Xəbər lenti
Təhsilin köhnəlmişi, yenisi olmur - Nadir İsrafilov
“Təhsilin köhnəlmişi, yenisi olmur, təhsilin hər dövrün tələblərinə uyğun yenilənməsi olur”
Manevr.az bildirir ki, bu fikirləri AzEdu.az-a danışan təhsil mütəxəssisi Nadir İsrafilov qeyd edib ki, uzun müddət müstəqilliyini və dövlətçiliyini itirməyə məcbur olmuş Azərbaycan xalqı milli təhsil sistemini və mənəvi tərbiyə formalarını yaratmaq imkanlarından məhrum edilib:
“Yalnız 1918-ci ildə müstəqillik qazanaraq Azərbaycan Xalq Cümhuriyyətini elan edən xalqımız neçə yüz illərdən sonra milli və ictimai tərəqqidə elmin, təhsilin rolunu qiymətləndirmək imkanı qazandı, Bakı Dövlət Universitetinin yaradılmasına qərar verildi. 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən Bakı Dövlət Universiteti təsis edilməsinə Ümummilli lider olduqca obyektiv qiymət verərək demişdi ki, əsrin əvvəlindən bu günə kimi Azərbaycan elminə çıraq tutan universitetimizin yaradılması xalqımızın tarixində ən əlamətdar hadisələrdən biridir”.
Ekspert bildirib ki, təhsilin davamlı və dayanıqlı inkişafı sayəsində Azərbaycan elmi intibah dövrünü yaşayıb:
“Sonrakı dönəmdə Azərbaycanda çoxlu sayda məktəb binası tikilərək istifadəyə verilib. Ölkədə yeni ali təhsil müəssisələri açılıb, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib, lazımi avadanlıqla təchiz olunub, yüzlərlə Azərbaycan gənci SSRİ-nin müxtəlif şəhərlərinə ali təhsil almağa göndərilərək, Azərbaycan üçün çox vacib olan ixtisaslar üzrə təhsil alırdılar və respublikamıza bacarıqlı mütəxəssislər kimi qayıdırdılar. Bu da yüzlərlə ucqar yaşayış məskənlərində orta ümumtəhsil məktəblərinin açılışı, minlərlə azyaşlının təhsilə cəlb edilməsi demək idi”.
Son olaraq N.İsrafilov söyləyib ki, təhsil sahəsində uzun illərdən bəri toplanmış pontensialı qoruyub saxlamaq hər birimizin vətəndaşlıq borcudur:
“Bu gün təhsil salnaməmizi tarixi dövrlərə görə səciyyələndirmək kimi yanlış yanaşmadan imtina etməli, təhsilimizi uzun illərdən bəri qazanılmış təcrübə və toplanmış potensialın təməli üzərində inkişaf etdirməli və daha da təkmilləşdirməliyik. Təhsilin köhnəlmişi, yenisi olmur, təhsilin hər dövrün tələblərinə uyğun yenilənməsi olur.Təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı qoruyub saxlamaq və daha da inkişaf etdirmək, təhsildə varisliyi və fasiləsizliyi təmin etmək hər birimizin vətəndaşlıq borcudur”.
Manev.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar