Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

3 gün sonra Qarabağla bağlı NƏLƏR BAŞ VERƏCƏK? : İrəvan iki YOL AYRICINDA

Tarix: 13-10-2017 20:34     Baxış: 5274 A- / A+
 3 gün sonra Qarabağla bağlı NƏLƏR BAŞ VERƏCƏK?


Azərbaycan və Ermənistan prezidentlərinin görüşü oktyabrın 16-da Cenevrədə olacaq.


Publika.az xəbər verir ki, görüşün Soçidə MDB dövlət başçılarının sammiti çərçivəsində keçiriləcəyi gözlənilsə də, bu, baş tutmadı. Soçi sammitindən iki gün sonra isə Ermənistanda hakim Respublika partiyasının sədr müavini Armen Aşotyan prezidentlərin gələn həftə Cenevrədə görüşəcəyini dedi. Bu gün isə Azərbaycan XİN rəsmi açıqlamasında görüşün dəqiq tarixini açıqladı.

Prezidentlər səviyyəsində sonuncu təmas 2016-cı ildə Vyana və Sankt-Peterburq görüşlərində olmuşdu. Bir ildən də artıq müddət sonra yenidən görüşün keçirilməsi bütün diqqəti Dağlıq Qarabağ münaqişəsinə yönəldir. Ehtimallar var ki, bu görüş Dağlıq Qarabağ münaqişəsinin uzanmasında son ola bilər: ya razılaşma əldə ediləcək, ya da müharibə başlayacaq.

Rusiyalı politoloq Qriqori Trofimçuk da bu fikrin tərəfdarıdır.

O, hesab edir ki, münaqişənin nizama salınması çərçivəsində müşahidə olunan son proseslər ABŞ-ın Minsk qrupuna yeni həmsədr təyin etməsi və xarici işlər nazirlərinin Nyu-Yorkda prezidentlərin görüşü haqda razılığa nail olması ilə bağlıdır: “Bu razılıq müəyyən optimizm yaradır. Görüşdən öncə əsəbi vəziyyətin olması fikrimcə, normaldır. Prezidentlər görüşdən imtina etmir, sadəcə öz fikirlərini və mövqelərini qeyd edirlər. Bu normaldır, çünki onlar iqtisadi məsələlərin həlli üçün deyil, əhəmiyyətli problemin müzakirəsi üçün görüşürlər”.

Rusiyalı politoloq hazırda diktə edən tərəfin Azərbaycan olduğunu vurğulayıb.

“Azərbaycan “aprel müharibəsi”ndə ərazilərin bir qismini geri qaytardı və hazırda diktə edən tərəf kimi Ermənistana təzyiq göstərir. Azərbaycan özünə güvənir, sadəcə olaraq, danışıqların gecikməsini qəbul etmir. Bakı nizama salma prosesinin daha sürətli keçməsini istəyir. Ermənistan müharibənin başlamaması üçün danışıqlara getməyə məcburdur. Çünki “aprel müharibəsi”nə qədər erməni tərəfi vəziyyətə nəzarət edirdisə, bu gün güc Azərbaycanın tərəfindədir. Sarkisyan anlayır ki, danışıqlardan imtina edəcəksə, regionda hərbi vəziyyət qızışacaq. Digər tərəfdən, Ermənistan nizama salma prosesində mühüm rol oynayan Rusiyaya görə bu danışıqlara gedir. Əgər Ermənistan danışıqlardan imtina edəcəksə, bu, müharibənin başlanması deməkdir”, - deyə o bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar