Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Partlayışdan oyananlar?!…Yaxud qəflət yuxusunun aparacağı yol

Tarix: 05-07-2018 15:32     Baxış: 1399 A- / A+
Partlayışdan oyananlar?!…Yaxud qəflət yuxusunun aparacağı yol
Bir xalqı və milləti tanımaq, onunla bağlı ilkin təsəvvür formalaşdırmaq üçün adətən onun ata sözlərini öyrənməkdən daha asand heç nə yoxdur. Bir dövləti tanımaq üçünsə, onun siyasi proseslərdəki duruşu, mövqeyi və bir sıra xarakterlərini izləmək yetərlidir ki, həmin ölkəylə bağlı təsəvvürün formalaşsın. Lakin ən maraqlı və mühümü xalqın dövlətlə olan bağı, dövlətin xalqa olan münasibətidir. Digər məsələ isə xalqın özünüdərk məsələsidir ki, sözün əsl mənasında bütün münasibətlərin məcmusu bu amildən çox asılıdır.

Mingəçevir İES-də baş verən partlayış, bütün ölkənin qaranlığa qərq olması, infrastruk sahələrinin iflic vəziyyətinə düşməsi, strateji əhəmiyyətli sahələrin sözün əsl mənasında dayanması bir daha özümüzə nəzər salmağa insanı vadar etdi. Hadisənin necə baş verməsi, səbəbi nə idi artıq bunlar az əhəmiyyət kəsb edir. Məsələ dövlət-xalq, dövlətin qurumları arasındakı koordinasiya, xalq və cəmiyyət kimi hadisəyə yanaşmamız, mövcud vəziyyətə adaptasiyamız, reaksiyamız bu prosesdə önə çıxan ən vacib məsələlərdəndir. Hər şeydən əvvəl hadisəyə ilk reaksiyanı siyasi təşkilat olaraq dövlət verdi. Hadisənin araşdırılmasıyla bağlı dövlət komissiyası yaradıldı, ilk müşavirəsi də keçirildi. İlkin rəy ondan ibarətdir ki, səhlənkarlıq baş verib, o da məlum oldu ki, dövlətin strateji əhəmiyyətli obyektlərində ola biləcək eyni mahiyyətli hadisəyə hazırlıq səviyyəsi sıfırdır.

Metropolitenin generatorunun olmaması, xəstəxanaların tam həcmdə generatorlarla təchiz edilməməsi və ya işlək olmaması, eyni zamanda ictimai sərnişin daşımada hələ də boşluğun olması faktı bu məsələyə yenidən və əsaslə şəkildə baxılmasını gündəmə gətirmiş oldu. Ölkə başçısı bununla bağlı konkret tapşırıqlar verdi, metropoliten, xəstəxanalar tam şəkildə generatorlarla təmin olunmalı, Mingəçevir İES-in fəaliyyətinə beynəlxalq audit cəlb olunmalıdır. Bununla belə, dövlətin qurumları arasında koordinasiya kifayət qədər yetərli, zamanında və qənaətbəxş hesab ediləcək səviyyədə idi. Hər şeydən əvvəl xəsarətsiz, can itkisi olmadan adlanan hadisə dövlət qurumlarının uğuru hesab oluna bilər. Metro stansiyalarının qarşısına təcili tibbi yardım maşınlarının, fövqəladə hallar briqadasının təhkim edilməsi, polisin, ictimai nəqliyyat daşıyıcılarının gücləndirilmiş iş rejimində ümumi anlamda effektiv çalışması onları bu uğurun əsas səbəbkarları halına gətirdi. Lakin bir çox ictimai nəqliyyat daşıyıcıları və xüsusilə də sürücülər rəsmi göstəriş verilməsinə baxmayaraq nəfslərinə,hərisliklərinə mane ola bilmədilər. Təbii ki, bütün bunlar həssas insanların və toplumun gözündən qaça bilməzdi. Xalq sözügedən hadisəyə necə reaksiya verdi?

Gecə saatlarında baş verən ilk partlayış heç kimi yuxudan oyatmadı, bir çoxları yəqin belə etmədilər ki, nəsə baş verib. Səhər saatlarında medianın gücü və təbliğat maşını işə düşdü. İnsanların məlumat əldə etməsi təmin olundu. Ancaq ikinci partlayış insanların reaksiyasını da bərabərində gətirdi. Artıq işıq, su və ictimai nəqliyyatdakı yaranan problem insanların həm hadisələrə verdiyi münasibəti göz önünə sərdi,həm də toplum kimi fövqəladə vəziyyətdə necə olmaq lazımdır? fikrini bir daha önə çəkdi. Məmur səristəsizliyi, kadrların peşəkarlığındakı problemlər insanların ilk verdiyi reaksiya və tənqidi üçün əsas amillər idi. Mütləq çoxluq iddia etdi ki, səristəsizlik olmasaydı belə hadisə yaşanmazdı ki, buna haqq verməmək mümkün deyil. Ancaq hadisəyə adaptasiyamız uzun sürmədi, günahkarın araşdırılmasından daha çox fəsadların bir an aradan qaldırılması fikrinə istiqamətləndik. Sevindiricidir ki, çox da uzun sürmədən həyatın normala dönməsi mərhələli də olsa mümkün oldu. İşbazların varlığı və fəaliyyətiylə birgə fürsətçi məmurların, sözügedən “insanlar”in əməllərinə formasından asılı olmayaraq səssiz qalan, göz yuman, şərait yaradan polislərin varlığı, xəstəxanalarda generator işlətməyən köhnə hippokrat andı içən, yeni həkimlərin etik kodeksinə imza atan səhiyyə işçilərinin varlığını sürməsi sadəcə təəssüf doğurur. Ailədə hər zaman baş verən istənilən pis hadisə ya onun üzvlərini daha sıx birləşdirir, ya da tamamilə uçuruma aparır. Eyni ərazidə yaşayan, eyni bayraq altında birləşən, konstitusiya quruluşunu qəbul edən, kiçik ailənin böyük modeli olan dövlətdə birləşən insanların cəmiyyət daxilindəki reaksiyası və mövqeyi sözün əsl mənasında prosesləri izləyən,müşahidə edən,analiz edən,düşünən insanları diksindirməyə bilməz. Bu yuxarıda qeyd olunan xalqın özünüdərk məsələsiylə də birbaşa bağlıdır. Yəni doğurdan da insanlar sakit şəkildə faktın mövcudluğunu qəbul edib, vəziyyətdən çıxanadək həmrəy ola bilmir,yaxud siyasi opponentlər bunu vasitəyə və alətə çevirərək mübarizə forması müəyyən edir? Yaxud siyasi hakimiyyətin məmurları cəzalandırmaq təcrübəsinin olmaması həm insanları, həm də opponentlərini bu yola vadar edir? Və ya məmurların baş verən hadisələrə görə özlərini günahkar bilməmək təcrübəsi, istefa mədəniyyətlərinin olmaması insanları ümummilli və dövlət əhəmiyyətli məsələlərdə təkdil, təkürək, tək vücud olmağa qoymur? Medalyonun iki üzü var, öndə olan üzü arxadakının cizgilərini, işığını özündə yansıtmasa, o medalyonun nə boyunda, nə əldə dəyəri olmaz.
Dəyərimizi bilək..

Rövşən

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar