Xəbər lenti
Avropa İrəvanı Rusiyaya qarşı qoydu – Saziş
Ermənistanın Avropa Birliyinin Şərq Tərəfdaşlığı ilə saziş imzalaması ölkə daxilində və xaricində müəyyən qüvvələrin, hətta daima avrointeqrasiya yolu tutan və antirusiya mövqeyi ilə seçilən bəzi müxalifətçilərin narazılığına səbəb olub.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib. O bildirib ki, narazı qüvvələr Sərkisyan rejiminin müstəqil, ölkənin milli maraqlarına zidd olmaqla, dünya maliyyə oliqarxiyasının göstərişi ilə hərəkət etdiyini düşünür:
“Onlar eyni zamanda Ermənistanın bu sazişi imzalamasını faktiki olaraq ona tabe olmaq kimi qiymətləndirirlər. Belə ki, əslində məqsəd Ermənistan kimi müstəqil olmayan ölkələri Rusiyaya qarşı sanitar kordon olaraq istifadə etməkdir. Misal olaraq, 2013-cü ildən sonra Ermənistanda antirusiya nümayişlərinin artması, Rusiyaya qarşı narazılığın güclənməsi qeyd olunur.
Ermənistan Avropa və Rusiya arasında bir tennis topudur və tərəflər onu bir-birinə atmaqla müəyyən məqsədlər güdürlər. Avropa niyə Ermənistanla saziş imzaladı və Rusiya buna icazə verdi?! Avropa elitasının burada bir sıra maraqları var ki, onların başında geosiyasi ambisiyalar gəlir. Bu maraqlar içərisində Rusiyanın rəhbərliyi altında Avrasiyada yeni bir güc mərkəzinin yaranmasına və möhkəmlənməsinə imkan verməmək əsasdır”.
Politoloq qeyd edib ki, Ermənistan kasıb ölkədir və supergüclər üçün onun geosiyasi mövqeyi əsas şərtdir:
“Bu ölkə faktiki Rusiyanın forpostudur, ancaq Qafqazda İranla, türkiyə ilə, gürcüstanla sərhəddə yerləşir. Onu nəzarət altında saxlayan Rusiya Avrasiyada geosiyasi mövqeyini möhkəmlədə, gələcək planlarını həyata keçirə bilər. Avropa isə Ermənistanı müxtəlif razılaşma və öhdəliklərlə getdikcə Rusiyanın nəzarətindən çıxarıb gələcəkdə tamamilə özünə tabe edə bilər. Rusiyanın tabeçiliyində olan Sərkisyan rejimi bu sazişi imzalamaqla həm də Avropanın rəğbətini qazanmaq, avropapərəst müxalifəti və diasporu sakitləşdirəcəyinə ümid edir.
Rusiyanın razılığı ilə Konstitusiya islahatları etməklə ölkənin siyasi sistemini dəyişən Sərkisyan rejimi bir neçə ay sonra keçiriləcək seçkilərdə “rəngli inqilab”dan sığortalanmaq istəyir”.
Politoloq vurğulayıb ki, sazişin imzalanması onun qüvvəyə minməsi demək deyil:
“Əgər parlamentdə ratifikasiya olunmazsa, bu saziş hüquqi qüvvəyə minməyəcək. Məsələn, Sürixdə imzalanmış Türkiyə-Ermənistan protokolları qüvvəyə minmədi və hətta Sərkisyan sentyabr ayında BMT Baş Assambleyasının iclasındakı çıxışında Türkiyəni bu müqavilədən birtərəfli qaydada çıxmaqla hədələdi.
Avropa İttifaqı ilə imzalanmış sazişlərlə bağlı da eyni problem yarana bilər. Yəni, bunun tərəfində olmayan qüvvələr, konkret olaraq Rusiya və gözdən pərdə asmaq, seckilər ərəfəsində vaxt qazanmaq üçün sənədi imzalayan Ermənistan hakimiyyətinin özü son anda parlamentdə onu ratifikasiya etməyə bilər”.
Qeyd edək ki, noyabrın 24-də Brüsseldə keçirilən sammitdə Avropa İttifaqı Ermənistanla hərtərəfli və genişləndirilmiş partnyorluq razılaşması (Comprehensive and Enhanced Partnership Agreement - CEPA) adlı sənədi imzalayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar