Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Valideynlər üçün rəqəmsal sistem

Tarix: 18-03-2024 17:53     Baxış: 3155 A- / A+
TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ NƏZARƏTİ GÜCLƏNDİRMƏK VƏ VALİDEYNLƏRİN MƏKTƏBLƏRDƏKİ VƏZİYYƏTİ QİYMƏTLƏNDİRMƏLƏRİNƏ ŞƏRAİT YARATMAQ MƏQSƏDİLƏ PAYTAXT MƏKTƏBLƏRİNDƏ RƏQƏMSAL SİSTEM YARADILACAQ"Bakı şəhərinin təhsil müəssisələrində tədris və idarəetmə proseslərinin tamamilə elektronlaşması üzrə sistemin yaradılması planlaşdırılır". Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova deyib. O bildirib ki, sözügedən sistem təhsil müəssisələrində nəzarəti gücləndirməyə, tədris prosesi ilə bağlı məlumatların operativ və effektiv şəkildə izlənilməsi və təhlil edilməsinə, həmçinin akademik bacarıqların, eləcə də şagird davamiyyətinin qeydə alınması və monitorinqini həyata keçirməyə imkan verəcək. N.Hüseynova söyləyib ki, bundan başqa, valideynlərin məktəbləri qiymətləndirməsi üçün rəqəmsal sistem yaradılacaq: "Valideynlər üçün övladlarının təhsil, davranış keyfiyyətlərini izləmə və müəssisələrdə tədris proseslərini dəyərləndirmə imkanı verən elektron sistemin qurulması əsas hədəflərimizdəndir. Bu, vətəndaş müraciətlərinə baxılması işinin təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir".
 
"Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri İlqar Orucov deyir ki, təhsildə rəqəmsal sistemin yaradılması təkcə məktəblərin qiymətləndirməsinə xidmət etməyəcək. Rəqəmsal sistem valideynlərə övladlarının təhsili ilə bağlı məlumatları operativ əldə etmək imkanı da yaradacaq: "Valideynlər övladlarının davranışları barədə də bu sistemdən məlumat ala biləcəklər. övladını məktəbə göndərən valideyn onun dərsdə fəallığını, davranışını, dəvamiyyətini bu sistem vasitəsilə izləyə biləcək".
İlqar Orucovun sözlərinə görə, müəllimin işini qiymətləndirməyi təkcə valideynə həvalə etmək olmaz. Müəllimin qiymətləndirilməsində aidiyyəti qurumlar da iştirak etməlidir. Bu qiymətləndirmə müəllimlərin biliyini səciyyələndirəcək sertifikasiya imtahanı da ola bilər: "Rəqəmsal sistemin yaradılması təkcə məktəblərin qiymətləndirməsinə xidmət etməyəcək. Rəqəmsal sistem valideynlərə övladlarının təhsili ilə bağlı məlumatları operativ əldə etmək imkan yaradacaq. Valideynlər övladlarının davranışları barədə də bu sistemdən məlumat ala biləcəklər. Elektron gündəlik vasitəsilə onlar övladlarının gün ərzində təhsildə uğurlarını izləyə biləcəklər".
Ekspert bildirib ki, valideynə məktəblə bağlı fikrini sərbəst ifadə etməyə imkanın yaradılması müsbət amildir. Bu bir qiymətləndirmə növü kimi xarakterizə oluna bilər. Sözügedən yeniliyin ilk dəfə ölkə məktəblərində tətbiq edilməsi tədrisin keyfiyyətinin yaxşılaşmasına xidmət edəcək.
Onun fikrincə, bu, məktəblərə nəzarəti də gücləndirəcək: "Bu tədris prosesi, şagirdlərin davranışı, eləcə də onların akademik biliyi ilə bağlı məlumatların valideynlərə ötürülməsinə xidmət edəcək. Övladını məktəbə göndərən valideyn onun dərsdə fəallığını, davranışını, davamiyyətini izləyə biləcək. Valideynə bunu məsafədən izləmək imkanının yaradılması gələcəkdə şagirdlər arasında baş verəcək arzuolunmaz halların da qarşısını alacaq. Ona görə də, bu yeniliyi təkcə valideynin məktəbi qiymətləndirməsi kimi xarakterizə etmək olmaz. Çünki yenilik nəticədə tədrisə və davranışa, bütövlükdə təhsil müəssisələrində nəzarətin gücləndirilməsinə xidmət edəcək bir rəqəmsal sistem olacaq".

Təhsil eksperti Nadir İsrafilov bildirib ki, belə bir sistemin yaradılması nəinki lazımdır, hətta vacibdir. Özü də təkcə Bakı şəhərinin təhsil müəssisələrində yox, həm də bütövlükdə ölkənin təhsil müəssisələrində: "Belə bir sistem təkcə, təhsil müəssisələrində nəzarəti gücləndirməyə, tədris prosesi ilə bağlı məlumatların operativ və effektiv şəkildə izlənilməsi və təhlil edilməsinə, akademik bacarıqların, şagird davamiyyətinin qeydə alınması və monitorinqini həyata keçirməyə imkan verməklə yanaşı, həm də məktəb-valideyn münasibətlərində uzun illərdən bəri müşahidə olunan durğunluğu sabitləşdirəcək, məktəb-valideyn əməkdaşlığının möhkəmləndirilməsinə, təlim-tərbiyə işinə kompleks yanaşılmasına təsirsiz ötüşməyəcək. Digər bir məsələ məktəb fəaliyyətinin dəyərləndirilməsi və qiymətləndirilməsi məsələsidir ki, bununla bağlı müxtəlif səviyyələrdə müzakirələr aparılır, məktəb-valideyn əməkdaşlığının daha optimal şəkildə qurulmasının yolları araşdırılır. Bu baxımdan valideynlərin də məktəblərin fəaliyyətinin qiymətləndirməsi üçün rəqəmsal sistemin yaradılması valideynlərin də qiymətləndirmə işinə cəlb edilməsi baxımından faydalı ola bilər. Hesab edirəm ki, Bakı şəhərinin təhsil müəssisələrində tədris və idarəetmə proseslərinin tamamilə elektronlaşması üzrə sistemin yaradılması Prezidentin sərəncamı ilə təsdiq olunan "İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının qanunu"nda və Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulmuş əsas hədəflərdən biri kimi təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi, idarəetmə prosesində şəffaflığın və maraqlı tərəflərin iştirakının təmin edilməsi, maraqlı tərəflərin nümayəndələrinin iştirakı təmin edilməklə təhsil müəssisələrinin dövlət-ictimai xarakterdə idarə olunmasının təmin edilməsi tələblərinə uyğun olub bu istiqamətdə yeni mərhələ olacaq".

Elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, valideynlər üçün övladlarının təhsil, davranış keyfiyyətlərini izləmə və müəssisələrdə tədris proseslərini dəyərləndirmə imkanı verən elektron sistemin qurulması çox əla fikirdir. Bu, vətəndaş müraciətlərinə baxılması işinin təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edəcək. Xüsusən də məktəblərdə davranış qaydalarına riayət etmək üçün çox bu çox əhəmiyyətlidir.  Dünyanın bir çox inkişaf etmiş ölkələrində - Amerikada, Fransada, Kanadada təhsilin rəqamsallaşdırılması və elektronlaşdırılması həyata keçirilir. Amma təəssüf ki, bəzi ölkələrdə bu davranışa nəzarət mexanizmi kimi yox, valideynlərlə məktəb arasında kommunikasiya yaratmaq, qiymətləndirmə prinsipində valideynlərin yaxından iştirak etməsi, tədris meyyarı əsasında olur: "Ola bilsin ki, Azərbaycanda bir neçə məktəbdə bu pilot şəklində tətbiq olunsun. Amma Bakı məktəblərinin hamısında bu layihənin birdən-birə həyata keçirilməsi bir qədər çətindir. Zaman lazımdır. Mən çox istərdim ki, ölkədə məktəblərin elektronlaşdırılması şagird davranış qaydalarına nəzarət prinsipi ilə yox, birbaşa tədris, qiymətləndirmə məsələləri ilə bağlı olsun. Eyni zamanda, çox yaxşı olar ki, bu layihə ilk olaraq pilot şəklində həyata keçirilsin. Bu layihənin tətbiqi üçün məktəbin də imkanlarının olması vacibdir. Şəhərin mərkəzində yerləşən infrastrukturu yüksək olan məktəblərdə layihənin icrası mümkündür. Amma kənar, infrastrukturu zəif olan məktəblərdə bu layihənin tətbiqi bir qədər çətin olacaq. Ona görə də tələsmədən, vəziyyəti tam gözdən keçirdikdən sonra bu işə başlanılmalıdır".

Təhsil üzrə ekspert Kamran Əsədov qeyd edib ki, hazırda şagirdlərin davamiyyəti və qiymətləndirilməsi kağız üzərində aparılır. Artıq təhsil sahəsinin rəqəmsallaşdırılması istiqamətində xeyli işlər görülüb: "Azərbaycanda həm şagirdlərin, həm də valideynlərin kompüter və planşetləri var. Ona görə də, valideynlərin öz övladlarının təhsildə müvəffəqqiyyətləri və müvəffəqqiyyətsizliyi barədə məlumatı internet üzərində ala bilərlər. Valideynlər bu sistem vasitəsilə öz övladlarının davamiyyətindən də xəbər tuta biləcəklər. Hazırda təhsillə bağlı portallar vasitəsilə bu məlumatların valideynlərə ötürülməsi mümkündür".
Ekspert deyir ki, təhsil sisteminin rəqəmsallaşması çox müsbət amildir. Belə ki, kağız daşıyıcılardan rəqəmsallaşmaya keçid şagird və valideynlərdə rəqəmsal bacarıqların, valideynlərin elektron resurslardan istifadə vərdişlərinin artırılmasına imkan yaradacaq.

Təhsil eksperti Adil Vəliyevin dediyinə görə, rəqəmsal sistemin yaradılması ilə valideynlər övladlarının gündəlik olaraq dərsdə həm təlim-tərbiyə prosesinə, həm də dərsə hazırlıqlı olub-olmamasına nəzarət edə biləcəklər: "Təhsil prosesində həm sənədləşmələr, həm tədris prosesinə aid olan bütün prosedurların hər biri elektron qaydada yerinə yetirilməlidir. Çünki biz inkişaf etməkdə olan ölkələrə baxdıqda hətta Azərbaycanda olan bəzi özəl məktəblərdə və universitetlərdə görürük ki, sənədləşmə və tədris prosesləri elektron qaydada həyata keçirilir. Kağızdan istifadə artıq minimuma endirilməlidir. Müəllim bir şagirdin dərsdəki aktivliyini yəni dərs oxumasını və iştirakını elektron qaydada sistemə yazmalıdır. Sözsüz ki, valideynlərində bu sistemə daxil olmasına icazə verilməlidir. Bu hazırda bizim gördüyümüz neqativ hadisələrə yəni şagirdlərin məktəblərdə etdikləri neqativ hallarada birbaşa müsbət təsir göstərəcək. Bu sistem vasitəsilə valideyn övladını daim nəzarətdə saxlayacaq. Əks halda indiki vəziyyətdə valideyn övladı haqqında məlumat əldə etmək üçün ya məktəbə gəlməlidir, ya da sosial platformalarda hər bir müəllimlə əlaqə saxlamalıdır".

Sevinc QARAYEVA


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar