Xəbər lenti
Nadir İsrafilov: “Mən hələ neçə il bundan qabaq deyirdim ki…”
Nadir İsrafilov
Gəlin hansısa məktəbi, hansısa müəllim obrazını ümumiləşdirib, bu dərəcədə dilə-dişə salmayaq…
Bu gün həssas və mühüm inkişaf sahəsi sayılan təhsildə dinamik dəyişikliklər, mühüm islahatlar aparılır. İslahatlarda təhsilin keyfiyyətinin və səmərəliliyinin artırılması ilə bağlı yeni yanaşmalar, yeni stereotiplər formalaşır, diqqət və qayğı artırılır. Təlim-tərbiyənin, təhsilin komponentləri, faydalanan hədəf qrupları, iştirakçılar və idarəedicilər dəqiqləşdirilir, vəzifə, məsuliyyət və hüquqlar dəyərləndirilir. Pedaqoji heyətin, müəllimin imkanları ilə yanaşı, alternativ imkanlar araşdırılır, ailənin, valideynin bu proseslərdə rolu və məsuliyyəti məsələsi aktuallaşır. Valideynlərin təlim-tədris prosesinə cəlb etmək üçün yeni modullar düşünülür, bu sahədə maarifçilik və praktik tədbirlər həyata keçirilir.

Bununla belə hələ ki, valideynlər, məktəb kollektivi və rəhbərliyi arasında qarşılıqlı münasibətləri tənzimləyən əməkdaşlıq konsepsiyası yoxdur. Bu qarşılıqlı münasibətlərin təşkil edilməsi və tənzimlənməsinin vahid sistemi işlənib hazırlanmamışdır. Məktəb rəhbərlərinin pedaqoji kollektivlə valideyn resurslarından səmərəli istifadə etmə istiqamətində apardıqları iş bir o qədər effektli deyil, müəllimlərin valideynlərlə apardığı iş o qədər də ürəkaçan deyil. Valideynlərin məktəb həyatına cəlb olunması mexanizmi, onların təhsilin imkişafında iştirakı, məktəbə kömək imkanlarını müəyyənləşdirən konsepsiyanın ortalığa qoyulmasına böyük ehtiyac duyulur.
Nədən qurtulsaq da, “Qaşınmayan yerdən qan çıxarmaq” ənənəsindən qurtula bilmirik ki, qurtula bilmirik… Sanki, qanımıza keçən bu xüsusiyyət genimizdən gəlir. Sanki, böyük faciə baş verib, bir məktəbdə sıradan olan bir hadisə baş verib. Olmamalıydı – oldu belə… Sanki, bu kimi hadisələr digər müəssisələrdə deyil, digər peşə sahibləri tərəfindən deyil, ailədaxili münasibətlərdə deyil, təkcə məktəblərdə müəllimlər və şagirdlər tərəfindən baş verir.
“Qrupa şeir atdım, uşaqlara öyrədin”, “Yazını vatsapda atdım”, “Düzgün cavabları vatsapda göndərin” və gündəmimizi tutan daha bir çox “Whatsapp” yazışmaları… Avropa İttifaqı qurumlarında “Tiktok” qadağası genişlənir, biz isə deyirik ki, texnologiya əsrində yaşayırıq, şagird “TikTok”dadırsa, müəllim də orada olmalıdır.” Bunlar azmış kimi, hələ bir TikTokdan Öyrən layihəsinə start veririk, TikTok-da kəşf” – müsabiqəsi keçiririk. Bu, müəllimi şagird şıltaqlığına tabe etdirmək deyilsə, bəs bunun başqa adı nədir? Əgər, hətta dərs vəsaitlərinin belə çox zaman “Whatsapp” qrupları üzərindən göndərdiyini təqdir ediriksə, onda niyə müəllim və valideynlərin səs yazılarının yayılmasını yolverilməz hesab edirik?
Razılaşaq ki, texniki resurslardan istifadə etmək yaxşı haldır, ancaq unutmayaq ki, texniki resurslardan düzgün istifadə etmək, tamam başqa şeydir. Elə isə, nə baş verir? Dəyərlər dəyişib, yoxsa biz dəyişmişik…? Bu, nə səmiyyətdir, bu, nə mədəniyyətdir – məktəbin, müəllimin müdafiəsinə qalxanı məsxərəyə qoyuruq!? Nə oldu ki, birdən-birə məktəb “məbədgah”lığını, müəllim “müqəddəs”liyini itirdi?

Elə isə, gəlin emosiyaları və ambisiyaları bir kənara qoyaq, müəllim obrazını ümumiləşdirib, onu bu dərəcədə ucuzlaşdırmayaq. Dünən bizi yetişdirən də müəllimdir, bugünki müəllimi yetişdirən də bizik. “Ustadına kəm baxanın gözlərinə ağ gələr” – deyib böyüklərimiz…Gəlin, bir çox milli və bəşəri dəyər və ənənələrimizə diqqət və sayğı göstərdiyimiz kimi, ciddi səylər və böyük zəhmət hesabına əldə etdiyimiz təhsil dəyərlərimizi və ənənələrimizi də qoruyub saxlayaq, bu şərəfli və məsuliyyətli missiyada əlimizdən gələni əsirgəməyək. Məktəblərdə yaradılan assosasiya, komitə, icma olmasından asılı olmayaraq bunun bir adı, bir məramı, bir məqsədi var – məktəb müqəddəs məbədgah kimi, müəllim ən şərəfli peşə sahinbi kimi öz nüfuzunu qorumalıdır…
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar