Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Məktəb təhsil verməkdən əlavə, həm də problemsiz şəxsiyyət yetişdirməlidir

Tarix: 05-04-2024 15:11     Baxış: 3145 A- / A+
Müşahidələr onu göstərir ki, məktəblərdə psixoloqlarla bağlı problemlər mövcuddur. Bu gün tam əminliklə demək olmaz ki, məktəblərdə psixoloji xidmət işinin səviyyəsi ürəkaçandır.
 
Maraqlıdır, məktəb psixoloqlarının fəaliyyəti nədən ibarətdir?
 
Manevr.az
bildirir ki, AzEdu.az-a açıqlama verən təhsil eksperti Nadir İsrafilov bildirilib ki, məktəbdə psixoloji xidmətin təşkili digər təhsili xidmətləri ilə müqayisədə, nisbətən yeni bir sahədir:
 
“Məlum olduğu kimi, məktəbdə psixoloji xidmətin başlıca məqsədi uşaq, yeniyetmə və gənclərin psixoloji sağlamlığını qorumaqla onların təhsil müvəffəqiyyətinin artırılması, əsas vəzifəsi isə şagirdlərin təlim və tərbiyəsi sahəsindəki çətinlikləri, onların şəxsi və intellektual inkişafındakı qüsurları aradan qaldırmaqla, təlim-tərbiyə sahəsində aparılan işin səmərəliliyini yüksəltməkdə, sosial cəhətdən fəal, yüksək ideya inamına malik şəxsiyyətin formalaşdırılmasında pedaqoji kollektivə köməklik göstərməkdən ibarətdir. Başqa sözlə desək, məktəbin işi şagirdlərə təkcə bilik, bacarıq və vərdişlər aşılamaq deyil, həm də gələcək üçün komplekssiz, problemsiz şəxsiyyət yetişdirməkdir. Bu baxımdan məktəblərdə işini bilən, ixtisaslı, işinin öhdəsindən gələ bilən psixoloqlara ehtiyac var.
 
Əsasən, 90-cı illərdən etibarən ilk olaraq Bakı məktəblərini əhatə edən psixoloji xidmət sahəsi qısamüddətli ixtisasartırma yolu ilə yenidən hazırlanmış kadrların ümidinə buraxılmışdı. Bu mənada onları peşəkar psixoloq hesab etmək olmaz. Psixoloqların müəyyən hissəsi ali təhsilli olmayıb, yenidən hazırlanma təhsili alanlardır”.
 
Təhsil eksperti bildirib ki, 2 min şagirdi olan mktəblərdə bir psixoloq olması böyük problemdir:
 
“Təhsil müəssisələrində çalışan müəllim heyətinə, psixologiya elminin müasir dövrün tələbləri və yenilikləri barədə məlumatlı olmaları üçün mütəmadi olaraq təlim kursları və seminarlar təşkil olunmayıb. Ali məktəblərdə psixologiya elminin qanunauyğunları və günümüzün tələblərinə cavab verə biləcək tədrisin təşkili üçün ciddi addımlar atılmayıb”.
 
Nadir İsrafilov qeyd edib ki, müasir təhsil sisteminin qarşısında duran psixoloji xidmət uşaqların məktəb təliminə hazırlıq səviyyəsini aşkara çıxarmaqdır:
 
“Geridə qalan və mürəkkəb davranış sərgiləyən uşaqlarla diaqnostika və korreksiya işlərini həyata keçirmək, şagirdlərin intellektual, şəxsiyyət və iradi-emosional sferasının diaqnostikasını həyata keçirmək, onların korreksiyasını aparmaq, şagirdlərin müəllimlərlə şəxsiyyətlərarası münasibətlərindəki konfliktlərin psixoloji səbəblərini aşkara çıxarmaq və aradan qaldırmaq kimi konkret və həlli vacib vəzifələr qoyur. Təhsil qanununda edilən dəyişikliklər və əlavələr tədricən öz nəticəsini verməyə başlayıb.Təhsil haqqında qanuna edilən dəyişikliyə görə, psixoloqlar üçün daha peşəkar şərtlərin müəyyənləşdirilməsi baxımından yeni qaydaların hazırlanması nəzərdə tutulmuşdu ki, Nazirlər Kabineti “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında qərar qəbul etdi. Bununla belə Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının qəbulundan sora bu sahəyə xüsusi diqqət yetirilməsi və bu istiqamətdə müəyyən işlər görülməsinə baxmayaraq, istənilən halda ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkilinə və məktəb psixoloquna baxış bucağımız və yanaşma tərzimiz bir daha dəqiqləşdirilməlidir”.
 
Təhsil eksperti vurğulayıb ki, bu gün, ümumi təhsil müəssisələrində şagirdlərin sağlamlığının və təhlükəsizliyinin daha etibarlı təmin edilməsi,məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolunun vurğulanması, məktəblərdə psixoloji işin düzgün qurulması, psixoloqların maarifləndirilməsi, onlarda məktəb mühitini düzgün analiz qabiliyyətinin formalaşdırılması, valideynlərlə işin təşkili və hesabatlılıq məsələlərinə, psixoloqların həvəsləndirilməsinə və özlərinin motivasiyasına diqqətin artmasına xüsusi zərurət duyulur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar