Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

İran Ermənistanda hərbi baza yaradır – İsrail təşvişdə

Tarix: 08-11-2017 18:34     Baxış: 5777 A- / A+
İran Ermənistanda hərbi baza yaradır – İsrail təşvişdə


Ermənistan müdafiə nazirinin Tehran səfərinin gizli təfərrüfatları.
İsrail baş naziri Netanyahu Ermənistan xarici işlər naziri Edvard Nalbanyanı öz dəftərxanasında qəbul edərkən İranın regionda, yəni Ermənistanda hərbi mövcudluq cəhdlərindən və bunun səbəb olacağı mənfi nəticələrdən narahatlıq bildirib.
İran Ermənistanda hərbi baza yaradır – İsrail təşvişdə
İstiPress-in məlumatına görə, bu barədə erməni şərhçi Naira Ayrumyan Ermənistanın populyar analitika saytı“Lragir”də bu gün yazdığı məqaləsində bildirib.
Naira Ayrumyan bunu İranın Ermənistanda hərbi baza yaratmaq cəhdi barədə narahatlıq kimi dəyərləndirib: “Görəsən, Netanyahunun əlində İranın Ermənistanda öz hərbi mövcudluğunu təmin etmək cihdləri ilə bağlı nə kimi məlumatlar var? Bu, yanvar ayında İran səfəri zamanı Ermənistan müdafiə naziri Viqen Sarkisyanın bir sıra müdafiə müəssisələrində olması və müdafiə sahəsində birgə layihələr ehtimalı barədə danışması ilə bağlı ola bilərmi? İranla Ermənistan arasında hansı anlaşma İsraili narahat edib”.
Nə baş verir? İran doğrudanmı Ermənistanda hərbi baza yaradır? Ola bilər ki, Ermənistan bu addımı Rusiyada baş verəcək X gününə hazırlıq çərçivəsində atırlar. Putinin rəhbərlik etliyi köhnə komandanın hakimiyyəti dinc yolla demokratik düşərgəyə yerləşdirdikləri komanada yoldaşlarına, məsələn, Ksenya Sobçakın çevrəsində toplaşmış peşəkarlara ötürə bilər. Məntiq sadədir: hakimiyyətdə olanların maraqları olduğu kimi qalır, amma ölkənin siyasi vektorları dəyişir – Rusiya Suriyadan, Ermənistandan, ola bilər Krımdan və Donetskdən çıxır, əvəzində Qərbin sanksiyaları götürülür, Rusiya bir supergüc kimi Qərb tərəfindən qəbul olunur.
Təbii ki, Ermənistan belə durumda taktiki döyüşlərdə salamat qalmağa qalmağa çalışacaq. Çünki Rusiya amili ortadan qalxarsa, Azərbaycan Qarabağı işğaldan azad etməklə yanaşı, 1918-ci ildə Ermənistana 99 illiyə icarəyə verilmiş İrəvanı və 1923-cü ildə heç bir hüquqi əsas olmadan Ermənistana bağışlanmış Zəngəzuru, 1930-cü illərdə Azərbaycandan qoparılmış Qaraqoyunlu mahalını geri qaytarmaq üçün aparacağı müharibəyə hüquqi əsas əldə edəcək.

İran Ermənistanda hərbi baza yaradır – İsrail təşvişdə

Azərbaycan Xalq Cumhuriyyətinin xəritəsi - 1918-20-ci illər
Belə şəraitdə İranın mövcudluğu Ermənistana qısa bir dönəm üçün lazım gələcək, daha sonra ermənilər Qərbdən özlərinə havadar tapmağa çalışacaqlar. Amma NATO-nun Yaxın Şərqdə əsas qalası olan Türkiyə amili bu məsələdə Ermənistan üçün çətinlik yaradacaq. İstənilən halda, Qərb Azərbaycana beynəlxalq hüququn icazə verdiyi əraziləri geri qaytarmağa mane olmayacaq. Amma İran mane ola bilər.
Hər halda, İranın son aylarda İraq və Suriyada güclənən moderatorluğu, ABŞ-ın buna üstüörtülü dəstək verməsi İrəvanın Tehrana meylini artırıb. 1990-cı illərin təcrübəsi göstərir ki, İran hətta Qarabağın işğaldan azad olunmasına da mane olmağa cəhd göstərə bilər.
Təbii ki, belə olan şəraitdə Azərbaycan yalnız Ermənistanla deyil, ona havadarlıq etməyə çalışan istənilən region ölkəsi ilə vuruşa hazır olmalıdır. Düzdür, bəzi erməni ekspertlər, o cümlədən general Norat Ter-Qriqoryans Azərbaycanın Ermənistanla müharibəyə lazım olandan 5-10 dəfə çox silaha malik olduğunu və hətta İranla müharibəyə hazır olduğunu bildirirlər. Amma bununla sakitləşmək olmaz, Azərbaycan hərbi və iqtisadi gücünü ən müasir texnologiyalardan istifadə edərək artırmalıdır və regionun ən peşəkar ordusunu qurmalıdır. Bundan başqa yol yoxdur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar