Xəbər lenti
Təhsil eksperti, mütəxəssisi, texnoloqu, yoxsa sadəcə “epitet” və “etiket”?
Təhsil sahəsindən danışan,yeniliklərdən, problemlərdən danışaraq öz təkliflərini irəli sürən, fikirlərini geniş ictimaiyyətlə bölüşən şəxslər cəmiyyətə təhsil eksperti kimi təqdim olunur.
Maraqlıdır, əsl təhsil eksperti necə olmalıdır? Ekspert hansı prinsiplərə əsasən seçilir?
Manevr.az bildirir ki, yazı müəllifi Nadir İsrafilov fikirlərini AzEdu.az-a danışıb.
Müsahibimiz bildirib ki hələ ki, “Təhsil eksperti” məfhumuna rəsmi münasibət açıq olaraq qalmaqdadır: “Adətən, yazılı və elektron mediada təhsillə bağlı mövzuların işıqlandırılması zamanı bu sahə ilə məşğul olan ayrı-ayrı fərdləri yaşından və peşəkarlığından asılı olmayaraq ekspert kimi təqdim edirlər. Əslində isə, bu status rəsmi şəkildə birbaşa olaraq kiməsə verilmir və ekspert statusunu almaq üçün hər hansı bir ali və ya orta-ixtisas təhsil müəssisəsi də fəaliyyət göstərmir. Bununla belə, araşdırmaçı olaraq kimlərisə təhsil üzrə mütəxəssis kimi qiymətləndirənlər də az deyil. Nəticə isə ondan ibarətdir ki, bu, latıncadan tərcümədə “təcrübəli” anlamına gələn “ekspert” sözü heç də hamı tərəfindən birmənalı qəbul edilmir, hətta bir çoxları tərəfindən qısqanclıqla qarşılanır”.
N.İsrafilov qeyd edib ki, “Təhsil eksperti” sözünü ölkəmizdə media nümayəndələri əmələ gətirib:
“Zaman-zaman sosial şəbəkələrdə belə yanaşmaların şahidi olmuşuq ki, media işçiləri təhsillə əlaqədar hər hansı mövzuda danışa bilən insan axtararkən birini tapır və ona təhsil eksperti deyir. Onu elə təqdim edir ki, reportaj yaxşı alınsın. Həmin insan da düşünür ki, madam mənə belə deyirlər, deməli eləyəm. Kembric lüğətində bir sahə ilə əlaqədar davamlı yazı rəy yazanlara ekspert yox, blogger deyirlər. Özüm daxil deyirəm, fəaliyyətlərimizin çoxu bloqerlikdir. Mütəxəssislik isə elmi tədqiqat, eksperiment, konfrans, tədris, təlim işləridir. Başqaları isə hesab edir ki, “Təhsilə dünən gələnlər 30-40 il bu sahədə külüng çalanlardan niyə sayqılı olmalıdırlar? Belə bir mövqe sərgiliyənlər də var ki, “Təhsildən incik düşənlər dərhal çevrilib təhsil eksperti olurlar”.
“Ekspert məfhumu bu dərəcədə kiçildib, aşağılayaraq dilə-dişə salmağa ehtiyac varmı?”, - Deyə müəllif vurğulayıb:
“Bir müddət əvvəl Azərbaycan Təhsil İnstitutunun “müəllimlərə gələcəkdə təhsil eksperti statusunun verilməsi ilə bağlı davam edən tədqiqatlarının sonu nə olacaq?” sualına hələ cavab tapılmamış, digər həmkarımızdan belə bir mesaj gəldi ki, “Təhsil texnoloqu ifadəsini patentləşdirəcəyəm. Deyirlər ki, bundan sonra ekspert olmaq üçün sertifikat lazım olacaq, mən də təhsil texnoloqunun sertifikatını verəcəyəm.” Nə deyirik, olsun. Təhsilimizdə bircə özəlləşməyən “təhsil ekspertləri” vardı, onları da özəlləşdirək ki, məsələyə bir dəfəlik nöqtə qoyulsun.
Ancaq elə olmasın ki, bu, bizə bir daha 15 il bundan qabaq baş verən bir əhvalatı yaşatsın. Deməli, bir qrup mən də daxil tanınmış təhsil ziyalısı belə qərara gəldilər ki, təhsildə demokratikliyi, aşkarlığı və şəfaffaflığı təmin etmək üçün, təhsildə söz sahibi olanlardan ibarət “Ekspertlər Şurası” yaradılsın. Beləliklə, paytaxtın kafelərinin birində çay süfrəsi arxasında keçirilən toplandıda 9 nəfərdən ibarət Şura təsis edildi. Səhərisi gün sosial mediada kafedə çəkilən şəkillə birlikdə "Qurdlar vadisi konseyi"nin toplantısından "reportaj" dərc olundu və bununla da Şuranın (konseyin) fəaliyyətinə son qoyulmuş oldu.
Bilməyən bilsin ki, dar mənada “ekspert” artıq, yuxarıda qeyd edildiyi kimi latıncadan tərcümədə “təcrübəli” anlamına gələn bir məfhumdur. Geniş mənada isə “ekspert” kütləvi ədəbiyyatda ekspertiza aparan mütəxəssis, yəni bu sahədə səriştəsi az olan digər şəxslər tərəfindən baxılan və ya həll edilən məsələyə dair əsaslandırılmış rəy və ya qərarın verilməsi üçün dəvət edilmiş və ya işə götürülən şəxs kimi xarakteriza olunur. Başqa sözlə desək, kəşf və ya elmi yenilik haqqında məlumat verdikdən sonra onların elmi həqiqiliyini təsdiq etmək üçün hadisələri təkrarlayan xüsusi biliyə malik şəxs də ekspert hesab olunur.
Dünyanın bir çox aparıcı ölkələrində dövlətin təhsil siyasətində müxtəlif sahələrdə keyfiyyətin qiymətləndirilməsində peşəkar mütəxəssislərə xüsusi yer ayırır. Təhsilin keyfiyyətini nə adlandırılmasından asılı olmayaraq yalnız peşəkarlar obyektiv qiymətləndirə bilərlər. Bizdə isə hələ ki, “Təhsil eksperti” məfhumuna rəsmi münasibət açıq olaraq qalmaqdadır...
Bir çoxları üçün isə ekspert sözü sadəcə olaraq epitet və etiket vasitəsində başqa bir şey deyil. Axı, məni də tez-tez təhsil eksperti kimi təqdim edirlər. Kim özünü və kimlərsə kimi ekspert, mütəxəssis, araşdırmaçı, bloqqer, texnoloq və digər statuslarda görürsə, özləri bilər və bilməsələr də heç bir qorxusu yoxdur, çünki xalqın gözü tərəzidir. O ki, qaldı mənə, 50 illik pedaqoji təcrübəmdə təhsilimizin problemlərinə dair 15 mindən artıq yazı və müsahibə müəllifi olaraq mənim üçün Nadir İsrafilov imzası bütün statuslardan yüksəkdir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar