Xəbər lenti
Vətən deyən oğullar
1992-ci ilin iyul ayı idi. Ağdama getmişdim. Əli silah tutan hər kəs cəbhədəydi. Yer-göy atılan mərmilərdən sanki od tutub yanırdı. Havadan ölüm qoxusu gəlirdi. Kəndlərdə “Yerli özünü müdafiə batalyonları” yaranmışdı. Döyüşçülərlə görüşüb söhbət edirdim. Hər birinin necə fədakar və cəsur olduğunu görürdüm. Nələr baş verdi? Niyə torpağımız düşmənə əsir düşdü?
28 il torpaq həsrəti ilə yanıb kül olduq. Dədə-baba yurdundan qaçqın düşdük. Elimiz-obamız talandı, yandırıldı, yerlə yeksan oldu. Övladlarımız əsir alındı. Dünya isə erməni vəhşiliyinə səssiz qaldı. Çünki məhv olan Türk elləri, öldürülən isə türklər idi.
Birinci Qarabağ savaşı çox can aldı. Qız-gəlin əsir düşdü. Yüzlərlə insanımızdan hələ də xəbər yoxdu. Uşaqlarimiz isə yetim böyüdü - ata və torpaq həsrəti ilə...
Ey duyarsız dünya! Özünü hegemon sayan güclər,indi də susun. Artıq Türk oğlu Türk danışır. Yetim qalan uşaqlar böyüyüb Vətən üçün, atalarının intiqamı üçün silaha sarıldı. 28 illik həsrət 44 günlük savaşla sona yetdi. Azərbaycan gücünü bütün dünyaya göstərdi. Allah ordumuza zəfəri qazandırdı. Çünki haqq deyə yola çıxana, haqq olan Allah da yardım edər.
Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizə və zəfər sevincini bizə yaşadan qazilərimizə minnət borcumuz var. Ona görə də qəhrəmanlarımızı tanımaq və tanıtmaq hər birimizin vətəndaşlıq borcudur.
Şəhid Əliyev Etibar Nadir oğlu 1967-ci il mart ayının 8-də Ağdamın Şurabad kəndində doğulmuşdu. Həqiqi hərbi xidmətini Rusiyada başa vurub evə dönmüşdü.17 noyabr 1994-cü ildə Ağdamda mina partlaması nəticəsində şəhid olmuşdu. İki qız, bir oğul atasıydı.
Müharibə başlandığı gün könüllü olaraq ordu sıralarına yazılan Etibar Əliyev Ağdərə, Kəlbəcər, Ağdam uğrunda gedən qanlı döyüşlərin iştirakçısı olmuşdu. Yaralansa da, müalicəsini yarımçıq qoyaraq cəbhə yoldaşlarının yanına dönmüşdü. Etibarın döyüş yoldaşları onun haqqında danışanda göz yaşlarına hakim ola bilmirdi. Etibar qəhrəman olduğu kimi, həm də fədakar dost, yoldaş idi.
Həyat yoldaşı Kəmalə həmin günləri göz yaşı içində xatırlayır:”” Böyük qızımız Günay dörd yaşında, Fəridəmiz iki yaşındaydı. Oğlumuz dünyaya gələndə bir günlüyünə icazə alıb gəldi. Uşaqları bağrına basıb doya-doya öpdü. Oğlanın adını Qalib qoydu. Biz qalib gələcəyik, deyərək qapıdan çıxdı. Maşına minəndə uşaqlara elə həsrətlə baxdı ki.. Sanki ürəyimin parçlandığını hiss etdim..
17 oktyabr Etibarın şəhid xəbəri bütün “Çadır şəhərciyi”nə yayıldı. Üç uşaqla başsız qaldım..”
İllər keçdi. Bu keçən illərin ağırlığını həm atasız, həm də yurdsuz böyüyən övladlardan soruşun...
27 sentyabr 2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazılan tarix - qaliblərin böyüyüb intiqam üçün silaha sarıldığı gün!
Əliyev Qalib Etibar oğlu 20 oktyabr 1994-cü ildə” Qaçqın şəhərciyi”ndə dünyaya gəlmişdi. Ata və torpaq həsrəti ilə böyüyən Qallib intiqam alacağına and içmişdi.
44 günlük savaşda qəhrəman ataların igid oğulları silaha sarılıb düşmənin başını əzdi. Əliyev Qalib Etibar oğlu Vətən savaşında göstərdiyi şücaətlərə görə bir sıra orden və medallarla təltif olunmuşdu. Hal-hazırda Azərbaycan ordusu sıralarında Vətənə xidmət edir. Ailəlidi. Allah qazimizə özü kimi cəsur övlad nəsib eləsin.
Mənsurə Eldar XƏLƏFBƏYLİ
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar