Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda siqaretlərin qiyməti təkrar “oynaya” bilər

Tarix: 25-07-2018 16:54     Baxış: 3351 A- / A+
Azərbaycanda siqaretlərin qiyməti təkrar “oynaya” bilər


Tütün məhsullarının qiymətinin aşağı düşməsi, ola bilsin, ölkədə siqaret istehsalının kəskin artımı ilə bağlıdır, lakin ölkədə fermentləşdirilmiş tütün çatışmazlığı problemi hələ də qalir

Tütün məhsullarının qiymətinin aşağı düşməsi, ola bilsin, ölkədə siqaret istehsalının kəskin artımı ilə bağlıdır. Manevr.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2018-ci ilin mayında tütün məhsullarının qiymət indeksi 2018-ci ilin apreli ilə müqayisədə 0,9%, 2017-ci ilin may ayı ilə müqayisədə isə 16,2% aşağı düşüb.

Ola bilsin, siqaret çəkənlər deyəcəklər ki, tütün məhsullarının qiymətləri əvvəlki səviyyədə qalıb. Statistika idarəsi isə, məhz hansı növ və markalardan olan siqaretlərin qiymətlərinin aşağı düşdüyü barədə ətraflı məlumat verməyib.
DSK-nın hesablamalarına görə, 2018-ci ilin beş ayının nəticələrinə görə, ölkədə 1,275 milyard ədəd siqaret istehsal edilib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 4,2 dəfə çoxdur. Yeri gəlmişkən, bu ilin 5 ayı ərzində ümumilikdə 2017-ci ildə istehsal edilmiş siqaretlərdən çox siqaret istehsal edilib. 2017-ci ildə ölkəmizdə 1,241 milyard ədəd siqaret istehsal edilib.
Hələ biz cari ildə “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) fəaliyyətə başlayacağını nəzərə almırıq. “Tabaterra” QSC-yə 17 noyabr 2017-ci il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Şirkət Sumqayıt Kimya Sənaye Parkının 5,52 ha torpaq sahəsində tütün məmulatları fabriki inşa edəcək. Fabrikdə beynəlxalq standartlara cavab verən siqaret istehsal ediləcək.
Şirkət tərəfindən Sumqayıt Sənaye Parkının ərazisində Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında qurulacaq fabrikdə bu ölkələrin standartlarına uyğun olaraq il ərzində 7 milyard ədəd ağır, yüngül və daha yüngül dərəcəli olmaqla, üç növdə (Ənənəvi standart ölçülü — “King Size” formatlı siqaretlər, müasir — “Demi Slims” formatlı siqaretlər və nano ölçülü “Super Slims” formatlı siqaretlər) filterli siqaretlər istehsal ediləcək ki, bu da ölkənin tütün məmulatlarına olan tələbatının 70 faizini ödəyəcək.

Bazarın tələbatını nəzərə alsaq, Azərbaycanda 10 milyard ədəd siqaret istehsal etmək gücü olan potensial tütün fabriki ölkənin tütün məmulatlarına olan tələbatını tamamilə ödəməyə qadirdir.Əlbəttə ki, siqaret istehsalı üçün fermentləşdirilmiş tütün tələb olunur. DSK-nin məlumatına görə, beş ayın yekunlarına görə, ölkədə 1,264 min ton fermentləşdirilmiş tütün istehsal edilib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 15,9% çoxdur. Bununla yanaşı, çətin ki, ölkəmizdə tütün məhsullarının istehsalı üçün tələb olunan fermentləşdirilmiş tütünün həcmi kifayət qədər olsun.

Kobud hesablama aparsaq, ölkədə istehsal olunan fermentləşdirilmiş tütünün həcmi ölkədəki siqaret bazarının tələbatının uzağı üçdə birini ödəməyə qadirdir. Lakin artıq yerli siqaret istehsalına yönəlmiş tədbirlər, tütün və tütün məmulatlarının ölkəmizə idxalının həcmini azaltmağa imkan verib.

Belə ki, DSK-nın məlumatına görə, bu ilin yanvar-may ayları ərzində ölkəyə idxal olunan tütün və tütün məmulatlarının həcmi 47,962 milyon dollar təşkil edib. Bu isə ötən ilin 5 ayı ilə müqayisədə 11,038 milyon dollar, yaxud 18,7% azdır.

Məhz yerli istehsalın artımı və tütün məmulatlarının idxalının azalması ölkədə siqaretin qiymətinin aşağı düşməsinə səbəb ola bilər.

Bununla yanaşı, tütün məmulatlarının qiymətlərinin nisbətən aşağı düşməsi ilə bağlı mövcud tendensiya uzun sürməyə bilər. Xatırladaq ki, Dünya Bankının Azərbaycan üzrə meneceri Navid Naqvi dəfələrlə Azərbaycan hökumətinə təklif edib ki, tütün məmulatlarına tətbiq olunan aksiz vergilərini artırmaqla qiymətlərin artmasına və əhalinin siqaret əldə etməsini məhdudlaşdırmağa nail olsun.

Onun sözlərinə görə, bu, büdcəyə daxil olan vəsaitlərin həcmini artıracaq və əhalinin sağlamlığına müsbət təsir göstərəcək. Bununla əlaqədar olaraq, istehlak bazarında siqaretin qiymətlərinin qalxması yalnız zaman məsələsidi./sputnik.az/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar