Xəbər lenti
Peşə təhsili inkişaf etdirilməlidir

Xalqın ideologiyasının təbliğində təhsil proqramların rolu əvəzsizdir. Şübhəsiz ki, bu sahədə ciddi yeniliklərin olması arzuediləndir. Ölkəmiz tarixən dünyanın elm-mədəniyyət ocaqlarından biri olub və bundan sonra da bu yolda irəliləməkdə maraqlıdır. Bu sahənin təbliğində isə elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının daha da təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.
Təhsilin əsas məqsədi öz-özlüyündə bilik əldə etməkdən daha çox qlobal kapitalizmin tələbatını ödəmək üçün lazım olan bacarıqlar əldə etməyə xidmət edir. Təhsil sahəsində uğur qazanmaq, təhsilimizin dünya təhsil sisteminə daha sürətlə inteqrasiyasına nail olmaq üçün bütövlükdə, cəmiyyətdə yeniləşmə, inkişaf meylləri olmalıdır. Dünyada bu sahədə hər zaman yeniliklərə imza atılır, uğurlar qazanılır və bu baxımdan ölkədə bu proseslərin daha sürətləndirilməsinə ehtiyac duyulur. Belə ki, daha da geniş işlər görməyə, daha ciddi addımlar atmağa imkanımız və münbit şəraitimiz hər zaman olmalıdır. Bu baxımdan söyləyə bilərik ki, elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması istiqamətində ciddi islahatların keçirilməsi bütün zamanlarda öz aktuallığını qorumaqdadır.

N.İsrafilovun fikrincə, ölkəmizdə internet şəbəkəsinin mövcudluğu elmi-kütləvi, mədəni-maarif, təhsil proqamları və onların inkişaf etdirilməsi, təşviqi üçün geniş spektrdə imkanlar deməkdir: “Daha dəqiq desək, ölkəmizin mövcud imkanları bu proqramların daha geniş və əhatəli yayılması üçün əsaslı zəmin yaradır. Şübhə yoxdur ki, həmin proqramların geniş şəkildə canlandırılmasında internet resurslarının rolu danılmazdır. Əlbəttə ki, elmin, mədəniyyətin təbliğinə televiziyalar da xüsusi yer ayırmalıdır. Şou proqramların yerinə maarifçilik əhəmiyyətli kütləvi xarakter daşıyan proqramlar hazırlanmalı və əhaliyə təqdim olunmalıdır”.
Ekspertin qənaətincə, elmin populyarlaşdırılması istiqamətində layihələrin işlənməsi də olduqca vacibdir: “İndi biz informasiya əsrində yaşayırıq. Elm və təhsil sahəsində bir portal yaradılmalı və onlar arasında rəqabət təmin olunmalıdır. Elmi saytların yaradılması həddindən artıq vacibdir. Yeni məzmun istiqamətində addımlamalıyıq. Azərbaycanda universitetlərdə “boloniya sistemi” tətbiq olunur. Boloniya bəyannaməsinin bizim üçün hansı tərəfinin vacib olmasına diqqət yetirilməlidir. Akkreditasiya məsələləri, təhsilin keyfiyyətinin qiymətləndirilməsi, tələbə-müəllim mobilliyi də mühüm məsələlərdən biridir. Bütün dünyada belə hesab edirlər ki, təhsilin əsas pilləsi və uşaqların təfəkkürü məhz ibtidai təhsil zamanı formalaşır. Peşə təhsili inkişaf etməlidir. Artıq bütün dünyada yeni peşə atlasları yaranıb. O atlaslara hansı peşələr daxildir və biz bunun hansı istiqamətini götürə biləriksə, onu aydınlaşdırmalıyıq”.
N.İsrafilov qeyd edib ki, bir çox ölkələrdə ailə təhsil sisteminin bünövrəsi, alt infrastrukturu hesab edilir: “Dövlətin təhsil sistemi ailə ilə birlikdə uyumlu bir şəkildə cəmiyyətə, dövlətin inkişaf məqsədlərinə cavab verən vətəndaşın yetişdirilməsində fəaliyyət göstərir. Burda həmçinin əsas amillərdən biri informasiyadır. Yəni təhsilalan hansı mənbələrdən, hansı məzmunda informasiya alır və bu informasiya onun üçün nə dərəcədə faydalı və zəruridir. Nə qədər qəribə olsa da, araşdırmalar göstərir ki, təhsilin inkişafına təsir edən amillər içərisində məktəb və müəllim sonuncu yerdə dayanır. Bu baxımdan təhsilin inkişafına cəmiyyətin hər bir üzvü öz töhfəsini verməlidir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar