Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bağlanmaq sırası özəl universitetlərdə: sırada hansıdır?

Tarix: 24-09-2017 11:57     Baxış: 4579 A- / A+
Bağlanmaq sırası özəl universitetlərdə: sırada hansıdır?


Azərbaycanda fəalliyyət göstərən özəl universitetlərin bəziləri qəbul olunmuş təhsil standartlarına cavab vermir. Təhsil müəssisələrində müasir standartlara cavab verən maddi-texniki baza, tədris korpusu yoxdur. Əksəriyyətinin tələbə yataqxanası yoxdur, kitabxanası zəngin deyil. Halbuki bu sadalananlar təhsilin keyfiyətini artıran əsas amillərdəndir.

“Özəl ali məktəblər rəqabət mühiti yarada bilmədilər”

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov “Cümhuriyət” qəzetinə bildirib ki, təəssüf ki, bu gün Azərbaycanda fəaliyyət göstərən özəl ali məktəblər rəqabət mühiti yarada bilmir:

Bağlanmaq sırası özəl universitetlərdə: sırada hansıdır?

“Ötən əsrin 90-cı illərinə qədər Azərbaycanda yalnız dövlət ali məktəbləri fəaliyyət göstərirdi. 1992-ci ildə ”Təhsil haqqında" Qanun qəbul olunduqdan sonra kütləvi şəkildə özəl ali məktəblər təsis edildi. Belə ali məktəblərin çoxunun maddi-texniki bazası, professor-müəllim heyətinin tərkibi çox zəif idi. Sonradan özəl ali məktəblərin sahibləri özləri üçün böyük və geniş tədris binaları inşa etdirdilər. Bundan sonra xeyli tələbə kütləsi cəlb etdilər. Geniş və yaraşıqlı binalar təhsilin keyfiyyətini dəyişmədi. Başqa sözlə, özəl ali məktəblər rəqabət mühiti yarada bilmədilər. Bundan istifadə edən hökumət əvvəlcə özəllərdən tibb və hüquq ixtisasını yığışdırdı, sonra isə bunların bir neçəsini bağladı. Azərbaycanda özəl ali məktəblərin yaranması iki problemi həll etməli idi. İlk növbədə bu kəmiyyət problemidir. Azərbaycan əhalisinin hər 10 min nəfərinə düşən tələbələrin sayı postsovet məkanına daxil olan ölkələrdən və Avropa ölkələrindən geridə qalır. Bizdə hər 10 min nəfərə 156 tələbə düşdüyü halda, Gürcüstan və Ermənistanda bu rəqəm 320 nəfər, Rusiya, Belarus, Ukraynada bu rəqəm 400 nəfər, Qərb ölkələrində isə 500-600 nəfərdir. Bir sözlə, özəl ali məktəblərə tələbə axınının xeyli azalması və onların bağlanması kəmiyyət problemini həll edə bilmədi. İkinci məsələ keyfiyyət məsələsidir. Keyfiyyət probleminə gəldikdə, yeni yaradılmış ali məktəblər Bakı Ali Neft Məktəbi, Azərbaycan Diplomatiya Akademiyası (ADA Universiteti), Xəzər Universiteti istisna olmaqla, özəl ali məktəblərin keyfiyyət göstəriciləri bir çox hallarda dövlət ali məktəblərindən seçilmədi. Məsələn, ABŞ-ın ən məşhur universitetləri Harvard, Yell, Prinston özəl ali məktəbləridir. Türkiyənin Koç, Sabancı, Bilkent kimi universitetləri də həmçinin. Azərbaycandan fərqli olaraq dünyanın bir çox ölkələrində dövlətin özəl ali məktəblərə maliyyə və başqa formada dəstəyi var ki, bu da inkişafa səbəb olur. Bir misal çəkim, vaxtilə özünə normal reytinq toplamış Xəzər və Qərb universitetlərinin reytinqi get-gedə aşağı düşməyə başladı. Səbəb odur ki, bu ali məktəbin rəhbərləri bunu bilərəkdən edir. Belə ki, təhsil haqqını ağlasığmaz dərəcədə artırır, tətbiq edilən sərt imtahan sistemi ilə tələbələr incidilir və kredit adı ilə onlardan külli miqdarda vəsait alınır. Hesab edirəm ki, keyfiyyətsiz təhsil və aşağı səviyyədə idarəetməyə görə bir çox Universitetin fəaliyyəti dayandırılmalıdır”.

Ekspertin sözlərinə görə, ozəl universitetlərin təhsil standartlarına cavab verməsi üçün bina və ya yerləşdiyi ərazi o qədər də ciddi faktor kimi qəbul oluna bilməz:

"Yəni keyfiyyətli məhsul istehsal etmək baxımından bu elə də önəmli deyil. Ən azından özəl universitetin rektoru bütün qohum tanışını cəlb edib ailə üzvlərinin iş təminatını yaxşılaşdırmaq üçün universitetini bərbad vəziyyətə qoymamalıdır. Kənardan mütəxəssislər cəlb etməklə dünya standartlarına cavab verən təhsil mühiti yaratmaq lazımdır. Universitetin müəllim heyəti elmi dərəcəsi olan, elmdə nüfuz sahibi olan şəxslərdən ibarət olmalıdır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar