Xəbər lenti
Rəsədxana günəşdə baş verəcək fəlakət xəbərdarlığına aydınlıq gətirdi
Son vaxtlar yer kürəsində baş verən geomaqnit qasırğalarının intensivliyi ictimaiyyəti ciddi narahat etməyə başlayıb. Günəşdə yaranan fiziki və xaotik proseslər insanları təşvişə salıb.
Qeyd edək ki, növbəti maqnit qasırğası noyabrın 7-dən etibarən başlayıb və ayın 11-nə qədər davam edəcək. Növbəti 2 gün ərzində geomaqnit pozuntular artacaq və orta dərəcəli qasırğalar müşahidə olunacaq.
Noyabrın 11-də isə maqnit qasırğalarının dərəcəsi yenidən azalacaq.
Maraqlıdır, geomqnit qasırğaları niyə tez-tez müşahidə edilir, bunun səbəbləri nəylə bağlıdır?
Manevr.az xəbər verir ki, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Namiq Cəlilov cebhe.info-ya açıqlamasında bildirib ki, Günəşdəki aktivliklər hər 11 ildən bir təkrarlanan hadisədir:c
“Günəşdə bizim də bilmədiyimiz çox şeylər var. Amma maqnit qasırğası ilə bağlı bilmədiklərimiz daha çoxdur. Çünki Günəşdən qopub gələn plazma kütləsi 150 milyon kilometr məsafədə konfikurasiyada dəyişir, dağılır, bir yerdə komlaşır, yaxud yerə zərbə vurur. Müxtəlif cür hadisələr baş verir. Onun proqnozu çox çətin məsələdir. Hazırda Günəşdə maksimum sakit dövrdür. Günəş səthinin xeyli hissəsi maqnit ləkələri ilə örtülüdür. Yəni, həmin yerdə lokal maqnit sahələrinin intensivliyi çox yüksəkdir. Bu zaman Günəşdən plazmaların, ionların tullantısı şəklində çox böyük enerji ayrılır. Atılan plazma yerə tərəf tuşlananda, yerdə təlatümlərə gətirib çıxarır. Buna maqnit fırtınaları deyirlər. Bunun Günəş-Yer əlaqələrinə çox böyük təsiri var. Bu zaman Günəşdən atılan plazma kütləsinin sürəti 1000-1200 km/saniyəyə çatır, bu isə Yerin maqnit sahəsini silkələyir. Biz Yerin maqnit sahəsinin yerləşdiyi sferanın içində olduğumuzdan bu proses həm kommunikasiya xətlərinə, süni peyklərin orbitinə, o cümlədən insanların sağlamlığına təsir edir. İnsan plazmasında ionların hərəkəti çoxdur. Maqnit fırtınaları ionların artıb-azalmasına birbaşa təsir edir.
Maqnit qasırğalarının yaranması əslində plazmanın maqnit sahəsi istiqaməti ilə üst-üstə düşməsindən və ya əksinə prosesindən asılıdır. Bunu proqnoz etmək üçün gərək arası kəsilmədən Günəşi və Yer ətrafını hər tərəfdən müşahidə edəsən. Yəni, Günəşdən kütlənin hansı vəziyyətdə qopmasını izləyəsən. Bunu proqnozlaşdırmaq üçün kifayət qədər məbləğ və imkanlar tələb olunur. Bu imkana isə yalnız NASA mailikdir. Onun iki-üç peyki var ki, həmin məlumatları nisbətən toplaya və analiz edə bilir. Başqa dünyada başqa heç kim edə bilmir. Ümumiyyətlə, Günəşdə baş verən hadisələrin proqnozlarını vermək çətindir”. N.Cəlilov qeyd edib ki, noyabrın 7-dən etibarən maqnit qasırğaları başlayıb: “Bu qasırğalar kifayət qədər güclüdür. Maqnit qasırğasının ən maksimum gücü j-5-dir. Amma hazırda baş verən maqnit qasırğaları j-2 sinfindədir. Bu kifayət qədər güclü maqnit qasırğalarıdır. Ürək-damar sistemində narahatlığı və xəstə olan insanlar dünəndən bunu hiss ediblər. Qasırğa bu gün səngiməyə başlayıb. Çox güman ki, axşam saatlarında tamamilə sakitləşəcək. O siqnalın Günəşdən gəlib Yerı çatması təqribən gün yarım çəkir. Bundan sonra hər şey sakitləşir. Günəşin diskində hazırda bir dənə də olsun maqnit ləkəsi yoxdur. Aktivliyin lap minimum vəziyyətdindəyik. Amma buna baxmayaraq, o maqnit təsiri altında yaşayırıq. Bu da insanlara təsirsiz ötüşmür”.
Rəsədxana rəsmisi onu da əlavə edib ki, təxminən gün və gün yarım çəkən maqnit qasırğası səngiyəndən sonra təkrar maqnit qasırğası başlayacaq: “Maqnit qasırğası o vaxta qədər təkrarlanır ki, disk fırlanır. Diskin mərkəzindəki Yer üçün təhlükəli zonalar fırlanaraq başqa istiqamətə keçir və Yerdən başqa istiqamətə yönəlirlər. Günəş özü fırlanır, 27 sutkada bir dövr edir. Dövr edib keçəndən sonra başqa təhlükəli zonalar Yerə yönəlməyə başlayacaq. Bu da onun gücündən asılıdır. Yerə nə dərəcədə maqnit təsir edəcəksə, silkələnəcəklər. Bu silkələnmə güclü də, zəif də ola bilər”.
Namiq Cəlilovun sözlərinə görə, Yer kürəsində maqnit qasırğası neçə milyard illərdir ki,baş verir, həmişə də belə davam edəcək: “İnsan orqanizminə bu proses artıq adaptasiya olunub. Amma maqnit qasırğası güclü olanda baş və ürək ağrılarına, təzyiqin qalxmasına səbəb olur. Amma elə bir texnogen fəlakətə gətirib çıxara bilməz. Çünki qabaqcadan belə fəlakətlərin qarşısı alınır. Qalır insanların səhhətinə təsir məsələsi, bu da əsasən xəstə adamlara aiddir. Maqnit qasırğasının proqnozları əvvəlcədən verilirsə, insanlar sakit vəziyyətdə, ev şəraitində dərmanlarını qəbul etməli və əsasən iki gün aktiv olmamalıdırlar. Ondan sonra keçib gedəcək”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar