Xəbər lenti
Oğlum evlənir, 29 yaşında - Azərbaycanda 27 ildə İLK
Azərbaycanda son 27 il ərzində ilk dəfə olaraq, ötən il kişilər arasında ən yüksək orta nikah yaşı qeydə alınıb.
Belə ki, 2003-cü ildə kişilərin nikaha daxil olma üçün orta yaş həddi 28,6 (28 yaş 6 ay), qadınlar üçün 23,7 (23 yaş 7 ay) olub. 2008-ci ildə nikaha daxil olanların yaş həddində (kişilər üçün 28, qadınlar üçün 23, 4) nisbətən azalma olsa da, sonrakı illərdə nikah yaşı yenidən artıb.
2013-cü ildə kişilər üçün nikah yaşı 28,4, qadınlar üçün 24, 2016-cı ildə kişilər üçün 28,6, qadınlar üçün 24,1, 2017-ci ildə kişilər üçün 28,8, qadınlar üçün 24,2 olub.
Azərbaycanda qadınlar arasında ötən il qeydə alınan orta nikah yaşı son 27 il üçün ən yüksək olan göstəriciyə (Azərbaycanda qadınlar arasında nikaha daxil olanların orta yaşı üzrə ən yüksək göstərici 1990-cı ildə qeydə alınıb) yaxınlaşıb. 1990-cı ildə qadınlar arasında nikaha daxil olanların orta yaşı 24,3, ötən il isə 24,2 olub.
Rəqəmlər göstərir ki, kişilərin nikaha daxil olma yaşında daha çox artım qeydə alınır.
Bəs oğlanların gec ailə qurmasının səbəbi nədir?
Sosioloq Əhməd Qəşəmoğlu Publika.az-a açıqlamasında bildirib ki, bunu bir neçə səbəblə əlaqələndirmək olar. İqtisadi, mənəvi amillərin təsiri ilə yanaşı dünyada gedən proseslər də səbəblər sırasındadır.
"Lakin səbəbi bir yerdə axtarmaq doğru deyil. Çünki dünyada qloballaşma sürətlə gedir. Hər bir ölkədə bu proses müxtəlif formada təzahür edir. Azərbaycanda ildən-ildə gənclərin ailə qurmaq yaşı artır. Əsas səbəblərdən biri iqtisadi amillərlə bağlıdır. İş və ev problemini həll etmək üçün müəyyən zaman tələb olunur. Bu işləri həll edəndə də, artıq yaş 28-ə çatır. Digər səbəb ailə dəyərlərinə yanaşma ilə bağlıdır. Əvvəllər insanların ailə barəsində fikirləri fərqli idi, oğlanlar 24-25, qızlar isə bir az daha erkən yaşda ailə qurmaq vaxtının çatdığını düşünürdü. Bu məsələdə ictimai qınaq da var idi. İndi isə ailə qurmaq barədə təsəvvürlər 20 il əvvəlkindən çox fərqlidir. Bu gün boşanmaların sayının artması, yaşanan problemlər, ailə daxilindəki gərginlik gənclərin ailə dəyərlərinə münasibətinə təsir edir. Azərbaycan ailəsi indiki qədər gərgin olmayıb".
Sosioloq onuda vurğulayıb ki, bu gün gənclərin valideynlərdən ayrı yaşamaq istəyi də ailə qurmaq yaşının artmasına səbəb olur: "Əvvəllər gənclər ailə quranda valideynlərin yanında qalırdı, maddi baxımdan ailələr dəstək olurdu, həm də ev problemi yaşanmırdı. Lakin gənclərin ayrı yaşamaq istəyi maddi sıxıntılar yaşamalarına və ailə qurmaq yaşının artmasına səbəb olur. Bir sözlə, həm iqtisadi, həm də mənəvi amillər ailə qurma yaşının artmasına səbəb olur".
Ə.Qəşəmoğlu bu yaş həddinin yaxın illərdə də müşahidə ediləcəyini və hətta tədricən artacağını bildirib. Onun sözlərinə görə, yaş həddinin artması ölkəmizə yeni problemlər də gətirəcək: "Ailə qurmanın yaşı var. Müəyyən yaşdan sonra insanların uşaq böyütməyə, onunla məşğul olmağa səbri və həvəsi olmur. Aparılan araşdırmalara görə, müəyyən yaşdan sonra valideynlərin energetikası və ailəyə olan istək də dəyişir. Bu həm də uşaqlara və ailəyə olan münasibətə təsir edir. Yaş artdıqca sosial amillər mənəvi amillərin önünə keçir. Təbii ki, bu ailənin uzun müddətli olması üçün yaxşı hal deyil. Gec yaşda ailə qurmaq doğulan uşaqların da sayının azalmasına səbəb olur. Ailədə 2-3 uşaq olmursa, doğulma indeksi azalır, nəticədə yaşlı əhalinin sayı gənclərə nisbətən çox olur. Dolayısı ilə istehsalatda işçi ehtiyacının ödənilməsi üçün miqrantlara ehtiyac duyulur. Hazırda bu durum Avropa ölkələrində müşahidə edilir. Miqrant axını etnik və mənəvi dəyişikliklərə səbəb olur. Bu məsələlərə isə inzibati yolla müdaxilə mümkün deyil".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar