxtın Teymur Əliyev küçəsində 10-SD-908 dövlət qeydiyyat nişanlı "Lexus" markalı avtomobili idarə edən Mehdizadə Toğrul Nizami oğlu yolu keçən 1986-ci il təvəllüdlü Ağayev Ramin Ramiz oğlunu vurub. Nəticədə piyada ağır xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb və sürücü saxlanılıb.
Qeyd edək ki, hadisəni törədən T.Mehdizadə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadənin oğludur. N.Mehdizadə baş həkim vəzifəsinə bu ilin iyun ayında təyin edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar