Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Magistrlər üçün əlavə iş yerləri açılmalı, ya da plan yerləri məhdudlaşdırılmalıdır”

Tarix: 19-02-2024 18:18     Baxış: 3182 A- / A+


“Magistrlər üçün əlavə iş yerləri açılmalı, ya da plan yerləri məhdudlaşdırılmalıdır”
Yaxın günlərdə Azərbaycan magistraturaya qəbul imtahanı keçirildi. Hesab edilir ki, ali təhsil səviyyəsinin ikinci pilləsi olan magistratura ixtisaslaşma prosesində önəmli yer tutur. Magistratura səviyyəsinə qəbul imtahanında bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi yoxlanılır və DİM tərəfindən qoyulan şərtləri ödəyənlər ixtisas seçimində iştirak etmək imkanı əldə edirlər.
 
Xaricdə magistr təhsili almaq üçün isə  ilk növbədə imtahan qiymət ortalası (GPA) yüksək olmalıdır. Daha sonra isə beynəlxalq dil biliklərini təsdiq edən sertifikatları İELTS, TOEFL və s. hansı universitet tərəfindən tələb olunursa, onu almaq lazımdır.
 
Bəs Azərbyacanda magistraturaya qəbul, magistr təhsil sistemi uğurludurmu?
 
Manevr.az
bildirir ki, mövzu ilə bağlı modern.az-a danışan təhsil eksperti Nadir İsrafilov qeyd edib ki, əgər magistrlər üçün əlavə iş yerləri açılmazsa, iki il əlavə vaxt sərfiyyatına ehtiyac yoxdur:
"Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən “magistratura — ali təhsilin ikinci səviyyəsinin tələblərinə uyğun olaraq, yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlığını təmin edən təhsil prosesidir. Magistrin elmi tədqiqat sahəsində hazırlığı konkret tədqiqat fəaliyyətinin tələblərinə uyğun olaraq, müasir üsullarla araşdırmaların aparılması və dissertasiya işinin hazırlanması ilə təmin olunur.” 
 

Başqa sözlə plan yerləri ilə iş yerləri arasındakı tərsmütənasiblik planlaşdırma işinə təsir edən əsas amillərdən biridir. Bu gün tələb-təklif prinsipinin nəzərə alınmaması və təyinat sistemi mexanizminin işlək hala gətirilməməsi ucbatından bu kimi məsələləri əsasən əmək bazarı tənzimləyir. Heç də əbəs yerə deyil ki, “Ali Təhsildə Keyfiyyət Təminatı və Keyfiyyətin Gücləndirilməsi” mövzusunda Beynəlxalq Forumda təhsil rəsmisi tərəfindən “Biz istəsək də, istəməsək də ali təhsil sistemi dəyişməlidir. Bu sahədə ciddi islahatlar aparılmalıdır" mesajı verilib. Ötən il magistraturaya 14 mindən artıq plan yeri ayrılmışdı. Plan yerlərinin 7600-dən artığı ödənişli, 6400-ə yaxını isə dövlət sifarişi idi. Ümumiyyətlə magistraturaya bu qədər qəbul keçirilməsinə ehtiyac varmı? Əgər bakalavrlardan fərqli olaraq magistrləri elmi - tədqiqat, elmi-pedaqoji işləri üçün yetişdiririksə və elmimizin o qədər də ürəkaçan olmadığı bir vəziyyətdə onlardan ödəniş tələb etmək nə dərəcədə düzgündür?”. 

Ekspert hesab edir ki, magistraturanı bitirənlər peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmayacaqlarsa, iki il əlavə vaxt itkisinə ehtiyac yoxdur:

“Magistraturaya ikimərhələli keçirilən qəbul imtahanlarının ikinci pilləsinin ləğvi, gəncləri elmlə məşğul olmağa cəlb etmək üçün prosedurların bir mərhələli keçirilməsi, ingilis dilindən essenin əlavə olunması kimi dəyişikliklər də heç də hamı tərəfindən birmənalı qarşılanmadı. Hətta bir çoxlarının fikrincə ikinci mərhələnin deyil, birinci pillənin ləğvi daha məqbul sayılır. Onsuz da tələbə ixtisasını 4 il boyunca öyrənir, yenidən magistraturaya imtahan zamanı ixtisas fənnindən imtahan verməsinə gərək yoxdur deyənlər də oldu. Beynəlxalq təhsil sistemi ilə əlaqədar bir çox layihələrə, bəyannamələrə qoşulmuşuq, 2005-ci ildən Boloniya prosesi tətbiq olunur. Boloniya prosesi sadəcə müəyyən tövsiyələr verir. Bunun da səbəbi Avropada vahid, ortaq təhsil məkanı yaratmaqdır. Məsələn, diplomların tanınması, tələbə və müəllim mübadiləsi və sair”.
 

Nadir İsrafilovun sözlərinə görə biz nədənsə bu sistemin müəyyən müsbət və mütərəqqi cəhətlərindən yararlanmaq əvəzinə, hələ bu prosesin təşkilat komitəsini və aparıcı dövlətlərinin özləri üçün tam aydınlaşdırmadığı və vahid qərara gələ bilmədikləri ziddiyətli sahələrə baş vurmuşuq:

“Xeyli müddət keçdikdən sora gecikmiş olsa da etiraf edirik ki, “Təhsil Nazirliyi sistemində dövlət ali təhsil müəssisələrində 30 yaşa kimi elmlər doktoru yoxdur, 61 yaşdan yuxarı olanların sayı isə təxminən 63,9% təşkil edir: Fəlsəfə doktorları üzrə göstəricilərə gəldikdə, onlardan 30 yaşa kimi olanların sayı 0,7%, 61 yaşdan yuxarı olanların sayı isə təxminən 18%-dir. Yaranmış vəziyyəti nəzərə alaraq, bir sıra tədbirlər görməyi nəzərdə tuturuq.” Doktoranturanı bir kənara qoysaq belə ayrı-ayrı illərdəali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul planı müxtəlif faiz dolaraq, plan yerlərindən müxtəlif faizi boş qalmışdısa, bu nəyi dəyişdi ? Ayrı-ayrı illərdə magistraturaya qəbul 50-60 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti də müxtəlif olub. Hansı ildəsə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən bakalavrların sayı 12 min nəfər olub. Digər ildə isə 13 min bakalavr magistraturaya qəbul olmaq üçün ərizə təqdim edib. Bəzən enmə bəzən  artım müşahidə olunub. Bəzən də həyəcan siqnalı çalmışıq ki, “Magistraturaya qəbul olanların sayı azalır”, “Magistraturaya qəbul olmaq istəyənlərə əlavə şans veriləcək”, “ Magistraturaya qeydiyyat vaxtı uzadıldı” və s. və i.a Nə baş verir? Magistratura təhsili gözləntilərimizi doğrultdumu? Magistrlər təyinatı üzrə müvafiq işlə təmin olunmayacaqdısa, ali təhsildə əlavə olaraq ikinci pilləninin yaradılmasına ehtiyac var idimi?”. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar