Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

ASLAN İSMAYILOV İZLƏYİCİLƏRİNİ VƏ KASIBLARI TƏHQİR ETDİ – “Kasıb yaşayanların əksəriyyəti qorxaqlardır”

Tarix: 22-08-2018 14:19     Baxış: 21 127 A- / A+
ASLAN İSMAYILOV İZLƏYİCİLƏRİNİ VƏ KASIBLARI TƏHQİR ETDİ


Son vaxtlar adı müxtəlif qalmaqallarda hallanan hüquqşünas Aslan İsmayılov öz “Feysbuk” səhifəsində virtual dayaqlarından yavaş-yavaş məhrum olduğunu etiraf edib.

A.İsmayılov son statuslarından birində yazır: “Tənqidi yazını yazan, buna görə haqqında iki hökm çıxarılan və üçüncüsü hazırlanan, başqa min bir təqibə məruz qalan mən, qorxanlar isə sadəcə səhifəmi izləyənlərdir. Son bir ayda səhifə izləyicilərinin sayı min nəfərə yaxın azaldı. Paylaşanların, bəyənənlərin, şərh yazanların da sayında ciddi azalma müşahidə olunur. Hələ də anlamadıq ki, qorxan insan gün ərzində bir neçə dəfə, qorxmaz isə həyatında bircə dəfə ölür. Bu yaşımda hələ də qorxmaz insanın çox kasıb yaşadığını görməmişəm. Əksinə, kasıb yaşayanların əksəriyyəti qorxaqlar və həmişə “əşşi nəyimə lazımdır” deyənlərdir.

Rəsmi statistikaya görə 50 mindən artıq xərçəng xəstəsi qeydiyyatdadır. Bu gün başıma gələn bütün müsibətlər bu xəstələrə görə yazdığım məqalələr, apardığım araşdırmalardır. Onların bircə faizi məhkəmələrimə gəlsələr, 500-dən artıq insan olar. Məhkəməmə gələnlər isə sağlam və onlarla müqayisədə heç bir problemi olmayanlardır. İndi inanmağa başlayıram ki, bütün problemlərin günahkarı insanın özüdür”. /azinforum.az/

ASLAN İSMAYILOV İZLƏYİCİLƏRİNİ VƏ KASIBLARI TƏHQİR ETDİ


Aslan İsmayılovun müəllifi olduğu bu paylaşımda diqqət çəkən bəzi maraqlı məqamlar var. Aslan İsmayılov indiyə qədər apardığı “mübarizələrdə” əlində olan resurslar vasitəsilə virtual təzyiqdən məharətlə istifadə edib və bunun nəticəsində öz maraqlarını təmin edə biləcək uğurlar qazanıb. İndi isə proseslərin onun marağına uyğun şəkildə cərəyan etməməsi hüquqşünası dərindən məyus edir və o bütün qəzəbini səhifəsində olan izləyicilərin üstünə tökür. Aslan İsmayılov bununla neçənci dəfədir ki, izləyicilərin kütləvi şəkildə onun məhkəmələrinə gəlmədiyindən gileylənir. Sual oluna bilər: hüquqlardan gözəl anlayışı olan bir şəxs, niyə özünü qanunlara söykənərək deyil, kütləvi insan yığmaqla müdafiə etməkdə maraqlıdır? Yəqin ki, bu sualın da cavabı aydındır. Qeyri-qanuni metodlarla məhkəmələrə təzyiq göstərib, istədiyinə nail olmağı hədəfləyir.

Aslan İsmayılovun son paylaşımında diqqət çəkən daha bir cümlə də var. Hüquqşünas yazır: “Bu yaşımda hələ də qorxmaz insanın çox kasıb yaşadığını görməmişəm. Əksinə, kasıb yaşayanların əksəriyyəti qorxaqlar və həmişə “əşşi nəyimə lazımdır” deyənlərdir”.

Yəqin ki, bu fikirlər “Aslanizm” adlı “fəlsəfi nəzəriyyədən” götürülüb. Cünki başqa heç bir fəlsəfi cərəyan və ya ideologiya bu avantyuranı dətəkləyə bilməz. Şəxən biz kifayət qədər sakit təbiətli , hətta özünü ehtiyatlı insan tipinə aid edən insanlar (Aslan onları qorxaq adlandırır- müəllif) tanıyırıq ki, istədikləri bütün hədəflərə nail olublar və maddi imkanları da, Aslan İsmayılovunkundan qat-qat yaxşıdır. Məlum olur ki, Aslan İsmayılov öz şəxsi məqsədləri üçün istifadə edə bilmədiyi ağıllı və ehtiyatlı insanları qorxaq adlandıraraq onların boynuna hansısa minnəti qoymaq istəyir.Amma məsələyə dərindən yanaşdıqda bəlli olur ki, izləyicilərin İsmayılova yox, hüquqşünasın onlara külli miqdarda borcu var. Cünki o, indiyə kimi məhz sosial şəbəklər vasitəsilə ictimailəşdirdiyi mövzuların hesabına özünə yaxşı qazanc əldə edib. İstəyənlər onun səhifəsində belə bir monitorinq apara bilər. Aslan İsmayılov müqavilə bağladığı işlərin əksəriyyəti ilə bağlı öz səhifəsində məlumat verirdi. Proses gedə-gedə daima həmin işdən yazırdı. Sonda isə qazandığı “parlaq qələbələrə” xüsusi statuslar həsr edirdi. Ola bilər ki, hüquqşünas bu fəaliyyətini hobbi kimi səciyyələndirsin, amma biz Aslan müəllimin boş vaxtlarında yazmaqdan çox, ağac əkməyə meyilli olduğunu bilirik.İndi biz onun səhifəsinin izləyicisi kimi nə edək ki, erməni əsilli sahibkarların hüquqlarını müdafiə etməyə başlayandan sonra, İsmayılov Mürvət Həsənli adlı sahibkarla üz-üzə gəldi və ondan sonra işləri tərs getməyə başladı…

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar