Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tarixin tükürpədən hadisələrinə şahidlik edən MEYDANLAR

Tarix: 09-10-2017 11:00     Baxış: 4356 A- / A+
Tarixin tükürpədən hadisələrinə şahidlik edən MEYDANLAR


lkələrin tarixi, hətta dünya tarixi, meydanlarda başlayan dirənişlər, etirazlar və nümayişlər bu gün çox dəyişib. Lakin azadlıq uğrunda mübarizə üçün etirazların edildiyi meydanlar bu gün tarixin şahidləridir.

“A24.az” bir çox tarixi hadisələrə şahidlik edən meydanları təqdim edir:
1 – Misirin Tahrir tarixi meydanı – Qahirə

Tarixin tükürpədən hadisələrinə şahidlik edən MEYDANLAR


Tahrir Meydanı
Misirin paytaxtı Qahirədə yerləşən Tahrir Meydanı XIX əsrdəki adı İsmailiyə Meydanı idi. Bu ad Misir Hidivi İsmail Paşadan gəlməkdədir. 1919-cu ildə Misirdə çevrilişdən sonra meydanın adı Tahrir (Azadlıq) Meydanı olub.
1977-ci ildə Misir Çörək Üsyanı burda başlayıb.
2003-cü ilin mart ayında İraqdakı müharibələrə qarşı etirazların mərkəzi oldu.
2011-ci ildə Hüsnü Mübarəkin devrilməsi ilə nəticələnən 1 milyondan çox etirazçının qatıldığı böyük nümayişlərin mərkəzi yenə də Tahrir meydanı olub. ona görə də Tahrir Meydanı bir çox tarixi hadisələrin yaşandığı meydan olaraq Misir tarixində yer alıb.
2 – İraq – Firdevs Meydanı – Bağdad

Tarixin tükürpədən hadisələrinə şahidlik edən MEYDANLAR


Firdevs Meydanı
İraqın paytaxtı Bağdadda yerləşən Firdevs Meydanı 9 aprel 2003-cü ildə tarixin ən əhəmiyyətli günlərindən birinə şahidlik edib. Ölkəni işğal edən Amerika əsgərləri Bağdadın mərkəzində yerləşən Firdevs Meydanına daxil olub. Burada yerləşən Səddam Hüseynin heykəli İraq xalqı tərəfindən devrilir. Daha sonra heykəl Amerikanın zirehli avtomobilinin köməyi ilə yerə endirilir. Səddam rejiminin sona çatdığını simvolizə edən hadisənin fotou tarixdə yer alıb.
3 – Rusiya – Dekabrist Meydanı – Sankt Peterburq

Tarixin tükürpədən hadisələrinə şahidlik edən MEYDANLAR


Dekabrist Meydanı
Rusiyada Çar I Nikolayın hakimiyyəti dövründə (1825-1855) Fransa inqilabından ilhamlanaraq və Çarın nüfuzunu konstitutsiya ilə məhdudlaşdırmaq istəyən məmur və ziyalılar 14 dekabr 1825-ci ildə Sankt Peterburqda ayağa qalxdılar. Çar tərəfindən qarşısı alınan üsyanın yatırılması zamanı bir çox insan edam, bir qismi isə Sibirə sürgün edildi. Üsyan dekabr ayında ayaqlandığı üçün “Dekabrist” deyilir. Üsyandan 100 il sonra 1925-ci ildə meydanın adı Dekabrist Meydanı olaraq dəyişdirildi.
4 – Rusiya – Qızıl Meydanı – Moskva

Tarixin tükürpədən hadisələrinə şahidlik edən MEYDANLAR


Qızıl Meydanı
Rusiyanın paytaxtı Moskvada yerləşən və məşhus olan bu meydanın yaranması 15-ci əsrə aiddir. 73 min kv.metr sahədə yerləşən meydan tarix boyu nümayişlərə, edmalara, paradlara, mitinqlərə səhnə olub. “Krasnaya” sözündən törənən meydanın adı keçmiş vatxlarda gözəl mənasını da verirdi. Spvetləri Birliyində 1 May və 7 Noyabr mərasimləri Qızıl Meydanda keçirilir, Sovet ordusu öz gücünün nümayişini edirdi.
Rusiyanın idarəçilik mərkəzi olan Kreml də bu meydanda yerləşməkdədir. SSRİ-nin qurucusu Leninin məzarı da bu meydandadır.
5 – Azərbaycan – Azadlıq Meydanı – Bakı

Tarixin tükürpədən hadisələrinə şahidlik edən MEYDANLAR


Azadlıq Meydanı
Azərbaycanın paytaxtı Bakıda yerləşən Azadlıq Meydanının Sovetlər Birliyində olarkən qoyulan adı Lenin Meydanı idi. Azadlıq Meydanı Azərbaycanı azadlığa aparan yolda əhəmiyyətli hadisələrin yaşandığı bir məkan olub. Qarabağda yaşananlara etiraz etmək üçün 1990-cı ilin 20 yanvar tarixində azərbaycanlılar bu meydandan toplaşdı. Toplanan azərbaycanlıları dağıtmaq üçün 30 min nəfərlik Sovet ordusu meydana hücum etdi və yüzlərlə azərbaycanlını qətl etdi. Yaşanan bu hadisələr Azərbaycanın müstəqillik tarixini daha da sürətləndirdi.
6 – Çin – Tiananmen Meydanı – Pekin

Tarixin tükürpədən hadisələrinə şahidlik edən MEYDANLAR


Tiananmen Meydanı
Tiananmen Meydanı 1417-ci ildə inşa edilib. ilk adı Cheng Tian Man olub. bu ad imperator ölkəni idarə edərkən cənnətin əmrinə tabe olduğunu ifadə etməkdə idi. Milli çağırış olaraq da adlandırılan bu meydan Pekinin düz mərkəzində yerləşir. Lakin 1989-cu ildə yaşanan hadisələr meydanın tarixində əhəmiyyətli yer tutub. 15 aprel-4 iyun tarixləri arasında yüz minlərlə tələbə və işçi meydandan etiraza qalxdı. Çin hpkuməti isə bu nümayişləri qanlı bir şəkildə yatırtmağa çalışdı. 3-4 iyun tarixlərində Çin ordusu tanklarla meydana daxil oldu. 2-3 min insanın ölümü ilə nəticələnən etiraz aksiyası tarixin yaddaında fotolarla qaldı.
7 – İran – Azadi Meydanı – Tehran

Tarixin tükürpədən hadisələrinə şahidlik edən MEYDANLAR


Azadi Meydanı
İranın paytaxtı Tehranda yerləşən bu meydan 1971-ci ildə Pers imperatorluğunun şərəfinə şəhərin girişinə simvolizə edən Shahyaad qülləsi inşa edildi. “Şahları Anma” mənasını verən Shahyaad adı 1979-cu ildə İran İnqilabından sonra dəyişdirildi. Meydan Şah Rza Pəhləvi hakimiyyətinə qarşı edilən nümayişlərə səhnə olub. 1979-cu ildə Şiələrin din xadimi Ayətullah Xomeyni sürgündən qayıtdıqdan sonra meydanda 1 milyon insan tərəfindən qarşılanmışdı.
8 – Çexiya Respublikası – Wenceslas Bulvarı – Praqa

Tarixin tükürpədən hadisələrinə şahidlik edən MEYDANLAR


Wenceslas Bulvarı
Wenceslas Meydanı 600 il bundan əvvəl IV Çarlzın dövründə at bazarı olaraq istifadə edilmişdir. Həmin vaxtdan etibarən meydan Çexiya respublikasındə siyasi partiyaların, təşkilatların və insanların nümayiş yeri olub. 1969-cu ilin 16 yanvar tarixində tankların Praqaya girməsinə etiraz edən 21 yaşlı gənc tələbə Wenceslas Meydanında özünü yandırmışdı.
9 – Türkiyə – Taksim və Sultanahmet Meydanı – İstanbul

Tarixin tükürpədən hadisələrinə şahidlik edən MEYDANLAR

Sultanahmet Meydanı
Türkiyənin Taksim və Sultanahmet Meydanları tarix boyu bir çox əhəmiyyətli hadisələrə şahidlik edib. İstanbulun ən qədim eydanı olan Sulanahmet Meydanının tarixi Bizans imperiyasına qədər uzanır. Bizans dövründə “Hipodrpom” olaraq adlandırılan meydana Osmanlı dövründə At Meydanı adı verilib. Meydan Osmanlı dövründə bir çox yeniçəri üsyanlarına səhnə olub. 15 may 1919-cu ildə İzmirin işağl edilməsinə reaksiya olaraq istanbullular yenə Sulatanahmet Meydanına toplanmışdır.

Taksim Meydanı
Lakin İstanbuldakı digər əhəmiyyətli meydanlardan biri taksim Meydanıdır. Bu meydan isə xüsusilə cümhuriyyət dövründə yaşanan nümayişlərin, etirazların mərkəzi olub. Türkiyə tarixinə “Kanlı Pazar” olaraq keçən 1 May 1977-ci ildə 34 nıəfərin öldüyü hadisə Taksim Meydanında yaşanıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar