Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bayram yarmarkalarında ət neçəyə satılacaq? – AÇIQLAMA

Tarix: 14-08-2018 17:03     Baxış: 3251 A- / A+
Bayram yarmarkalarında ət neçəyə satılacaq? – AÇIQLAMA


Qurban bayramına sayılı günlər qalıb. Hər il bayram günləri ərəfəsində paytaxtın müxtəlif ərazilərində yarmarkalar təşkil edilir.

Bu yarmarkalarda qiymətlər bazar qiymətlərindən bir qədər münasib olur. Bayramla bağlı təşkil olunan yarmarkalarda ətin qiyməti bazarla müqayisədə fərqlənir.

Maraqlıdır, yarmarkalarda ətin qiymətini hansı qurum tənzimləyəcək və neçəyə olacaq?

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Anar Hüseynov Manevr.az açıqlamasında deyib ki, nazirlik qiymətin formalaşmasında heç cür iştirak etmir:

“Biz bu prosesdə iştirak etmirik və qiymət formalaşmasında rolumuz yoxdur. Bazar liberal dəyər üzərində qurulub və qiymətlərə müdaxilə edilmir”. Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirlinin fikrincə, qanunvericilik baxımdan Kənd təsərrüfatı və İqtisadiyyat nazirliklərinin istehlak bazarına nəzarət, qiymətlərə müdaxilə səlahiyyəti yoxdur:

“Kənd Təsərrüfatı Nazirliyi ölkədə “kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, baytarlıq, bitki mühafizəsi və karantini, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətini işləyib hazırlayan və onu gerçəkləşdirən, normativ hüquqi və iqtisadi tənzimlənməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır”. (Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş əsasnaməsindən çıxarış). İqtisadiyyat Nazirliyi “ölkənin iqtisadi və sosial inkişafı sahəsində dövlət siyasətini hazırlayır və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilməsini təmin edir”. ( Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş əsasnaməsindən çıxarış). Bəs onda ölkədə qiymətlərə kim nəzarət edir?

Ölkə başçısının 20 aprel 2018-ci ildə imzaladığı sərəncama qədər bu funksiyanı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti həyata keçirirdi. Xidmət antiinhisar (rəqabət), istehlakçıların hüquqlarının müdafiəsi, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarına riayət edilməsinə dövlət nəzarətini daşıyırdı.

Xidmətin səlahiyyəti vardı ki, “qiymətlərlə süni şəkildə manipulyasiya edilməsinə, qiymət ayrı seçkiliyinə və qiymətlərin dempinqinə qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər” görsün. Amma aprel ayında bu səlahiyyətlərə xitam verildi və “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradıldı. Nəzəri olaraq aydındır ki, bu qurumun səlahiyyətləri imkan verəcək ki, istehlak bazarına nəzarət funksiyaları tam həyata keçirilsin. Hələlik, bu qurum rəsmi olaraq fəaliyyətə başlamadığı üçün fəaliyyət istiqamətləri məlum deyil, hazırda bazarlarda qiymətlər liberal bazar tələblərinə əsasən tənzimlənmir, tələb-təklif əsasında formalaşır.

İkinci mühüm məsələ, 2005-ci ildə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”na əsasən ölkədə qida və kənd təsərrüfatı məhsullarının qiymətləri dövlət tərəfindən tənzimlənmir. Siyahıda bu istiqamətdə heç bir məhsulun adı yoxdur. Bu o deməkdir ki, hətta yeni dövlət agentliyi fəaliyyətə başlasa belə birbaşa qiymətlərə müdaxilə edə bilməyəcək, yalnız bazar və inzibati qanunvericilik mexanizmlərdən istifadə etməklə nəzarət funksiyalarını həyata keçirməli olacaq. Məsələn, dövlət səviyyəsində məhsulun maya dəyərinin ucuzlaşdırılması istiqamətində bir sıra vergi, subsidiya, kredit dəstəyi islahatları həyata keçirilə bilər. Çünki, qida sektorunda maya dəyəri aşağı düşsə istehlak bazarında ucuzlaşma qaçılmaz olacaq”. /cebhe.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar