Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Beynəlxalq cinayətlərin qarşısının alınması üçün vəzifəli şəxslərin məsuliyyəti müəyyənləşib

Tarix: 16-11-2017 13:03     Baxış: 4392 A- / A+
Beynəlxalq cinayətlərin qarşısının alınması üçün vəzifəli şəxslərin məsuliyyəti müəyyənləşib


Azərbaycanda beynəlxalq cinayətlərin qarşısının alınmasına görə vəzifəli şəxslərin məsuliyyəti müəyyənləşib.
Bu barədə məsələ yeni hazırlanan "Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsinin 13-cü (Rəislərin və digər vəzifəli şəxslərin məsuliyyəti) maddəsində deyilir:
Rəis və ya rəis qismində fəaliyyət göstərən şəxs onların rəhbərliyi və ya səmərəli nəzarəti altinda olan silahlı qüvvələrə lazımınca nəzarəti həyata keçirməməsi nəticəsində törədilmiş beynəlxalq cinayətlərə görə aşağıda göstərilənlər nəzərə alınmaqla məsuliyyət daşıyırlar:
1. Rəis və ya rəis qismində fəaliyyət göstərən şəxs onların rəhbərliyi və ya səmərəli nəzarəti altında olan silahlı qüvvələrin bu Qanunda nəzərdə tutulan cinayətləri törətməsi haqqında məlumatlı idi və ya mövcud şəraitdə belə cinayətləri törətmək niyyətinin olması haqqında məlumatlı olmalı idi,
2. Rəis və ya rəis qismində fəaliyyət göstərən şəxs onların səlahiyyətləri çərçivəsində bu Qanunda nəzərdə tutulan cinayətlərin qarşısının alınması və ya cinayət təqibi məqsədləri üçün məsələnin səlahiyyətli orqanlara verilməsi üçün zəruri tədbirləri görmədikdə.
3. Rəis və ya rəis qismində fəaliyyət göstərən şəxs onların rəhbərliyi və ya səmərəli nəzarəti altında olan silahlı qüvvələr üzərində lazımi qaydada nəzarəti hayata keçirməməsi nəticəsində həmin qüvvələrin bu Qanunda nəzərdə tutulan cinayətləri törətməsi və ya törətmək niyyətində olduqlarını bilirdi və ya belə niyyət haqqında məlumatlara qəsdən əhəmiyyət vermədikdə.
Qanunun 14-cü (Əmrin icrası ilə bağlı məsuliyyət) maddəsində isə qeyd olunur: Bu Qanunda nəzərdə tutulan cinayətlərin törədilməsi rəis və ya rəis qismində fəaliyyət göstərən şəxslərin əmrləri beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir və cinayət məsuliyyətindən azad edən yaxud cəzanı yünğülləşdirən hal kimi qiymətləndirilə bilməz.
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əmrin icrası aşağıda göstərilmiş hallarda cinayət məsuliyyətindən azad edir:
1. əmri yerinə yetirmək şəxsin qanunla müəyyən edilmiş vəzifə səlahiyyətlərinə daxil edilmişdirsə;
2. əmr açıq-aşkar qeyri-qanuni olmamışdırsa;
3. əmrin qeyri-qanuni olması barədə şəxsin məlumatı olmadıqda.
12-ci (Beynəlxalq cinayətlərə görə müddətlərin tətbiq edilməməsi) maddədə isə bildirilir:
Azərbaycan Respublikasının qanunvericiliyi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq təcavüz, soyqırım, insanlıq əleyhinə cinayətlərə, müharibə cinayətlərinə və etnik təmizləməyə münasibətdə cinayət məsuliyyətinə cəlb etmə və ya ittiham hökmünün icrası müddətləri tətbiq edilmir.
Beynəlxalq cinayətin törədilməsində təqsirləndirilən və Azərbaycan Respulikasının ərazisində tutulan şəxslərə münasibətdə onların hüquqi statusundan asılı olmayaraq, vəzifə səlahiyyətlərinə istinad cinayət məsuliyyətinə cəlb edilməsi məqsədi üçün əhəmiyyət kəsb etmir və cinayət məsuliyyətindən azad edən və ya cəzanı yüngülləşdirən hal qismində qəbul edilə bilməz.
Milli qanunvericiliyə və ya beynəlxalq hüquq normalarına əsasən şəxsin vəzifə səlahiyyətləri ilə bağlı olan immunitetlər belə şəxs barəsində beynəlxalq cinayətin törədilməsində görə Azərbaycan Respublikasının cinayət yurisdiksiyasının həyata keçırılməsinə maneə törətmir. (Trend)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar