Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hansı ixtisas qruplarına qəbul olmaq asandır?

Tarix: 12-04-2024 13:41     Baxış: 3130 A- / A+

Hər il abituriyentlərin üz-üzə qaldığı məsələlərdən biri də hansı ixtisas qrupunu seçsələr, daha rahat ali məktəbə qəbul oluna biləcəkləri ilə bağlıdır.
Hətta bəziləri öz maraq dairələrini kənarda qoyub, ali məktəbə daha asan qəbul oluna biləcəkləri ixtisas qrupuna üz tuturlar.
Bəs, görəsən 5 ixtisas qrupu üzrə abituriyentlərin daha asan qəbul ola biləcəkləri qruplar hansılardır?
Manevr.az xəbər verir ki, məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi vurğulayıb ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlər asanlıq baxımından daha çox I və II qrupa üstünlük verirlər:
"Çünki III və IV qrupa qəbul olmaq, abituriyentlər üçün bir qədər çətindir. Hətta subbkalavrlar belə II qrupa daha asan qəbul ola bilirlər. Abituriyentlərin "Təki diplomum olsun” deyərək universitet və ixtisas seçimi etmələri əsla doğru yanaşma deyil.
Çünki həmin şəxslər gələcəkdə iş tapmaqda və özlərinə karyera qurmaqda çox çətinlik çəkəcəklər. Ona görə də kortəbii formada ixtisas qrupunun seçilməsi qəbuledilməzdir”.
Ekspert qeyd edib ki, hər il 70-75 min və daha üzəri abituriyent müsabiqədə iştirak edir. Amma onların içərisində 50-55 nəfəri universitetlərə qəbul oluna bilir:
"Sorğu aparsaq görərik ki, onların içərisində təxminən yalnız 5-6 min abituriyent öz ixtisası ilə bağlı biliklərə sahibdir və ya həmin ixtisası seçərkən araşdırma aparıb. Yerdə qalanlar kortəbii formada prosesdən keçiblər. Ona görə də əlbəttə bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır”.
E.Əfəndinin sözlərinə görə bəzən abituriyentlər ixtisas seçimi edərkən istedadlarına önəm vermirlər:
"Burada məqsəd I və II ixtisas qrupunu seçən namizədləri azaltmaq deyil. Biz istəyirik ki, abituriyentlər az bal toplayacağını nəzərə alaraq ixtisas qrupu seçməsinlər. Ola bilər ki, kiminsə tibb istiqamətində potensialı var, lakin I və II qrupda oxuyur. Məqsəd bunun qarşısını almaqdır.
Yaxşı olar ki, abituriyentlər mütamadi olaraq konsultasiyada iştirak etsinlər. Bu barədə həm onları, həm də valideynlərini maarifləndirmək lazımdır”.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar