Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nadir Israfilov: "Biz diploma sahiblənmək üçün yox, sevdiyimiz peşəyə yiyələnmək üçün oxumuşuq..."

Tarix: 02-02-2024 13:09     Baxış: 3334 A- / A+
Nadir Israfilov
Təhsil eksperti

“Bu günün gəncliyi ixtisas seçimində çətinlik çəkir, yiyələndikləri peşələr üzrə iş tapmaqda problemlərlə üzləşirlər.”
Təhsilin vəzifəsi təhsilalanlara sistemləşdirilmiş bilik, bacarıq və vərdişlər aşılamaq, onları müstəqil həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq kimi müəyyənləşdirildiyi halda, təhsil alanlarımız müstəqil həyatda özlərinə yer tapmaqda, səmərəli əmək fəaliyyətinə qoşulmaqda çətinliklərlə üzləşirlər. Nəinki, bakalavrlar hətta maqistr təhsili alanlar belə özlərinə karyera qurmaq üçün ali məktəb diplomundan savayı müəyyən hazırlıq keçməli, müvafiq kursları bitirməli, təlimlərə, treninqlərə cəlb olunmalı, əlavə olaraq  müsabiqə, müsahibə və imtahan prosedurlarına cəlb olunmalıdırlar.
Bu günün gənclərindən fərqli olaraq, bizim yaşıdlarımız nə ixtisas seçimində, nə ixtisası üzrə iş tapmaqda heç bir problemlə üzləşməzdilər, əlavə hazırlığın, müsabiqə, müsahibə, daha konkret desək təkrar imtahana çəkilməyin  nə olduğunu bilməzdilər. Çünki, peşəyönümü işi məktəb partası arxasında aparılardı. Ali məktəbı bitirənlərə isə birbaşa yaşadığı ərazi üzrə təyinat verilərdi.
Yaşlı və orta nəslin nümayəndələri xatırlamamış deyillər ki, bu gün bir çoxlarının adını çəkməyə belə ehtiyatlandı sovet dönəmində orta məktəblərdə təlim-tərbiyə  işləri ilə yanaşı geniş peşə yönümü işi aparılardı. Həmçinin şagirdləri ayrı-ayrı peşələrə istiqamətləndirmək üçün nəzəri və praktiki tədbirlər həyata keçirilərdi. Kim hansı ixtisas üzrə təhsil alacağın, qabaqcadan müəyyən edir, müəllimlər və valideynlər də onlara dəstək verirdi. İndi isə ixtisas seçimi keçid ballarının ümidinə qalıb. Bu gün universitetlərdə təhsil alanların çoxu ixtisas seçərək qəbul olunsalar da, sonradan fikirlərini dəyişir və məcburiyyət qarşısında qalaraq təhsillərini davam etdirirlər.
İndi, abituriyentlərə bir neçə ixtisas və  ali məktəb seçmək hüququ verməklə, həkim olmaq istəyəni bioloqa, hüquqşünas olmaq istəyəni tarixçiyə, tarixçi olmaq istəyəni kitabxanaçıya çevirmişik. Nəticədə çarəsiz ”zorən” diplomçular ordusu yaranıb. Bioloqu tibb fakültəsinə, kitabxanaçılığı hüquqa köçürməklə, ixtisaslaşmada  kəskin fərq yaranmasna seyirçi münasibət bəsləmişik. Hüquqşünas, diplomat, polis, həkim, müəllim, mühəndis, aqronom və.s bu kimi ixtisaslara tam fərqli keçid balı tətbiq etməklə, gələcək mütəxəssislərimizə qabaqcadan hansı peşənin gəlirli və ya gəlirsiz olması hisslərini aşılamış, bəzi peşələri və peşə sahiblərini yüksəldərək, digərlərini aşağılamışıq.
Bir sıra ixtisaslara keçid balını 150-yə və hətta 100-ə endirməklə, klassik qiymətləndirmədə "2”qiymətə  bərabər tutulanları ali məktəb tələbəsi etmişik. Onu da deyim ki, səviyyəsiz universitetlərin qəbul planını doldurmaqla yanaşı, həmin ixtisaslara və bu ixtisası seçənlərə bəri başdan "perspektivsiz” damğasını vurmuşuq. Kəskin sıçrayışlar edərək mövcud reallıqları nəzərə almadan ixtisas qrupları üzrə qəbul planı və daxil olan ərizələrin sayı arasında qeyri tarazlıq yaratmışıq. Bununla da yüzlərlə plan yerləri vakant qalmış, çıxış yolunu bəzi ixtisaslara minimum balla qəbul aparmaqda görürük.
Təhsil almağa deyil, diplom almağa olan aludəçiliyimiz o yerə gətirib çıxardı ki, ali məktəblərin görəcəyi işi ümumtəhsil məktəbinin, ümumtəhsil məktəbinin görəcəyi işi isə məktəbəqədər təhsilin üzərinə yüklədik. Nəticəsi də o oldu ki, valideyn artıq birinci sinifdən övladının ixtisaslaşması üçün repetitor axtarışına çıxır, müxtəlif hazırlıq kurslarına üz tutur. Nəticə olaraq belə bir deyimin ağızlara düşməsinə səbəb olmuşuq: “Bu gün təhsil dünyası elm yolçuluğu deyil, diplom ovçuluğudur.”
Fürsətdən istifadə edərək tələbə-gənclərimizi 2 fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə təbrik edir, onların hər birinə yüksək əhvali-ruhiyyə və gələcək işlərində uğurlar arzulayıram. Əbəs yerə deyilməyib ki, “Gənclərin yetişməsinə əhəmiyyət verin. Çünki, bu yolda hər hansı bir məsuliyyətsizlik ölkənin təməlini sarsıdar...”

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar