Xəbər lenti
Azərbaycana qarşı təxribat: Dini kimlər alət edir? – “Şəxsən mənə deyiblər ki…”- Hacı Şahin
Gəncədə baş verən son hadisələr göstərir ki, dini radikalizm Azərbaycan üçün ciddi təhlükə vəd edir. Məhz bu təhlükəni zamanında görən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Dini Məsələlərlə bağlı İdeoloji Konsepsiya və Təkliflər Paketi hazırlayıb. Bu təkliflər paketində hər bir ölkə , o cümlədən vətənimiz üçün də təhlükə vəd edən dini radiklizmlə mübarizədə dövlət-vətəndaş əməkdaşlığına da diqqət yetirilib.
Maraqlıdır, dini radikalizmlə birgə mübarizə necə aparılmalıdır?
Cebhe.info məsələ ilə bağlı din xadimlərinin fikirlərini təqdim edir.
“İnanclı insanlar aksiyada iştirak etməyib”
İlahiyyatçı Hacı Şahin Həsənli Cebhe.info-ya açıqlamasında din və radikallığın bir-birinə zidd anlayışlar olduğunu deyib:
“Bəzi radikal insanlar ola bilər ki, dindən öz məqsədləri üçün istifadə etsinlər. Onları dindar hesab etmirəm. Çünki heç bir dindar öz vətəndaşına silah qaldırmaz, onu qətlə yetirməz. Çünki bu, dinin prinsiplərinə ziddir. “Quran” insanların öldürülməsini ən böyük günah hesab edir. Cihad yalnız o zaman ola bilər ki, xalqın torpağına təcavüz edilsin və hər kəs silaha sarılıb öz vətənini qorusun. Cihadın yeganə ünvanı budur. Kimsə daxildə düşmən yaratmaq, insanları qarşı-qarşıya qoymaq istəyirsə bunu dinlə əlaqələndirə bilməz. Bu hadisələr dinlə daban-dabana ziddiyyət təşkil edir və “Qurani- Kərim”in məntiqinə ziddir. Azərbaycan inanclıları da ömür böyu dövlətçiliyə sadiq insanlar olub. Azərbaycanın müstəqillik əldə etməsində inanclı insanların böyük rolu olub. Dövlət quruculuğu prosesində də inanclı insanlar fəal iştirak edib və dövlətin ən sadiq əsgərləri olub. Görünür ki, kimlərsə situasiyanın belə olmasından ehtiyatlanır və narahat olur. Buna görə də din amilindən istifadə edərək ölkə daxilində qarşıdurma yaratmaq istəyir. Bu təcrübəni digər ölkələrdə də sınaqdan keçiriblər. Yaxın Şərq ölkələrində məhz dini şüarlarla insanları dağıdıcılığa sövq edə bildilər. Bu prosesləri Azərbaycanda da təşkil etmək istəyən xarici və daxili qüvvələr var. Buna görə də din faktorundan sui-istifadə etmək istəyirlər. Ancaq inanclı insanlar bimənalı olaraq öz mövqeyini ortaya qoyurlar ki, bu hadisələrdə iştirak etmirlər. O hadisələrdə iştirak edənlər məhdud sayda kirminal ünsürlərdir ki, özlərini dindar kimi təqdim edirlər. Dünən Gəncədə onlarla şəxslə əlaqə saxlamışam, inanclı insanların heç biri o aksiyalarda iştirak etməyib. Baş verən hadisələrin onlara aid olmadığını şəxsən mənə deyiblər. Sadəcə olaraq kimsə din adından istifadə edərək öz arzularına çatmaq istəyir. Buna isə qətiyyən yol vermək olmaz”.
“Dindarlar ayıq-sayıq olsunlar, təxribata uymasınlar”
Sonda Hacı Şahin Həsənli inanclı insanlara müraciət edib: “Azərbaycan dindarları dövlət maraqlarına hər zaman sadiq insanlar olub. Buradan onlara bir daha müraciət edirəm ki, ayıq-sayıq olsunlar, heç bir təxribata uymasınlar. Bu ilk növbədə Allah qarşısında bir məsuliyyətdir. Çünki insanları qarşı-qarşıya qoymaq, insanları öldürmək Allah qarşısında böyük bir günahdır. Bu, həm dünya, həm də axirət əzabına səbəb olacaq əməllərdir. Ona görə də inanclı insanları daha diqqətli olmağa, prinsipial mövqelərində qalmağa çağırıram. Din xadimləri həm xütbələrində, həm də digər məclislərdə bu amili vurğulasınlar”.
“İmanlı insanlar dövlətçiliyə sadiqdir”
Şərqşünas Seyid Camal Əzimbəyli də dində radikalizmin olmadığını deyib. C.Əzimbəyli imanlı insanların dövlətçiliyə sadiq olduqlarını vurğulayıb:
“Bunu bir şərqşünas, imanlı şəxs kimi dəfələrlə demişəm. Amma artıq din adı altında o qədər terror hadisəsi baş verir ki, bu söz bir termin kimi insanlar üçün asanlaşıb. Nəinki islamda, digər səmavi dinlərə aid kitablarda da dində zorakılıq birmənalı şəkildə pislənir. Hətta islamın gətirdiyi qaydalara, dinin təməl pirinsiplərinə nəzər saldıqda görürük ki, bütün yaradılmışlar bəndənin mənafeyi üçün yaradılıb. Amma çox təəssüflər olsun ki, dinin hər zaman insanların ayaqlanması üçün olduğunu düşünən zərərli qüvvələr var. Azərbaycanın daxilində onları siyasi baxımdan nəyisə həyata keçirə bilmədikdə, dini müqavimətə əl atırlar. Eyni zamanda xarici kəşfiyyat qüvvələri, Azərbaycanın bütövlüyünü, tolerantlığını sevməyənlər hər zaman din amilindən istifadə ediblər. Bu, tarixən belə olub. Amma geçəkliyə qalanda, dində radikalizm yoxdur. Çünki “Qurani- Kərim”də buyurulur ki, dində məcburiyyət yoxdur. Hətta dində dəvətdən o tərəfə keçmək qaydaların pozulması, Allahın qəzəbinə gəlmək deməkdir.
Düşünürəm ki, söhbət Azərbaycandan və dini mühitdəki proseslərdən gedirsə, Gəncədə baş verənləri dinə bağlamaq ideoloji baxımdan yanlışdır. Çünki terrorçunun nə dini, nə də milli kimliyi var. Onun məqsədi vurmaq, zədələmək və qisas almaqdır. Nə olursa –olsun, dinc şəraitdə insana zərər vermək islamın hökmlərinə qarşı gəlmək deməkdir. Peyğəmbərimiz özü buyurur ki, dini sevmək imandadır. Bu gün sevgili vətənimizdə birliyi, bərabərliyi qorumaq üçün işlərin sürətləndirilməsinə çox böyük zərurət var. Çünki dini baxımdan nüfuzlu insanların ortaya çıxması ilə ölkənin milli təhlükəsizliyi güclənmiş olur. Milli şüura malik kadrlar ortaya çıxmalıdır. Doğrudur, milli şüura malik dini kadrları hazırlayan İlahiyyət Universiteti artıq var, amma yeni yaradılıb. Bu əvvəldən olsaydı və biz milyonların qəbul etdiyi dini xadimlər yetişdirə bilsəydik, bu gün din altında bu cür hadisələrin qarşısını məharətlə alardıq. Azərbaycan dövləti güclüdür və düşünürəm ki, indiki zamanda hər kəs dövlətin yanında olmağa imanı ilə borcludur”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar