Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Gələcəyin universitetləri NECƏ OLMALIDIR?

Tarix: 05-12-2017 14:00     Baxış: 2759 A- / A+
Gələcəyin universitetləri NECƏ OLMALIDIR?
ADA-da “Gələcəyin universitetləri necə olmalıdır?” mövzusu ətrafında dəyirmi masa keçrildi. Eksper qismində prof. Ə.Muradov və ADA-nın prorektorları Abzəddin Adamov və F. İsmayılzadə çıxış etdilər. Dəyirmi masanın iştirakçıları da təhsil sahəsində tanınmış deputatlar (T.Mirkişili, F.Mustafa, Z. Oruc...) və mütəxəssislər (Z.Nuriyev, E.Əliyev ,E.Bağırzadə, Z. Məmmədəv, Ş.Pənahov... ) və başqaları idilər. Tədbirə moderatorluq Cəsarət Valehov edirdi.
Problem aktuallığı ilə diqqətimi çəkdi. Çünki 100 il (və ya 50 il) öncə gənclər biliyi ancaq və ancaq universitetlərdən alırdılar. İndi gənclər biliyi bir çox kanallardan (İnternetdən, You Tube, telefondan, gənclərin görüşlərindən və s) alırlar. Bu sahədə universitetlər öz monopolluğun get-gedə itirir. Bu səbəbdən də nə etməli sualı günün sualı hesab edilməlidir.
Prof.Ədalət Muradov birmənalı hesab edir ki, əvvələr olduğu kimi, gələcəkdə də universitetlər gənc nəsilə bilik oyrətməlidir və biliyi informasiyadan fərqləndirmək lazımdir. Mən də bu fikrin tərəfdarıyam. Sual olunur, “bilik” nədir? YUNESKO - nun qəbul etdiyi ateistik tərifə görə: “Bilik hiss üzvlərimiz və təcrübə vasitəsi ilə əldə etdiyimiz bütün məlum olanlardır” . Müsəlman dünyasının qəbul etdiyi islami tərif belədir: “Bilik hissin, təcrübənin və vəhyin subut etdiyi bütün məlum olanlardır”. Biliyə verilən bu təriflərdəki fərqin ağır nəticələrini İslam dünyasına yaxşı bəllidir.
Müzakirəyə ABŞ-dan dəyərli alim Asəf Süleymanov da qoşuldu. “Siz ölkəmizə qayitmaq istərdinizmi?”- sualına o, müsbət cavab vermədi. Bu ilin iyun ayında UNEC –in qonağı olan Nobel mükafatçısı Əziz Səncər də bənzər suala oxşar cavab vermişdi. Bax, bu sualların cavabı özü düşündürücü böyük sualdır.
Mən də müzakirələrə qoşuldum və texnoloji sinqulyarlıq zamanda yaşadığımızı diqqətə çatdırdım. Təmiz universitet elimləri tükənməkdə olduğundan, nəinki fənlər arası, həm də sahələr aras elmlərin universitetlərdə tədris olunmalıdır. Alimlər bir sahənin yox, bir neçə müxtəlif sahələrin bilicilərinə çevrilməlidir. Misal üçün, fizikanı mükəmməl bilən bir alim, ekonomikanı da öyrənərsə o, artiq universitetlərdə ekonofizik kimi fəaliyyət gəstərər. Gələcəyə də bu lazımdır.
Ümumiyyətlə, “Dəyirmi Masa” yaxşı təşkil olumuşdur. Fürsətdən istifadə edərək təşkilatçılara minnətdarlığımı bildirirəm.

Prof. Şahlar Əsgərov,
əməkdar elm xadimi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar