Xəbər lenti
"PISA proqramından çıxmasaydıq göstəricilərimiz daha yüksək olardı" - Nadir İsrafilov
"PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) tədqiqatının 2022-ci il üzrə nəticələrini nəzərdən keçirərkən o qədər də uzaq olmayan 2000-ci ilin əvvəlləri yenidən bir anlıq xatirimdə canlandı. Bəlkə də, o aralıqda əzmkarlıq və dözümlülük göstərərək, PİSA Proqramından çıxmasaydıq, indi göstəricilərimiz daha yüksək olardı".
Manevr.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Nadir İsrafilov bildirib.
Ekspert qeyd edib ki, xeyli vaxt keçməsinə baxmayaraq, hələ də başa düşə bilmirəm ki, inkişaf etmiş ölkələrin üzv olduğu İƏİT (OECD) və onun tərəfdaş ölkələrini əhatə edən, dünyanın ən böyük şagird qiymətləndirmə tədqiqatı hesab olunan PISA-dan ayrılmağımızın nə anlamı vardı?! Yəni 2006-cı ildə 57 ölkə arasında 55-ci, 2009-cu ildə isə 65 ölkə arasında 64-cü yeri tutmuşuqsa, İordaniya, Qətər, hətta adı çoxlarımıza bəlli olmayan Trinidad və Tobaqodan da geridə qalmışdıqsa, bu bizə əsas verirdimi belə bir nəticə çıxaraq ki, “2012-ci ildə PİSA-da iştirak etməyimizin nə mənası vardı, yenə axırıncı yeri tutacaqdıq.” O vaxtkı bu işə məsul olanların məntiqindən belə çıxırdı ki “nəticələrdə elə bir dəyişiklik gözləmiriksə, niyə pul xərcləyib bu tədqiqatda iştirak edək?” Nə isə... olan olub, keçən keçib. Keçənə güzəşt deyiblər. Kiçik bir xatırlatma etmək yerinə düşər ki, PİSA – mənzil-qərargahı Parisdə yerləşən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2000-ci ildən başlayaraq həyata keçirdiyi bir proqramdır. Devizi “Yaşamaq üçün öyrənmək!” olan və hər üç ildən bir keçirilən bu proqramın əsas hədəfi ayrı-ayrı ölkələrdə 15 yaşlı (əsasən 9-cu siniflər) şagirdlərin bilik və bacarıqlarını qiymətləndirməkdir.
N.İsrafilov onu da əlavə edib ki, PISA bu yaşda olan uşaqların riyaziyyat, oxu və təbiət fənləri üzrə bilgilərini müəyyənləşdirmək baxımından dünyada ən mötəbər proqram hesab edilir. 2012-ci ilə qədər PİSA qiymətləndirmələri 4 dəfə – 2000, 2003, 2006, 2009-cu illərdə keçirilib və Azərbaycan bu prosesdə 2 dəfə – 2006, 2009-cu illərdə iştirak edib. 2000-ci ildə iştirakçıların sayı 32, 2003-də 40, 2006-da 57, 2009-da isə 65 olub. Baxın, Azərbaycandan başqa indiyədək PISA-nı tərk edən olubmu?! Əksinə, ilbəil PİSA-ya qoşulan ölkələrin sırası daha da genişlənib. Nə yaxşı ki, özümüzdə qətiyyət tapıb, 2018-ci yenidən bu proqrama qoşulduq.
Ekspert həmçinin bildirib ki, PISA tədqiqatına qoşulmaq cəsarət tələb edir. Deməli, ölkəmizdə təhsillə bağlı görülən işlərin nəticəsindən qaçmır, əksinə özünü qiymətləndirmə aparırıq. Qüsurlarımızı gizlətmir, problemləri danmırıq. Belə halda sonrakı tədqiqatların nəticəsinin daha yaxşı olacağına inanmaq mümkündür.
PISA-nın rəhbəri A.Şleyxerin qeyd etdiyi kimi “təhsil qərarlarının sərhədləri yoxdur və onlar öz təbiəti etibarı ilə yalnız bir ölkənin daxili işi deyil.
Hər 3 ildən bir keçirilən PISA qiymətləndirməsi təhsil sahəsindəki problemlərin birgə həllini qlobal bacarıqları, həm də şagirdlərin yaradıcı düşüncəsini ölçür PISA komandası həmçinin təhsilalanların 2024-cü il qiymətləndirməsinə hazır olması üçün onların rəqəmsal təliminin yoxlanılması üsulunu da hazırlayır. Nəzərə alsaq kiPISA 2022 tədqiqatı üzrə əksər ölkələrin nəticələrinin orta göstəricilərində əvvəlki dövr ilə müqayisədə kəskin azalma müşahidə olunub, ölkələrin geriləməsininnin əsas səbəblərindən biri COVID-19 pandemiyasının mənfi təsirləridir. Pandemiya dövründə məktəblərin qapalı qalması uşaqların qiymətləndirmə nəticələrinə ciddi şəkildə mənfi təsir göstərib.Əvvəlki dövrdə yüksək nəticələr əldə etmiş inkişaf etmiş ölkələr arasında ən çox geriləmə müşahidə olunanlar sırasında Finlandiya, Hollandiya və Norveç də var. Azərbaycan PISA 2022-də sosial-iqtisadi ədalətlilik indeksi üzrə Norveç, Kanada, Birləşmiş Krallıq kimi ölkələrlə eyni səviyyədədir və biz Meksika, Braziliya, Tailand, Gürcüstan, Özbəkistan, Albaniya, Monteneqro, Şimali Makedoniya kimi ölkələrdən daha yuxarı nəticə göstərmişik..81 ölkə arasında 56-cı, regiondakı ölkələrlə müqayisədə isə irəliləyərək MDB ölkələri arasında 3-cü yerdə qərarlaşmışıq, bu nəticələri məqbul hesab etmək və irəliləyiş kimi dəyərləndirmək olar.
Son illər fənn kurikulumlarının təkmilləşdirilməsi, dərsliklərin yenilənməsi üzrə aparılan mütəmadi işlər, Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində PISA üzrə ekspertlərin hazırlanması, nazirliyin təşəbbüsü ilə Təhsil İnstitutunda PISA - Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının nəticələrinin müzakirəsinə həsr olunmuş geniş tərkibdə tədbirin keçirilməsi, PISA 2018-in nəticələrinə dair Azərbaycan üzrə milli hesabatın hazırlanması, PISA-nın rəhbəri A Şleyxerlə onlayn və əyani formatda görüşlərin keçirilməsi, nazirin təhsildə oxuyub-anlama bacarıqları ilə bağlı müəyyən problemlər olduğunu və bizim buna fokuslanmağımızın zəruriliyini dilə gətirməsi, növbəti PISA tədqiqatının nəticələrinin daha ürəkaçan olacağına ümid və inam yaradır.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar