Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

12 YAŞLI QIZI ZORLADIĞI ÜÇÜN 16 YAŞLI BACISINA TƏCAVÜZ ETDİLƏR : TÜKÜRPƏDƏN HADİSƏ -FOTO

Tarix: 27-07-2017 18:15     Baxış: 5340 A- / A+
12 YAŞLI QIZI ZORLADIĞI ÜÇÜN 16 YAŞLI BACISINA TƏCAVÜZ ETDİLƏR

Pakistanın Multan şəhərində gənc bir kişiyə "intiqam üçün təcavüz etməlisən" əmri verdikləri iddia edilənlər saxlanılıb. Nəzarətə alınanların sayının 20-yə yaxın olduğu bildirilib.

Polisdən BBC-yə verilən məlumata görə, tükürpədən hadisə "qurban”ın qardaşı başqa bir qıza təcavüz etdiyi üçün qısas məqsədilə törədilib. Yenə polisdən verilən açıqlamaya görə, "qurbanlar” həm də yaxın qohumdurlar.

Fransa xəbər agentliyi AFP-yə danışan polis rəsmisi Allah Bakş bildirib ki, "Jirga” (Tayfa Şurası) cəza olaraq 16 yaşlı bir qıza təcavüz edilməsi əmri verib. Səbəb odur ki, bu qızın qardaşı da 12 yaşlı bir qıza təcavüz etmişdi.

İlk təcavüzü həyata keçurən adam isə hələ də axtarılır.

BBC-yə danışan mənbələr isə hadisəni yumşaltmağa çalışaraq, "intiqam təcavüzü" əmrini verənlərin "Tayfa Şurası” deyil, iki ailənin bəzi üzvləri olduğunu bildirirlər.

Pakistanda yaşlı tayfa üzvlərindən ibarət icmalar var, bir növ ağsaqqallar şurası olan bu icmaların fəaliyyətləri adətən müxtəlif problemləri "həll etmək” olduğu bildirilir.
12 YAŞLI QIZI ZORLADIĞI ÜÇÜN 16 YAŞLI BACISINA TƏCAVÜZ ETDİLƏR

Pakistanda 2002-ci ildə də bir tayfa şurası 28 yaşlı Muhtaran Mai adlı qadına kütləvi şəkildə təcavüz edilməsi əmri də vermişdi.
Səbəb eynidir, "intiqam təcavüzü” - Muhtaran Mainin 12 yaşlı qardaşı bundan əvvəl yaşlı bir qadınla cinsi əlaqəyə girməkdə günahlandırılmış və bu səbəbdən onun özü Şuranın fətvası ilə kütləvi şəkildə zorlanmaya məruz qalmışdı.
12 YAŞLI QIZI ZORLADIĞI ÜÇÜN 16 YAŞLI BACISINA TƏCAVÜZ ETDİLƏR
Mai isə özünə təcavüz edənlərin əleyhinə cinayət davası qaldırmışdı. Amma Pakistan Ali Məhkəməsi məhkum edilən 6 nəfərdən beşinə verilən cəzaları ləğv etmişdi.
Zamanla mühüm insan hüquqları aktivisti olan Mai, Pakistanı tərk etməsi üçün edilən müraciətlərə baxmayaraq, ölkəsini tərk etməyərək kəndində məktəb tikdirmiş, həyat hekayəsi isə 2014-cü ildə Nyu-Yorkda nümayiş etdirilən "Barmaq izi" adlı operaya süjet olmuşdu./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar