Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

VALİDEYNLƏR TƏŞVİŞDƏ: Məktəblərdə uşaqlara dərman paylanır

Tarix: 04-11-2017 19:43     Baxış: 21 624 A- / A+
VALİDEYNLƏR TƏŞVİŞDƏ: Məktəblərdə uşaqlara dərman paylanır



Son günlər məktəblilər arasında Albendazol dərmanı paylanılır. Bu dərmanın paylanılması isə bir çox valideynlərin narazılığına səbəb olub. Məsələ sosial şəbəkələrdə də geniş müzakirəyə səbəb olub. Valideyinlər Facebook sosial şəbəkəsində paylaşdıqları statuslarda bildiriblər ki, bu dərman yeni qanın yaranmasının qarşısını alır.
Məktəblilərə paylanılan bu dərmanın qurd xəstəliklərinin müalicəsi üçün müsbət təsirə malik olduğu bildirilir.
Maraq doğuran suallardan biri budur ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu dərmanların paylanılmasından xəbərdardırmı?
Məsləylə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyindən bildirilib ki, respublikanın ümumi təhsil müəssisələrinin I-VI sinif şagirdləri arasında helmintozlara qarşı profilaktik müalicə tədbirləri hər zaman keçirilir: “Müvafiq tədbirlər Səhiyyə Nazirliyinin “Şagirdlər arasında dehelmintizasiya proqramının həyata keçirilməsi barədə” əmrinə əsasən aparılır. Sənəd “Azərbaycan Respublikasında 2017-2020-ci illərdə geohelmintozlarla mübarizə və onların profilaktikasına aid Milli Strategiya”ya uyğun olaraq hazırlanıb və Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə I-VI sinif şagirdləri arasında helmintozlara qarşı profilaktik tədbirlərin həyata keçirilməsi məqsədinə xidmət edir”.
Maraqlıdır, heç bir tövsiyə xarakterli məlumatlar verilmədən məktəblilərə paylanılan bu dərmanın hansı əks təsirləri var?
Mütəxəssislər dəri həssaslığı olan, nəfəsalmada çətinlik çəkən, üz, dodaq və burun nahiyəsində şişkinlik yaranan şəxslərə ehtiyatlı olmağı tövsiyə edir. Türkiyəli professorların sözlərinə görə bunlar çox ciddi amillərdir. Dərman içərkən bu əlamətlərdən hər hansı sizdə aşkarlanarsa, bu o deməkdir ki, həmin tibbi preparata qarşı həssaslığınız var. Hətta, bu zaman sizə tibbi müayinə və xəstəxanaya yatırmaq göstərişi də verilə bilər.
Göyərmə, qanlama, halsızlıq, qızdırma, boğaz ağrısı, dəri soyulması, qripin əlamətləri aşkarlanarsa, təcili həkimə müraciət edin. Bundan başqa, qarın ağrısı, mədə bulanması, qusma, baş gicəllənməsi, müvəqqəti saç tökülmə də dərmanın ən yüngül əks təsirlərindən hesab edilir.
Respublikanın baş infeksionisti Cəlal İsayev və pediatr Vaqif Qarayev cebhe.info-ya açıqlamasında dərmanın təhlükəli olmadığını bildirib.
Baş infeksionist C.İsayev bildirib ki, bu dərman yeni qanın yaradır, nəinki onun yaranmasına mane olur: “Albendazol uzun müddətdir ki, təcrübədə istifadə edilir. Təhlükəli dərman preparatı hesab edilmir. Ola bilər ki, xəstə onu qəbul etdikdə müəyyən yüngül əlamətlər meydana çıxsın. Lakin bu dərman preparatının toksiki təsiri yoxdur. Bilirsiniz necə, hər bir dərmanı çox qəbul etdikdə, zəhərlənmə verə bilər”.
C.İsayev bu dərmanın yeni qanın yaranmasının qarşısını alması ilə bağlı əks təsiri olması haqda səsləndirilən fikirlərlə razı olmayıb:
“Əksinə, qurdları öldürür, yeni qanın yaranmasına kömək edir”.
VALİDEYNLƏR TƏŞVİŞDƏ: Məktəblərdə uşaqlara dərman paylanır

Pediatr Vaqif Qarayev Cebhe.info-ya açıqlamasında bildirib ki, ehtiyac olmazsa, dərmanı qəbul etmək tövsiyə olunmur:
“Dərman düzgün dozada verilməlidir. Bu zaman heç bir problem yaranmayacaq. Vacib deyilsə, verilməməlidir”.
V.Qarayevin sözlərinə görə 2 yaşadək uşaqlar, hamilələr və süd verən analara bu dərmanı qəbul etməməlidir:
“Əks təsirlər olduğu halda da dərmanın qəbulu dayandırılmalıdır”.
Onu da qeyd edək ki, ötən ay səhiyyə naziri Oqtay Şirəliyev “Şagirdlər arasında dehelmintizasiya proqramının həyata keçirilməsi barədə” Əmri imzalayıb.
Sənəd “Azərbaycan Respublikasında 2017-2020-ci llərdə geohelmintozlarla mübarizə və onların profilaktikasına aid Milli Strategiya”ya uyğun olaraq, Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə I-VI sinif şagirdləri arasında helmintozlara qarşı profilaktik tədbirlərin həyata keçirilməsi məqsədi ilə hazırlanıb.
Əmrə əsasən 15 oktyabr-15 noyabr 2017-ci il tarixlərində respublikanın şəhər və rayonlarında I-VI sinif şagirdləri arasında helmintozlara qarşı profilaktik müalicə tədbirləri həyata keçiriləcək.
Qeyd edək ki, helmintozlar parazit qurdların – helmintlərin törətdiyi xəstəliklər qrupudur. İnsan bədənində 250 növdən artıq helmint parazitlik edir. Helmintlər həyat prosesində bir neçə ardıcıl inkişaf dövrü keçir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar