Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dərslər 8:00-da başlamasın - Ekspertdən maraqlı təklif

Tarix: 24-11-2017 08:52     Baxış: 4616 A- / A+
Dərslər 8:00-da başlamasın - Ekspertdən maraqlı təklif

Məktəblərdə dərslər digər siniflərdə saat 8-də başlasa da, 1-ci siniflərin dərsi saat 9-da başlamalıdır. 1-ci sinfə gedənlər 3 saat dərs keçirlər. Bu müddət uzun olmadığına görə, dərslər saat 9-da da başlaya bilər.


Bu sözləri təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, son illər ərzində Azərbaycan təhsil sistemində aparılan islahatlar nəticəsində köklü dəyişikliklər baş versə də, həlli vacib olan müəyyən problemlər qalmaqdadır:

“Bu, daha çox cəmiyyətin vərdiş etdiyi hallardır ki, onların dəyişdirilməsi ictimai narazılıq doğura bilər. İbtidai sinif şagirdlərinin səhər saatlarında dərsə getmələri və vaxtaşırı rast gəlinən gecikmələr ilk baxışdan ciddi problem kimi nəzərə çarpmır. Bəzən şagirdlərin saat 8:00-da dərsə başlamasının labüd olduğunu deyirlər. Valideynlər bunu ona görə müsbət qəbul edir ki, onlar övladlarını məktəbə aparıb ordan da özləri işə gedə bilirlər. Amma valideynlər üçün rahat olan məsələ şagirdlər üçün əslində ciddi problemdir”.

Ekspert vurğulayıb ki, səhər saat 8-də dərsə başlayan məktəblərdə oxuyan azyaşlılar bu adətə vərdiş edə bilmir, ya dərsə gecikir, ya da dərsdə ən azı, yuxulayırlar:

“Bu hala daha çox 1-ci sinif şagirdlərində rast gəlinir. Bir məsələni qeyd etmək istəyirəm ki, 2011-ci ildə Nazirlər Kabineti tərəfindən qəbul edilmiş Orta məktəblərin nümunəvi Nizamnaməsinə görə, orta məktəbin pedaqoji şurası müəssisənin iş rejimində dəyişiklik edə bilər.

Hesab edirəm ki, dərsə saat 8-də başlaması təcrübəsi sovet dövründən qalıb. Dərsə tez başlamaq onu tez də qurtarmaq deməkdir. Səhər saatlarında dərsə başlanması müəllim və şagirdlərin vaxt məfhumuyla bağlıdır. Onun dərsin keyfiyyətinə heç bir təsiri yoxdur. Əksinə, şagirdin məktəbə tez gedib-qayıtması onun istirahəti və əlavə olaraq müəllim yanında hazırlaşması üçün vaxt qazanmasına imkan verir”.

Ekspert qeyd edib ki, bu məsələ ilə bağlı İngiltərənin Oksford Universitetinin apardığı tədqiqatlar 10 yaş kateqoriyasında olan uşaqların əksəriyyətinin çox erkən saatlarda dərslərin başlamasına görə diqqət dağınıqlığı kimi problemlər yaşadığını göstərib:


“Ən yaxşı təhsil nəticələr isə dərsə saat 11-dən sonra başlayan uşaqlarda müşahidə edilib. Tədqiqatı aparan Oksford Universitetinin alimi Kelley bu barədə yazırdı ki, şagirdlərin dərsə günün ikinci yarısından etibarən başlaması onların qat-qat daha məhsuldar olmalarına gətirib çıxara bilər. Düşünürəm ki, bu təcrübədən yararlansaq, uşaqlar üçün səmərəlilik daha artıq olar”./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar