Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Buraxlış imtahanları eyni gündə keçirilsin! - SƏBƏB

Tarix: 11-03-2024 16:42     Baxış: 3180 A- / A+

Xəbər verdiyimiz kimi ötən gün 33 şəhər və rayonda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. Buraxlış imtahanın ilk mərhələsi 3 mart tarixində baş tutub. İki imtahanda ümumilikdə 100 mindən çox şagird imtahan verib.
 
Nəticələr hələ ki, açıqlanmayıb. Bəzi şagird və valideynlər imtahanların çətin olmasından şikayətlənib. Bundan başqa imtahanların fərqli günlərdə keçirilməsi ilə bağlı da narazılıq var.
 
Təhil eksperti Elçin Əfəndi Modern.az-a açıqlamasında şagirdlərin buraxlış imtahanında yüksək nəticələr əldə edəcəyini düşündüyünü söyləyib:

“3 və 10 mart tarixində keçirilən imtahanları ötən illə müqayisə etsək, onu deyə bilərik ki, nəticələr daha uğurlu olacaq. Çünki şagirdlərin sözlərinə əsasən demək mümkündür ki, bu ilin imtahanları ötən illərlə müqayisədə daha yaxşı keçib. 

Azərbaycan dili, riyaziyyat, xarici dildən şagirdlər üçün olduqca əlçatan, suallar çox çətin olmadan tərtib olunub. Şagirdlər bu sualları verilən vaxt ərzində cavablandıra biliblər. Əlbəttə bu imtahan strateji imtahandır. Bu imtahanın nəticələri əsasında ali təhsil müəssisələrinə 1,  2 , 3,  4, həmçinin 5-ci qrupu üzrə birbaşa qəbul həyata keçirilir. Ona görə də şagirdlər bu imtahana daha strateji yanaşmalıdırlar. 

Bu formatda imtahan aprelin 14-də əvvəlki illərin məzunları üçün və cari ildə üzürlü səbəbdən imtahanda iştirak etməyən şagirdlər üçün keçiriləcək. Düşünürəm ki, o  imtahan da olduqca normal keçəcək. Orada da biz uğurlu nəticə gözləyirik. Ümumən bu ilki imtahanlar əvvəlki ilki imtahanlarla müqayisədə daha uğurludur. 

Abituriyentlərdən gözləntilərimiz daha yaxşı nəticələrdir. Hətta gözlənti odur ki, maksimum nəticə göstərən abituriyentlər də mövcud olacaq. Bir neçə abituriyent maksimum nəticə göstərə bilər”.

Təhsil eksperti hesab edir ki, imtahanların eyni gündə keçirilməsi daha məqsədəuyğundur:

“Ancaq düşünürəm ki, imtahanlar eyni gündə keçirilsə, daha yaxşı olar. 3 mart və 10 mart tarixində keçirilən imtahanları müqayisə edərək deyə bilərəm ki, 3 mart tarixində riyaziyyatdan açıq suallar var idi ki, onların çətinliyi sanki bir qədər artıq idi. Ona görə düşünürəm ki, ədalət prinsipinin qorunması baxımından eyni gündə keçirilsə, yaxşı olar.

İmtahanda 105 mindən çox şagirdin iştirakı gözlənilirdi. Onların yerləşdirilməsi bir qədər narahatlıq yarada bilər. Ancaq düşünürəm ki, bunun üçün dövlətin kifayət qədər resursu var. Biz bu resurslardan faydalanmaqla imtahanı keçirə bilərik. Bir gündə keçirilməsi eyni zamanda cavablarında eyni vaxtda açıqlanması deməkdir. 
İmtahanın eyni gündə keçirilməsinin müsbət tərəfləri çoxdur.

Mənfi tərəfləri də dediyim kimi bəzi şagirdlər düşünə bilərlər ki, birində asan, birində çətin olub. Ancaq hər iki imtahan ümumən eynilik təşkil edib. Sadəcə riyaziyyatdan açıq suallarda bir qədər çətinlik hiss olunurdu”.
 
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi 10 mart  tarixində keçirilən buraxlış imtahanının protokolları və cavab vərəqlərinin emalına başlanılacağını bildirib. İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) cavabları da imtahandan dərhal sonra Mərkəzin saytına yerləşdirilib. İştirakçılar doğru cavab etalonları ilə oradan tanış ola bilərlər.
 
İmtahanların nəticələri aprelin əvvəlində açıqlanacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar