Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Universitetlərdə yeni qaydalar: Təhsil haqqı azalacaq?

Tarix: 05-11-2017 15:55     Baxış: 4751 A- / A+
Universitetlərdə yeni qaydalar: Təhsil haqqı azalacaq?


"Universitetə daxil olan ödənişlərdən əldə olunan gəlirdən şəxsi qazanc məqsədi ilə istifadə olunmasına icazə verilmədiyi halda, bir neçə il əvvəl buna yol verilib”. Prezident İlham Əliyev "Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında” 2017-ci il 21 iyun tarixli sərəncamının tətbiqi ilə əlaqədar hər iki universitetin özünüidarə statusunu ləğv edib. Dövlət başçısı "Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” 2002-ci il 12 iyun tarixli sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb.


Prezindentin digər bir fərmanı ilə isə "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişiklik edilib. Sənəddə bildirilir ki, "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6, maddələr 428, 431, № 8 (III kitab), maddə 614; 2001, № 7, maddə 459; 2006, № 9, maddə 743; 2007, № 10, maddə 945; 2008, № 6, maddə 496; 2009, № 9, maddə 687; 2011, № 2, maddə 85; 2014, № 4, maddə 364, № 9, maddə 1064; 2015, № 7, maddə 842; 2016, № 11, maddə 1814) 6-cı hissəsindən "Bakı Dövlət Universiteti,” sözləri çıxarılsın.

Qeyd edək ki, sözügedən sənədin 6-cı hissəsində bildirilirdi ki, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası və Azərbaycan Kənd Təsərrüfatı Akademiyası özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərir və onların maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin layihəsi hazırlanarkən ayrıca sətirlə verilir.

Xatırladaq ki, bu ilin iyun ayında prezident İlham Əliyev Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında sərəncam imzalamışdı. Sərəncama əsasən, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan universitetlərə çevrilmə yolu ilə yenidən təşkil ediləcəkdi. Həmçinin bundan əvvəl dövlət başçısı Azərbaycan Dillər Universitetinin də Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan universitetə çevrilmə yolu ilə yenidən təşkil edilməsinə dair sərəncam imzalamışdı. Maraqlıdır, sərəncama yenidən dəyişikliyin olunması nə ilə bağlıdır? Universitetlərin publik hüquqi şəxsə çevrilməsi səmərə vermədimi? Bu universitetlərin yenidən dövlətdən maliyyələşməsi təhsil haqlarına necə təsir göstərəcək?

Təhsil üzrə ekspert Kamran Əsədov "Cümhuriyət” qəzetinə bildirib ki, ali təhsil müəssisəsi Azərbaycan Respublikasının Təhsil Qanununa, ona müvafiq olaraq Azərbaycan Respublikasında qəbul olunmuş digər qanunvericilik aktlarına, bu əsasnaməyə və özünün Nizamnaməsinə uyğun fəaliyyət göstərir:

"21 İyun 2017-ci ildə Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında sərəncam imzalamışdı. Həmin tarixdən etibarən Azərbaycan Dövlət İqtisad Universiteti Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət İqtisad Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilməsi vurğulanırdı. Universitetin özünü idarə etmə statusu dedikdə özünüidarəetmə dedikdə daxilində yerli əhəmiyyətli məsələlərin həlli üzrə fəaliyyəti başa düşülür. Bununla bərabər universitetin kadr potensialı, maddi-texniki bazası, tədris-elmi uğurları nəzərə alınaraq ali məktəblərə müəyyən olunmuş qayda əsasında muxtariyyət statusuna malik olması nəzərdə tutulur. Publik hüquqi şəxs olmasına baxmayaraq dövlət ali təhsil müəssisələri təhsil qanunverciliyinə, xüsusi normativ aktlar və Ali təhsil müəssisəsi haqqında Əsasnaməyə müvafiq olan nizamnamə əsasında idarə olunur. Publik hüquqi şəxs olduqdan sonra əvvəlki sistemlə özünü idarəetmənin təşkili mümkün deyildi”.

Ekspert hesab edir ki, bundan sonra universitetin idarə olunmasında ciddi şəkildə dəyişikliklər olacaq:

"Belə ki, buna qədər ali təhsil müəssisəsinin fəaliyyətinə bilavasitə rəhbərlik rektor (prezident) tərəfindən edilirdi. Lakin o daxili fəaliyyətdə müstəqil idi. Belə ki, qanunvericiliyə uyğun olaraq ali məktəbin fəaliyyəti nəticəsində əldə edilən gəlirdən təhsil müəssisəsinin daha da inkişaf etdirilməsi məqsədi ilə istifadə olunmalı, təhsilin maddi-texniki bazası genişləndirilməli və müasirləşdirilməli, təlim stimullaşdırılmalı, təkmilləşdirilir, elmi araşdırmalar, təhsil alanları və müəllimlərin sosial-iqtisadi mənafeləri daha dolğun təmin edilməli. Ali məktəblərin xarici ölkələrlə əlaqələri genişləndirilməli olduğu halda, bir müddət əvvəl aidiyyəti dövlət orqanlarının apardığı araşdırmalardan sonra məlum oldu ki, bu təhsil ocağında fəaliyyət həmin tələblərə uyğun olaraq təmin edilməyib. Müəyyən pozuntulara yol verilib. Universitetə daxil olan ödənişlərdən əldə olunan gəlirdən şəxsi qazanc məqsədi ilə istifadə olunmasına icazə verilmədiyi halda, bir neçə il əvvəl buna yol verilib. Bu kimi halların baş verməsinin əsas səbəbi o idi ki, universitetin öz muxtariyyəti var idi və özünü idarəetmə hüququna malik idi. Lakin edilən dəyişiklikdən sonra kadr potensialı və maddi-texniki baza ilə bağlı məsələlərdə universitetlər müstəqil fəaliyyət göstərə bilməyəcək və tabe olduqları quruma hesabat verməli olacaqlar. Bundan əlavə maliyyə dövriyyələri ilə bağlı şəffaf hesabatlar verməli olacaqlar”.

Kamran Əsədov onu da qeyd edib ki, hazırda İqtisad Universitetində 9 fakültə fəaliyyət göstərir, 21 ixtisas üzrə 18 mindən çox tələbə və magistr təhsil alır və maliyyələşməsinin 99 faizi tələbələrin təhsil haqları hesabına həyata keçirilir:

"Düşünürəm ki, bu şəffaflığın təmin olunması üçün zəruri addım idi. Prezidentin müvafiq sərəncamı növbəti tədris ilindən tələbələrin təhsil haqlarının artmasına təsir etməyəcək. Əksinə, maliyyə hərəkətliliyində şəffaflığın təmin olunacağına görə təhsil haqlarında müəyyən qədər azalma müşahidə oluna bilər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar