Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nadir İsrafilov-“Azın az dərdi var, çoxun da ki, çox gəmi” məntiqi ilə yanaşsaq…”

Tarix: 09-01-2024 20:26     Baxış: 4260 A- / A+
“Xarici təcrübəyə istinad etmək olar, ancaq onu olduğu kimi kopiyalamaq…”

Nadir İsrafilov, təhsil mütəxəssisi


Bizdə 40 şagirdi ola siniflər də var, 1 şagirdi və 1 müəllimi olan məktəb də var. 40-45 şagirdi yola verə biləcək peşəkar müəlimlərimiz də var, 15-20 şagirdin öhdəsindən gələ bilməyən səriştəsiz müəllimlərimiz də var. Bu mənada hər hansı bir konkret ümumiləşdirmənin kimlər tərəfindənsə birmənalı qarşılanmaması bu, təbii hal kimi qəbul edilməlidir.
Məsələn, götürək elə Sinqapurda bir sinifdə standart olaraq 40 şagirdin təhsil almasını və bunun orada ən yaxşı təhsil sistemi olması ilə əsaslandırılmasını. Kimsə buna qarşı əks arqument gətirə bilər ki, əgər bizim müəllimlərin orta başlanğıc maaşları da ayda 1600-3500 dollar arası dəyişsə və onlar kimi əlavə dərslər və fəaliyyət mükafatları alsaq, biz də 40 şagirdlə məşğul ola bilərik. Və yaxud, kimsə əks arqument gətirə bilər ki, elə bu kimi sərt təhsil sisteminin nəticəsidir ki, Sinqapurda məktəblilərin və tələbələrin psixologiyasında problemlərini artması onların intihara meylliyini ildən-ilə artırır. Ölkədə 10-29 yaşındakıların başlıca ölüm səbəbləri məhz intihardır.
Subyektiv fikrim ondan ibarətdir ki, “hansısa ölkədə belədir, bizdə niyə belə deyil və yaxud niyə belə olmamalıdır və ya belə olmalıdır” düşüncəsi ilə müqayisə aparmaq və konkret nəticə çıxarmaq o qədər də uğurlu yol sayıla bilməz. Başqa bir misal. Dünyada ən yaxşı təhsil sistemi hesab edilən Finlandiyada uşaqlar 7 yaşından tez məktəbə başlaya bilməz. Elə isə, biz niyə uşaqlarımızı 6 yaşdan məktəbə cəlb edirik, hələ bir altı yaşı gec hesab edərək, məktəb yaşının beş yaşa qədər azaldılmasına çalışırıq. Sual oluna bilər ki, niyə bir sinifdə 20 şagird nəzərdə tutulan Finlandiya modelini deyil, məhz 40 uşaq oturan Sinqapur modelinə üstünlük verməliyik? Bu kimi misalların sayını dəfələrlə artırmaq olar. Deməyim odur ki, xarici təcrübəyə istinad etmək olar və lazımdır da. Ancaq, onu olduğu kimi kopiyalamaq deyil, öz standartlarımıza uyğunlaşdırılmış şəkildə tətbiq qtməliyik. Əks halda gözlədiyimiz nəticəni ala bilməkdə problemlərlə qarşılaşmaq zorunda qalmalı olacağıq.
Hər sinifdə 40 şagirdi  oturdaq, bəs onda sıxlıqla bağlı sanitar normaları, hər kv. metrə düşən şagird sayı ilə bağlı normalara necə əməl edək…? Bir də ki, elə fənlər var ki, 40 uşağa tədris etmək olar, elə də fənlər var ki, sinifdə 20 şagirddən artıq olduqda təhsilin keyfiyyətinə təsirsiz ötüşmür. Yekun nəticəyə gəlsək istər-istəməz’“ Azın az dərdi var, çoxun da ki, çox gəmi” qənaətinə gəlmiş olacağıq.
O ki, qaldı bizdəki şagird sıxlığına, bu hal heç də respublikanın bütün məktəbləri üçün xarakterik deyil və bu istiqamətdə müəyyən işlər görülür. Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normalarına əsasən dövlət ümumi təhsil müəssisəsində təhsil səviyyələri üzrə siniflər şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir. Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir. Tədris ilinin birinci yarısında sinifdə şagirdlərin sayının azalması tədris planı ilə müəyyən edilmiş müvafiq fənlərin tədrisində sinfin iki qrupa bölünməsinə məhdudiyyət yaratmır. Ümid edək ki, vəziyyətin normallaşdırılması istiqamətdə işlər bundan sonra da davam etdiriləcəkdir…

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar